“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Qəsdən adam öldürməkdə təqsirləndirilən 19 yaşlı gəncə hökm oxunub - 19 İL

Tarix 26.03.25, 13:28

Font ölçüsü : - / +
bitmap-img6


Füzuli rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Nemət Bayramlının cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Nemət Bayramlı 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin yanvarında Füzuli rayonunun, Kürmahmudlu kəndi ərazisində baş verib. 2005-ci il təvəllüdlü Nemət Bayramlı aralarında yaranmış mübahisə zamanı 2003-cü il təvəllüdlü Azər Allahverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İttihama görə, Nemət Bayramlı "TikTok" sosial şəbəkəsi üzərində gördüyü videonun mənasını soruşmaq üçün videonun sahibi, daha əvvəl heç tanımadığı Azər Allahverdiyevlə və onun qardaşı ilə danışıb. Söhbət zamanı təhqiramiz ifadələrin istifadəsinə görə onlar yolun Aşağı Kürdmahmudlu kəndi ərazisindən keçən hissəsində yol kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında görüşüblər. Bir qədər söhbət etdikdən sonra o, Azər Allahverdiyevi qəsdən öldürmək məqsədi ilə yanacaqdoldurma məntəqəsinə bitişik olan istifadəyə verilməmiş tikilinin yan tərəfinə dəvət edərək sonuncudan telefonda danışarkən onu təhqir etməsinin səbəbini soruşub. Azər Allahverdiyev ona təhqi etmədiyini bildirsə də, həmin videoya görə yetkinlik yaşına çatmayan qardaşına iradlar bildirib sorğu-suala tutmasına haqlı cavab verdiyini söyləyib. Nemət Bayrmalı A.Allahverdiyevi qəsdən öldürmək məqsədilə ilə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağını götürərək sonuncunuya ağır xəsarət yetirərək onun ölməsinə səbəb olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Nemət Bayramlı barəsində Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), maddələri ilə ittiham irəli sürülüb.

APA



Xəbərin oxunma sayı : 904




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap