“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır – Statistika

Tarix 06.05.24, 19:55

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq çıxan qəzet (gündəlik qəzet), jurnal və dövri nəşrlər çap edilib.

Yeniavaz.com xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə həftədə dörd dəfədən az olmayaraq çıxan qəzet, jurnal və dövri nəşrlər həcmi dəyər ifadəsində  48,9 min manat artıb.
Bu ilin ilk 3 ayında həftədə dörd dəfədən az çıxan qəzet (həftəlik qəzet), jurnal və dövri nəşrlərin çapı isə dəyər ifadəsində 396,36 min manat olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 116,3 min manat azalıb.

Məlumat üçün onu da bildirək ki, son illər həftədə dörd dəfədən az çıxan qəzet (həftəlik qəzet), jurnal və dövri nəşrlərin çapı azalmağa başlayıb:

2017-ci ilin yanvar-mart aylarında – 8 061,9 min ədəd
2018-ci ilin yanvar-mart aylarında – 7 942,4 min ədəd
2019-cu ilin yanvar-mart aylarında –  8 380,4 min ədəd
2020-ci ilin yanvar-mart aylarında – 6 643,4 min ədəd
2021-ci ilin yanvar-mart aylarında – 3 387,6 min ədəd
2022-ci ilin yanvar-mart aylarında –  məlumat açıqlanmayıb
2023-cü ilin yanvar-mart aylarında – 512,62 min manat
2024-cü ilin yanvar-mart ayları – 396,36 min manat

Həftədə dörd dəfədən az olmayaraq çıxan qəzet (gündəlik qəzet), jurnal və dövri nəşrlərin çapı isə artmağa başlayıb:

2017-ci ilin yanvar-mart aylarında – 105,1 min ədəd
2018-ci ilin yanvar-mart aylarında – 97,5 min ədəd
2019-cu ilin yanvar-mart aylarında –  37,3 min ədəd
2020-ci ilin yanvar-mart aylarında – 94,6 min ədəd
2021-ci ilin yanvar-mart aylarında – 1 476,2 min ədəd
2022-ci ilin yanvar-mart aylarında –  məlumat açıqlanmayıb
2023-cü ilin yanvar-mart aylarında – 278,48 min manat
2024-cü ilin yanvar-mart ayları – 327,37 min manat

Onu da qeyd edək ki, 2017-21-ci illərdə qəzet və jurnalların çapı ilə bağlı məlumatlar miqdar ifadəsində (ədəd ilə), 2023-24-cü illərdə isə dəyər ifadəsində (manat ilə) göstərilib. 2022-ci ildə isə qəzet və jurnalların çapı ilə bağlı heç bir məlumat açıqlanmayıb.



Xəbərin oxunma sayı : 721




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap