“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Sosial İqtisadi kollecində baş verən qalmaqalla bağlı yeni xəbər - VİDEO

Tarix 19.03.25, 23:36

Font ölçüsü : - / +
bitmap-img6


Sosial İqtisadi kollecində baş verən qalmaqalla bağlı YENİ XƏBƏR
Bir semestrdə minə yaxın kəsirin olduğu iddia  edilən Sosial İqtisadi Kollecdə direktor  döyülüb.

“Xəzər Xəbər”in əməkdaşları UNEC-in  nəzdindəki  təhsil müəssisəsindı olublar.  

Kollecin tarix müəllimi Qələndər Muxtarlının sözlərinə görə, direktor Şəhriyar Laçınlı tədris müassisəsinin mühasibi tərəfindən döyülüb.

Qələndər Muxtarlı deyir ki, Kollec büdcəsini tələbə kəsiri hesabına formalaşdırır. Müəssisə  cərimə ilə özünü maliyyələşdirən dırnaqarası nümunəvi tədris müəssisəsinə çevirib.

Tələbələrin sözlərinə görə, onlar kəsirə görə ödəniş ediblər.Lakin onlardan hər hansı bir rüşvət istənilməyib.

Kollecin direktoru “Xəzər Xəbər”ə açıqlamasında hadisənin ötən gün  səhər saatlarında baş verdiyini deyib.

Davada adı hallanan mühasib  Turab Şabanov  isə yalnız onu bildirib ki, məsələ ilə bağlı 13-cü Polis Bölməsinə çağrılıb izahatı alınıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə baş vermiş hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

UNEC-in açıqlamasında isə bildirilir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi təhsil müəssisələrində sağlam və təhlükəsiz iş mühitinin qorunmasına xüsusi önəm verir və etik prinsiplərin təmin olunması üçün zəruri addımlar atılacaqdır.

Hadisənin nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. 






Xəbərin oxunma sayı : 781




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap