| |
|
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Müasir futbolda “yeni reallıq“: “Qoca“ futbolçuların artan dəyəri
Tarix 01.02.26, 18:50 |
|
Əvvəllər futbolçu üçün yaş anlayışı mübahisə mövzusu belə deyildi. 30 yaşdan sonra eniş başlayır, 33-35 aralığında isə karyeranın başa çatması az qala qaçılmaz görünürdü. Klub rəhbərləri bu yaşdan yuxarı futbolçulara risk kimi yanaşır, azarkeşlər isə artıq həmin oyunçulara keçmişin xatirəsi kimi baxırdı. Futbolun yazılmamış qanunları vardı və onlardan biri də "yaşlı futbolçu ilə plan qurulmaz" prinsipi idi. Bir qədər qəribə görünsə də, bu gün futbol bu qanunları pozmaqdadır. Daha doğrusu, oyun dəyişib və onunla birgə yaş anlayışı da bir qədər fərqli mənaya malikdir.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Paradoksal reallıq
Bu gün futbol klublarında 38-40 yaşında futbolçu görmək artıq sensasiya deyil. İndi əsas məsələ oyunçunun neçə yaşında olması yox, meydanda nə etdiyidir: oyuna nə qatır, komanda üçün hansı funksiyanı yerinə yetirir, hansı anlarda fərq yaradır.
41 yaşlı Luka Modriçin hələ də "Böyük beşlik"də çıxış etməsi, "Milan" kimi klubda əsas heyətin dəyişməz üzvü olması, oyunun ritmini müəyyən etməsi bunun ən bariz nümunəsidir. 39 yaşlı Lionel Messinin tempi əvvəlki illərlə müqayisədə aşağı düşsə belə, qərarvermə keyfiyyəti ilə hələ də oyunun taleyini dəyişə bilməsi, 41 yaşlı Kriştiano Ronaldonun fiziki durumunu gənc futbolçularla müqayisə ediləcək səviyyədə saxlaması və qollarını sıralaması da eyni məntiqin davamıdır.
Bu futbolçular sadəcə "hörmət naminə" meydanda qalmırlar. Onlar komandalarının oyun sistemində aparıcı fiqurlardır, taktiki planların mərkəzində dayanırlar. Ən vacibi isə təcrübələri hesabına həlledici anlarda məsuliyyəti üzərlərinə götürməyi bacarırlar. Məhz bu səbəbdən 41 yaşında "Portu" kimi ambisiyalı bir kluba keçən Tyaqo Silva müasir futbol reallığının istisnası təsiri bağışlamır.

Paradoks ondadır ki, futbol tarixinin ən sürətli dövrünü yaşayırıq. Oyun tempi yüksəlib, pressinq daha aqressiv xarakter alıb, meydanda boş zona anlayışı demək olar ki, yoxdur. Məntiqlə bu vəziyyətdə futbolçuların daha tez sıradan çıxacağı gözlənilərdi. Amma reallıq tam əksini göstərir. Futbolçular daha gec tükənir, pik formalarını daha uzun müddət qoruyub saxlaya bilirlər.
Mütəxəssislər hesab edirlər ki, "futbolçu ömrü"nün uzanması təsadüfi deyil. Düzgün planlama, yüklənmənin balanslaşdırılması, bərpa proseslərinə verilən önəm, qidalanma və fərdi hazırlıq proqramları bunun əsas səbəbləridir.
Atlet futbolçular
Əvvəllər futbolçu daha çox məşq meydanında gördüyü işlə qiymətləndirilirdi. Kim daha çox qaçır, fiziki göstəricilərinə görə məşqdə fərqlənirdisə, o da ön plana keçirdi. Bu gün isə oyunçunun performans anlayışı daha fərqli mənaya malikdir. Hər bir futbolçu tam bir atletdir. Onun yuxu rejimi, qidalanması, bərpa prosesi, hətta gündəlik həyat tərzi performansın tərkib hissəsinə çevrilib. Mövsüm bitəndən sonra tam istirahət anlayışı demək olar ki, yoxdur. Çünki il uzunu turnirlər bir-birini əvəz etdiyi üçün futbolçunun istirahətə çox az vaxtı qalır. Proses fasiləsiz davam edir və bədən nəzarətsiz buraxılmır. Peşəkarlarla çalışan futbolçu artıq hansı həddə qədər yüklənə biləcəyini və harada dayanmalı olduğunu bilir. Bu yanaşma yaş faktorunu tədricən arxa plana keçirir. Artıq məsələ həmin yaşda bədənin hansı vəziyyətdə olmasıdır.

Bugünkü futbolu müasir idman təbabətindən ayrı təsəvvür etmək mümkün deyil. Bir vaxtlar karyeranı bitirən diz və əzələ zədələri indi düzgün reabilitasiya ilə daha idarə olunan prosesə çevrilib. Diaqnostika daha dəqiqdir, bərpa proqramları fərdidir, risklər əvvəlcədən hesablanır. Bu da oyunçuların daha uzun müddət üst səviyyədə oynamasına imkan yaradır.
Sürət də artır, ağıl da
Yaşlı futbolçuların müasir futbolda qalmasının əsas səbəblərindən biri də oyunun taktiki baxımdan inkişaf etməsidir. Bugünkü futbol artıq təkcə fiziki mübarizə üzərində qurulmur. Mövqe seçimi, oyunun gedişatını oxuma bacarığı, doğru anda doğru qərar vermək bir çox hallarda sürətdən daha həlledici amilə çevrilib.

Futbol əvvəlkindən daha sürətli, daha çox qaçılan bir oyundur. Amma eyni zamanda futbol əvvəlkindən daha çox düşünülən oyuna çevrilib. Bu da təcrübənin dəyərini artırır. Müasir oyunda nəticəni düzgün qərarlar müəyyənləşdirir. Məhz bu səbəbdən yaşlı futbolçular bu tempin içində hələ də özlərinə yer tapa bilirlər.

Müasir oyunda 40 yaşında futbolçu görmək artıq istisna hesab olunmamalıdır. Bu, yeni normadır və atletin öz fiziki formasına sistemli yanaşmasının nəticəsidir. İdman elmi, tibbi imkanlar, taktiki dəyişiklik və peşəkar həyat tərzi birlikdə futbolçuların oynama müddətini uzadıb. Azarkeşlər üçün isə bundan daha xoş reallıq yoxdur. Onlar sevdikləri futbolçuları daha uzun müddət iş başında görə bilirlər.
Xəbərin oxunma sayı : 1069
İdman
Xəbərlər
-
Türk iş adamı salyanlı ortağına 600 min manat ziyan vurdu - DETALLAR /VİDEO
-
Masazırda kanalizasiya suları küçəyə axır - Sakinlər çarəsizdir - VİDEO
-
Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransında çıxış edib - Orta Dəhliz və digər mövzularda
-
Timur Mehdiyevlə bağlı şok məlumat: FHN-ə yox, bu nazirliyə müavin gedəcəkdi, amma...
-
Sığorta şirkəti avtomobilə dəyən 3600 manatlıq zərərə qarşılıq 600 azn ödəniş edir - ŞİKAYƏT
-
Bakının 8 ünvanında siyahıyaalınma başladı - Sakinlər konpensasiyadan narahatdırlar
-
“Hazırda Rusiya ilə danışıqlara başlamağın mənası yoxdur“ - Almaniya Kansleri
-
Prezident Münxendə yerli televiziya kanallarına müsahibə verdi - VİDEO
-
“ARB“ kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
-
“KapitalBank“ rəhbərinin peşəkarlığı sual doğurdu - Amma hər ilin sonu milyonlarla manat bonus alırlar...
-
Sabunçuda ailə dramı: Ər arvadını, baldızını və onların nənəsini bıçaqladı
-
Narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanıldı - VİDEO
-
Xirtdəyədək problemi olan “Məzun evi“ndə dəhşətə gətirən mənzərə - VİDEO
-
Çindən məhsul sifariş edənlərin nəzərinə: Bağlamalar ləngiyə bilər
-
AMEA-dan Mehdiyevlə bağlı açıqlama - “Akademiyasının üzvlüyündə qala bilməz...“
-
İlham Əliyev Slovakiya Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Bu marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir - SİYAHI
-
“Azərlotereya“nın gəlirləri hara gedir? - Dünya təcrübəsi və Azərbaycan reallığı
-
“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Prezident Münhendə Bərzani ilə görüşdü - FOTO
-
Tusi Hospitaldan şikayət - 400 manata vurulan gel xəstəni şikəst etdi
-
Ata Abdullayev azadlığa buraxıldı - Məhkəmədən qərar
-
Mehdiyev qovulur, Budaqov gedir... - Hakim partiya qurultaya hazırlaşır
-
“Giləzi-Quşçuluq” şirkəti ölkədən külli miqdarda pul çıxarıb? – Məhkəmə
-
Arvadını amansızlıqla döydü, söhbətə çağıran qayınatasını öldürdü - Sumqayıtda cinayət
-
Prezident İlham Əliyev Almaniyada səfərdədir - FOTOLAR
-
Deputat Günay Ağamalı qəza törətdi - Sürət həddini aşdığı üçün
-
Hava limanı istiqamətində hərəkət məhdudlaşdırılır - DYP alternativ yolu açıqladı
-
Mehdiyevin bu avtomobilləri müsadirə edilə bilər - FOTOLAR
-
“Aktuallığını itirmiş xəbərin silinməsi tələb oluna bilər“ - Məhkəmə
-
İstirahət günlərində külək güclənəcək - XƏBƏRDARLIQ
-
Beyləqanda Dövlət Xidmətinin yaradılmasının ildönümü qeyd olundu - Fotolar
-
Azərbaycanda özəl klinikaların səlahiyyəti artırılır - YENİLİK
-
Maliyyə Nazirliyinin Regional Xəzinədarlıq İdarələri yenidən təşkil edilir - Açıqlama
-
Nazirin “DOSTU”dur deyə işçiləri təhdid etməlidir…? - VİDEO
-
“Qarabağ“ ötən mövsüm ÇL-in təsnifat oyunlarından nə qədər pul qazanıb? - MƏBLƏĞ
-
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar
-
Sabirabadın dırnaqarası ağsaqqalı ilə bağlı rayon sakinlərinin aidiyyatı qurumlara açıq müraciəti
-
Azərbaycandan Ermənistana kimlər gedib? - Adlar açıqlandı
-
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - DETALLAR
-
Milli Məclisin plenar iclası başladı - Gündəliyə 10 məsələ daxil edilib
-
Sakinlərin həyatını alt-üst edən hadisə: “Körpələrim suyun içində batırlar“
-
ABŞ administrasiyası İrana minlərlə “Starlink” terminalı göndərib - “The Wall Street Journal”
-
Xətai rayonunda mebel sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Ələt-Astara magistral yolunda işıqlandırma problemi - VİDEO
-
İranla razılaşma əldə etməsək nəticəsi çox travmatik olacaq - Tramp
-
“Anam rəhmətə getdi, dəfn etməli deyiləm?“ - Sumqayıt qəbiristanlığında əlyandıran qiymətlər
-
Novxanıda ferma sahibi ilə sakinlər arasında narazılıq - VİDEO
-
Sosial şəbəkələrdən “sehrli qələm“ alan abituriyentlərə xəbərdarlıq - VİDEO
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Azərbaycan klublarının qış transferləri - Kim gəlir, kim gedir?
-
Milyonluq əmlak satışı və gizli sövdələşmələr: Avropa Komissiyasında nə baş verir?
-
Saleh Məmmədovdan sonra ATF MMC çökə bilər - Muradov qardaşları çətin durumda
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həyəti niyə bu vəziyyətdədir? - VİDEO
-
Mehdiyev hələ də AMEA-nın həqiqi üzvü saxlanılır - Həbibbəyli məzuniyyətə gedib
-
Gözəllik salonunun rəhbəri bloggerlərin 250 min manatını mənimsəyib? - VİDEO
-
İşsiz qalan bu şəxslərə sığorta pulu ödəniləcək...- AÇIQLAMA
-
“Şamaxinka”da tıxac problemi kökündən həll edilir - YENİ LAYİHƏ
-
“Mercedes“in gəlirləri iki dəfə azaldı - Məşhur brend səbəbləri açıqladı
-
Kamran Əsədovun məhkəməsində şahidlər danışdı: “Məndən 3 min manat istəmişdilər“
-
Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək - SARI XƏBƏRDARLIQ
-
Eşidə və danışa bilməyən qadına təcavüz etdilər - TƏFƏRRÜAT
-
Naxçıvanda bu yüksək vəzifə ləğv edildi - RƏSMİ
-
Bağ evində meyiti tapılan Rəşad Əliyev yüksək vəzifələrdə çalışıbmış - FOTO
-
Almaniyada yeni qalmaqal: Merts tənbəllik etməməyə çağırdı, vətəndaşlar qəzəbləndilər
-
Nazir bu Mərkəzlərin direktorlarını işdən çıxardı - Yeni təyinatlar
-
Əmək qabiliyyətini itirənlərə müavinət - Tam ödəniləcək
-
Veteranlar Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından AÇIQLAMA
-
Mehdiyevin Rusiyaya zəng edib danışdığı qadının kimliyi məlum olub - Şok detallar
-
Son 14 ildə AÇG yatağında neft hasilatı 2 dəfədən çox azalıb - İllər üzrə hasilat
-
“Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı - “Li L9 Ultra” sahibini tapdı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Vergi agenti kimdir və vəzifələri nələrdir? - ARAŞDIRMA
-
Prezident bu hərbçilərə medallar verdi - SİYAHI
-
Dövlət Vergi Xidmətinin işçiləri təltif edildi - Sərəncam
-
Mağazalardan qızıl oğurlayan qadın saxlanıldı - VİDEO
-
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
-
Vens Bakıya səfərindən kadrlar paylaşdı - VİDEO
-
“Salt Hotel“də oğurluq: Bir müştəri digərinin telefonunu və pulunu aparıb
-
Bu müəssisələrdə yaşayanlara hər gün 10 manatlıq yemək veriləcək - Müqavilə
-
Fermerlərə subsidiya ödənişlərinə start verilir - AÇIQLAMA
-
Əli Kərimli Azərbaycanı KTMT-yə üzv edəcəyini vəd edib - Qənimət Zahidin səs yazısı + VİDEO
-
Kim Çen Inın qızı rəsmən varis elan edilir? - Kəşfiyyatdan şok açıqlama
-
Veteranlar medal satan polkovnikdən narazıdırlar - Xəlil Cəlilov təşkilat rəhbərliyindən niyə bərk yapışıb?
-
Mehdiyevin xarici xüsusi xidmət orqanları ilə danışıqları yayıldı - VİDEO
-
Qənimət Zahid və Fuad Qəhrəmanlı nədə günahlandırılır? - Rəsmi açıqlama
-
Sabah havanın temperaturu 18 dərəcəyədək yüksələcək - PROQNOZ
-
Mehdiyevin evindən 17 milyon çıxıb - Əməliyyat görüntüləri + VİDEO
-
“Ermənistanın ABŞ nüvə texnologiyasını seçməsi Rusiyada suallar yaradıb“ - Zaxarova
-
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
-
“Elm və Təhsil Fondu“nun qrant müsabiqəsinin qalibləri - SİYAHI
-
Azərbaycanda ötən il ət məhsulları bu qədər bahalaşıb - STATİSTİKA
-
Mask işə qəbul prosesini açıqladı - Ənənəvi üsuldan istifadə edir
-
“Vüsal 300“ yenə köhnə ampulasında - Yüksək faiz, qanunsuz lizinq
-
Qaradağda Mədəniyyət Mərkəzi uşaq bağçasına çevrilib - FOTO
-
“ABŞ-nin hərbi müdaxiləsi çətin ki, İranda hakimiyyət dəyişikliyinə gətirib çıxarsın“ - Hakan Fidan
-
Pensiya kapitalı nə qədər artırıldı? - Depurtat rəqəmləri açıqladı
-
Nazir “qoca“ ləqəbli polkovniki vəzifəsindən azad etdi - FOTO
-
Azərbaycanda pasportu olan qoyunların sayı azalıb - SİYAHI
-
Cəlilabadda güclü qar: Ağac aşdı, bir nəfər xilas edildi (VİDEO)
-
“Estetik əməliyyatdan sonra üzüm deformasiyaya uğrayıb” - Video
-
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
-
Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
-
“Araz-Naxçıvan“ Premyer Liqadan gedir? - İDDİA
-
“İran müfəttişlərin nüvə obyektlərinə daxil olmasına icazə verməyə hazırdır“ - Pezeşkian
-
“Qida məhsullarının bahalaşması davam edə bilər“ - VİDEO
-
Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin növbəti mərhələsinin konseptual çərçivəsi
-
Azərbaycan-ABŞ iqtisadi əlaqələri yeni mərhələdə
-
“Eltimin hədiyyəsidir, ailə biznesimizdir“ - Röyanın sözləri diqqət çəkdi
-
Məşhur salonlar şəbəkəsinin rəhbəri bloqerin 150 minini mənimsəyib? - QALMAQAL
-
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi blokladı - Nə baş verir?
-
Ata mülkünə görə xəstə qardaşını amansızlıqla döydü - Məhkəmədə bəraət aldı
-
Bakıda bu ərazidə söküntü başlayır - Yeni tunel tikiləcək + VİDEO
-
ABŞ-la Azərbaycan arasında münasibətlər inkişafdadır
-
NATO “Arctic Sentry“ missiyasına başladığını elan edib - Arktikada mövcudluğunu gücləndirmək üçün
-
İsmayıllı istintaqında əsas sual: icra başçısı həqiqətən xəbərsiz idi?
-
“Burada oxuyan şagird necə yüksək bal toplasın?” - VİDEO
-
ABŞ Meksika və Kanada ilə üçtərəfli ticarət müqaviləsindən çıxa bilər - “Bloomberg“
-
“Nənəmin Təndiri”ni yoxladılar - Nöqsanlar tapıldı
TOP 10
ARXİV






