| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Hindistana qarşı yeni geosiyasi cəbhə? - Çin-Pakistan ittifaqı
Tarix 06.06.26, 22:40 |
|
Hindistanla yaşadığı gərginlik fonunda Pakistanın qüdrətli strateji müttəfiqi formalaşıb. Rəsmi İslamabad qonşu Çinlə münasibətləri inkişaf etdirir. Ölkələr arasında qarşılıqlı səfərlər artıb, Pekin açıq və ya dolayı şəkildə İslamabada dəstək verir. İki ölkə arasında münasibətlər artıq beynəlxalq siyasətdə "dəmir qardaşlıq" və "hər cür şəraitdə strateji tərəfdaşlıq" kimi xarakterizə olunur. Son illərdəki qlobal geosiyasi dəyişikliklər, regional təhlükəsizlik problemləri və iqtisadi maraqlar bu əməkdaşlığın daha da dərinləşməsinə səbəb olub.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Şahbaz Şərifdən önəmli açıqlamalar
Pakistan Baş naziri Şahbaz Şərifin Çinə səfəri, aparılan müzakirələr və əldə olunan razılaşmalar da əməkdaşlığın pik həddə olduğunu təsdiqləyib. Ş.Şərif bəyan edib ki, ÇXR ilə münasibətlərin inkişafı Pakistanın xarici siyasətinin təməl daşıdır. "Pakistan tərəfi vahid Çin prinsipinə dönmədən riayət edir, Tayvan, Sintsyan və dəniz məsələləri daxil olmaqla, Çin tərəfinin əsas maraqlarına toxunan məsələlərdə onun ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir", - deyə Baş nazir vurğulayıb. Ş.Şərif Çin müəssisələrini Pakistana investisiya qoymağa və biznes qurmağa dəvət edib. "Pakistan Çinin irəli sürdüyü dörd qlobal təşəbbüsü dəstəkləyir. Regionda və bütövlükdə dünyada sülhə, sabitliyə, inkişafa töhfə vermək üçün ÇXR ilə sıx çoxtərəfli kommunikasiya və qarşılıqlı əlaqə qurmaq arzusundadır", - deyə Baş nazir vurğulayıb.

İllərdir formalaşmış birgə maraqlar
İki ölkə arasında keçirilən yüksək səviyyəli görüşlər Pekin və İslamabadın münasibətləri yeni mərhələyə daşımaq niyyətində olduğunu göstərir. Hər iki ölkə onilliklərdir ki, təhlükəsizlik, müdafiə sənayesi və iqtisadi sahələrdə sıx əməkdaşlıq edir. Xüsusilə Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) Pekinin "Bir Kəmər, Bir Yol" təşəbbüsünün ən mühüm elementlərindən biri hesab olunur. Bu layihə vasitəsilə Çin Ərəb dənizinə çıxış əldə edir və enerji marşrutlarını diversifikasiya etmək imkanı qazanır. Pekinin Pakistanı dəstəkləməsinin digər mühüm səbəbi Hindistanla yaşadığı geosiyasi rəqabətdir. Sərhəd problemləri, regional nüfuz uğrunda mübarizə və Asiyada liderlik iddiaları Çin və Hindistan arasında münasibətləri daim gərgin saxlayır.
XXI əsrin ən mühüm regional əməkdaşlıq modeli
Nəticə etibarilə, Çin və Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq XXI əsrin ən mühüm regional əməkdaşlıq modellərindən biri hesab olunur. İqtisadi layihələr, təhlükəsizlik sahəsində koordinasiya və beynəlxalq məsələlərdə qarşılıqlı dəstək bu münasibətləri daha da möhkəmləndirir və gələcək illərdə əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənəcəyini göstərir.

Son dövrlərdə Çin rəhbərliyi Pakistanla münasibətləri "sarsılmaz" və "hər şəraitə uyğun strateji tərəfdaşlıq" kimi qiymətləndirib. Çin Sədri Si Cinpin Ş.Şərif ilə görüşündə də iki ölkə arasında əməkdaşlığın daha da genişləndiriləcəyini bəyan edib.
Hərbi sahədə əməkdaşlıq isə münasibətlərin ən mühüm istiqamətlərindən biridir. Son illərdə Pakistan ordusunun istifadə etdiyi silah sistemlərinin böyük hissəsi Çin istehsalıdır. Mətbuatda yayılan məlumatlara görə, Çin ötən il Hindistan-Pakistan qarşıdurması zamanı Pakistan Hərbi Hava Qüvvələrinə texniki dəstək göstərdiyini ilk dəfə rəsmi şəkildə təsdiqləyib. Çin istehsalı olan J-10CE qırıcılarının və digər hərbi texnologiyaların bu qarşıdurmada istifadə edildiyi bildirilib.

Kəşmir məsələsi yaxınlaşmanın əsas faktoru kimi
Kəşmir məsələsi də Pekin-İslamabad yaxınlaşmasının əsas faktorlarından biridir. Hazırda toplar sussa da, geosiyasi xarakterli ziddiyyətlər, xüsusilə Kəşmirin kimə məxsus olması barədə mübahisə hələ həll olunmayıb. Pekin bu tarixi münaqişədə də Pakistanın tərəfini tutur. Düzdür, Çin öz mövqeyini birbaşa deyil, dolayı formada ifadə edir. İki dövlətin liderlərinin birgə bəyanatında Çin tərəfi Kəşmir məsələsi üzrə prinsipial mövqeyini təsdiq edərək qeyd edib ki, bu məsələ "tarixin mirası"dır və BMT Nizamnaməsinə, Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə həll edilməlidir.
Bu mövqe Hindistan tərəfindən etirazla qarşılanıb və Yeni Delhi Kəşmirin ölkənin ayrılmaz hissəsi olduğunu bir daha bəyan edib. Bununla yanaşı, Çin rəsmi bəyanatlarında regionda müharibənin genişlənməsinin əleyhinə olduğunu və tərəfləri dialoqa çağırdığını bildirir. Pekin nüvə silahına malik iki qonşu dövlət arasında genişmiqyaslı müharibənin bütün region üçün təhlükəli nəticələr doğura biləcəyini anlayır. Buna görə də Çin bir tərəfdən Pakistanla strateji əməkdaşlığı gücləndirir, digər tərəfdən isə gərginliyin nəzarətdən çıxmamasına çalışır.
Nəticə etibarilə, Çin-Pakistan strateji əməkdaşlığı Cənubi Asiyanın geosiyasi balansına təsir edən ən mühüm tərəfdaşlıqlardan biridir. İqtisadi, hərbi və diplomatik sahələrdə dərinləşən bu əməkdaşlıq Pakistanın regional mövqeyini gücləndirir.
Xəbərin oxunma sayı : 1516
Analiz
Xəbərlər
-
Azərbaycan orta illik inflyasiya ilə bağlı proqnozunu yenilədi - Artım var
-
Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş
-
Qeyri-kommersiya təşkilatları, yaradılması və formaları - Qanun nə deyir?
-
Trampın “milyarderlər ordusu“... - 100 milyondan çox sərvəti olan məmurlar
-
Mətbuat Şurasından sərt xəbərdarlıq: “Təhqir və təhdidlər yolverilməzdir”
-
Hansı rayonda nə qədər sosial yardıma ehtiyacı olan şəxs var? - Siyahı
-
Bu rayonlardan Bakıya gələnlərə pis xəbər - Qadağa qoyula bilər
-
Azərbaycandan qaçan hərbçi Rusiyada tutuldu - Geri qaytarılacaq
-
İki uşağı əlindən alınan ana övladlarına qovuşdu - FOTO
-
Bağlarda təhlükəli vəziyyət: Fermerlər çıxış yolu axtarırlar (VİDEO)
-
Valideynlərin məktəb xərcləri yenidən artır - Açıqlama
-
Moskvaya son iki ilin ən böyük hücumu edildi - VİDEO
-
Hörmüz boğazında gəmiyə hücum edilib - Ekipaj üzvü həlak olub
-
“Qırmızı Körpü“ sərhəd-keçid məntəqəsində nə baş verir? - VİDEO
-
Tovuzda su kanalından iki meyit aşkarlandı - FOTOLAR
-
Vətəndaş “Xalq 11“ lizinq şirkətindən şikayətçidir - VİDEO
-
Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov
-
Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi
-
Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ
-
Rusiya Ali Məhkəməsində qarşıdurma - 70-dən çox saxlanılan var
-
Şəmkirdə ağır qəzası - Ölənlərin sayı 5-ə çatdı
-
Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO
-
Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi - Siyahı
-
Son 5 ildə Azərbaycanda doğum sayı kəskin azalıb - Statistika
-
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - CƏDVƏL
-
700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?
-
Bu siyahıda 36-cı yerdəyik - Ölkələrin reytinqi açıqlandı
-
Azərbaycan rusiyalı jurnalistləri və nazir müşavirini axtarışa verdi - Terror və zorakılığa çağırış
-
Ermənistanda şaftalı böhranı - Fermerlər yolu bağladı
-
Bakıda Böyükşor gölü niyə yaşıl rəngə boyanıb? - AÇIQLAMA
-
“Nəticə olmasa, Tehran regionda gərginliyi artıracaq“ - İran rəsmisi
-
Elvin Cəfərquliyev zədələndi - İki həftə olmayacaq
-
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı - Yeni təyinatlar
-
Narkotik qaçaqmalçılığına görə saxlanıldı - Azərbaycana ekstradisiya edildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Tramp Tehrana son nöqtəni qoydu: “İran heç vaxt nüvə silahına sahib olmayacaq“
-
Azərbaycan əhalisinin sayı açıqlanıb - Doğulanlar, ölənlər. boşanmalar...
-
Bu bölgədə aylar və həftələr yoxdur - Vaxtı belə hesablayırlar
-
İran AzTV-yə danışan məmurları həbs edəcək - Tehranda yeni qanun
-
Azərbaycan neftini ən çox hansı ölkələr alır? - SİYAHI
-
Daxil Kərimov özünü və Əlixan Şirvanovu necə qorudu? - Nazirin rolu olub?
-
Ərzaq məhsulları xaricdən Azərbaycana neçəyə gətirilir? - Qiymətlər
-
Rəis müavini həbs edildi - Rüşvət almaqda təqsirləndirilir
-
DİN əməliyyat keçirib - Kiberdələduzluq edən 8 nəfər saxlanılıb (VİDEO)
-
Vüsal Nəsirli məşhur müğənninin qardaşına yüksək vəzifə verdi - FOTO
-
Azərbaycanlı futbolçu özünə xəsarət yetirdi - Karyerası bitə bilər
-
Dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələri hərraca çıxarılır - Qiymətlər
-
“Milla” dondurmasından kif çıxdı - FOTO
-
“Avropa Birliyi itirən tərəf olacaq, Türkiyə yox” - Ərdoğan
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabaha olan hava proqnozu
-
Prezidentin yeni rütbə verdiyi sərhədçilər kimdir? - DOSYE
-
Kobaxidze tezliklə Moskvada kapitulyasiya sazişini imzalayacaq - Saakaşvili
-
Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər - Qiymət dəyişəcək?
-
Prezident bu hərbçilərə general rütbəsi verdi - Sərəncam
-
DSX-nin hərbi qulluqçuları təltif edildi - SİYAHI
-
Agentlik sədri özünə yeni müşavir təyin etdi - FOTO
-
Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim olundu - FOTO
-
Rusiya NATO-nu hədəfə alan gizli dron şəbəkəsi qurdu - “The Telegraph“
-
Ötən həftə 46 nəfər xilas edildi - 10-u azyaşlıdır - Video
-
Zakir Həsənovla Elçin Quliyev generalın dəfnində - Fotolar
-
ABŞ Kuşnerin Misir səfərinin təfərrüatlarını açıqladı - HƏMAS liderləri ilə görüşmüşdü
-
Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - VİDEO
-
İkinci əl maşın bazarında nə baş verir? - Qiymət indeksinin təhlili açıqlandı
-
Avropa İttifaqı Rusiyaya qarşı ən böyük sanksiya paketi hazırlayır - Kallas
-
Qiymətli kağızlar bazarı 32 faiz kiçildi: Nə baş verir?
-
İranın dəhşətli müharibə hazırlığı üzə çıxdı: Bölgəni cəhənnəmə çevirmək və...
-
Maşın bazarlarında durğunluq yaşanır - Alıcılar isə qiymətlərin yüksək olmasından narazıdırlar
-
Böyük Qayıdış davam edir - Şuşa və Xocavəndə növbəti köç
-
“Həyat yoldaşıma corab geyindirməyə vaxtım yoxdur“ - Xuraman
-
“ABŞ Yaxın Şərqdəki bazalarını əvvəlki vəziyyətinə qaytara bilməyəcək“ - İran generalı
-
Bakıda saxta adla böyük oyun - İz deputat Rafailova aparır
-
Masazırda spirtli içki üstündə insident - Saxlanılan var
-
Göyçayda kanalın yarılması Ucarda su çatışmazlığı problemi yaradıb - VİDEO
-
Ronaldo karyerasını bitirəcəyinə işarə etdi: “Bu, yəqin ki, son ilimdir”
-
“Əlimdə otel görüntülərin var, paylaşım?” - Damlanın prodüseri + FOTO
-
Azərbaycan niyə Gürcüstandan qoyun alır? - Yerli istehsalda ciddi problemlər
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirilib - VİDEO
-
Tramp gizli şəkildə SEPAH-la əlaqə saxlayıb - “Axios“
-
Səkkiz ay əvvəl qəzalı vəziyyətə düşmüş körpü hələ də bərpa edilməyib - VİDEO
-
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - VİDEO
-
ABŞ-ın Körfəz müttəfiqlərində Vaşinqtondan narazılıq pik həddə çatıb - The Washington Post
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Bakıdan bu istiqamətə axın başladı - Sentyabrda nə olacaq?
-
“Tərəflər hələlik əhəmiyyətli irəliləyiş əldə etməyiblər” - “Axios”
-
Elektromobillərin görünməyən sirri - Alimlər sağlamlıqla bağlı son həqiqətləri açıqladı
-
“Yıxılıb ölsəm, ev göydə qalacaq” - Sakinlərin çıxarış dərdi (VİDEO)
-
Moskvada Ermənistanın səs hüququ əlindən alına bilər - KTMT Baş katibindən sərt bəyanat
-
Neçə ballıq zəlzələ insan həyatı üçün təhlükəlidir? - ARAŞDIRMA
-
İran ABŞ və İsrailə qarşı müharibədə üstünlük əldə edib - Qalibaf
-
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: “Nə maşın var, nə də pul“ (VİDEO)
-
Partiya sədrinin 300 milyonluq sərvəti üzə çıxdı - Bir motosikletə sahib olduğunu açıqlamışdı...
-
Bu avtobuslar gecə saat 12-yə qədər işləyəcək - VİDEO
-
İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
-
Azərbaycan ordusunda andiçmə mərasimləri keçiridi - VİDEO
-
Bakı-Qazax yolunda qəza - 1 tona yaxın yanacaq yola töküldü
-
Mənzil almaq niyə getdikcə çətinləşir? - Ekspert bütün suallara cavab verdi
-
Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi antirekord həddə
-
Omanla Hörmüzdə gəmiçilik xəritəsini razılaşdırmışıq - Tehran
-
Yağış yağacaq, külək əsəcək – Sabahın havası
-
Pensiyaların verilmə tarixi dəyişir? - 10 GÜN FƏRQ…
-
Daş karxanasında bədbəxt hadisə - 65 yaşlı kişi öldü
-
Türkiyədə təriqət lideri həbs edildi - Nədə ittiham olunur?
-
Maxaçev həm titulunu qorudu, həm rekord vurdu
-
Evlilik təklifi alanda yalnız bir şey istədim - Məlahət Abbasova
-
“Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - VİDEO
-
Yağış, şimşək, duman... - Faktiki hava açıqlandı
-
Arıqlamaq üçün edilən bu üsul risklidir - Professor xəbərdarlıq etdi
-
Sakinləri ziyana salan hadisə: “Zülmlə almışdıq, bizim günahımız nədir?!“ – VİDEO
-
CENTCOM Yaxın Şərq xəritəsini dəyişib - FOTO
-
Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?
-
Adınıza xəbəriniz olmadan kredit götürə bilərlər - Ekspert xəbərdarlıq etdi
-
İtkin düşən üç iranlı pilot tapıldı - Qətər əsir götürübmüş
-
Tiktok-da xəstəyə yığdığı yardımı özünə götürdü - Tutuldu
-
Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var (VİDEO)
-
Həbs qərarını eşidib məhkəmə zalından qaçdı - Hələ də tapılmır
-
“Bunu bir sınaq dövrü kimi qəbul edirik“ - Metropoliten rəsmisi
-
Azərbaycanlı müğənni döyüldü - 20 Yanvar dairəsində
-
“The Guardian“ dəhşətli həqiqəti açdı: Rusiya ordusunda kütləvi canlı qüvvə qıtlığı başladı
-
Əhalinin banklara olan kredit borcu 10 milyard manata çatır – Siyahı
TOP 10
ARXİV






