Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Maskdan unikal təklif - Əhaliyə pul paylayın…

Tarix 18.04.26, 13:49

Font ölçüsü : - / +
bitmap-img6


"Süni intellektin insanları əmək bazarından sıxışdırıb çıxarması nəticəsində yarana biləcək işsizliklə mübarizənin ən effektiv yolu ABŞ hökumətinin əhaliyə birbaşa pul paylamasıdır".

Bu barədə İlon Mask "X" sosial şəbəkəsində bildirib. Onun fikrincə, bu yanaşma ümumdünya yüksək gəlir səviyyəsini təmin etmək üçün ən yaxşı vasitə ola bilər.

"Süni intellekt və robototexnika pul kütləsinin artımını əhəmiyyətli dərəcədə üstələyən həcmdə mal və xidmətlər istehsal edəcək. Buna görə də inflyasiya baş verməyəcək", - deyə Mask vurğulayıb.

Qeyd edək ki, Mask bu ideyanı ilk dəfə səsləndirmir. O, yanvar ayında bir neçə startapın qurucusu, ABŞ-li sahibkar Piter Diamandis ilə birgə iştirak etdiyi podkastda hökumətlərin süni intellektə ayaq uydurmaqda çətinlik çəkə biləcəyini bildirmişdi.

Maskın sözlərinə görə, süni intellektin inkişaf sürəti qərarların qəbulunda ləngliyi və çoxsəviyyəliliyi ilə seçilən ənənəvi siyasəti xeyli qabaqlayır. Süni intellekt hökumətdən 10 dəfə və ya daha sürətlə inkişaf edə bilər, bu da dövlət qurumlarının effektiv reaksiya verməsini çətinləşdirir.

Müzakirədə iştirak edən texnologiya sahəsi üzrə investor və sahibkar Deyv Blandin də oxşar narahatlıqlarını bölüşüb. O bildirib ki, hazırda heç bir dövlət sistemi süni intellektin gətirdiyi dəyişikliklərin sürəti ilə ayaqlaşmağa tam hazır deyil və hətta tənzimləmə tədbirləri belə daha geniş iqtisadi fəsadları idarə etmək üçün kifayət etməyə bilər.

Bu kontekstdə Mask hökumətlər tərəfindən göstərilən birbaşa maliyyə dəstəyinin ehtiyat həll yolu ola biləcəyini qeyd edib. Onun fikrincə, səlahiyyətli qurumlar süni intellektin inkişafını tam nəzarətdə saxlamağa və ya ləngitməyə çalışmaq əvəzinə, vətəndaşlara birbaşa pul göndərməklə iqtisadi sabitliyin qorunmasına diqqət yetirə bilərlər.

Qeyd edək ki, sərvəti 787,3 milyard dollar qiymətləndirilən Mask tarixin ən zəngin sahibkarlarından biri hesab olunur.



Xəbərin oxunma sayı : 202




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap