“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Taksi sürücüləri AYNA-nın qaydalarına etiraz olaraq işə çıxmaqdan imtina edirlər - VİDEO

Tarix 30.03.25, 22:06

Font ölçüsü : - / +
bitmap-img6


Bir qrup taksi sürücüsü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qaydalarına etiraz olaraq aprel ayının 2-si fəaliyyət göstərməyəcək.

Xezerxeber.az-ın məlumatına görə, bu məlumatı Taksi Sürücüləri Birliyinin rəhbəri Elşad Eldarov deyib.

O bildirib ki, taksi sürücüləri avtobus zolağında sərnişin mindirib düşürdükdə 100 manat, avtobus zolağının yanında sərnişin mindirib düşürdükdə isə 80 manat məbləğində cərimə olunurlar. Bu isə onları maddi zərərə gətirib çıxarır.

Taksi sürücüləri bildirirlər ki, onlara qanuni şəkildə fəaliyyət göstərmək üçün lazım olan fərqlənmə nişanları, sertifikatlar verilsə də, onların iş şəraiti gündən-günə gərginləşir.

Sürücülər tələb edirlər ki, yaşlı insanları, uşaqlı ailələri və ya fiziki imkanları məhdud sərnişinləri daha rahat formada daşımaq mümkün olmalıdır.

Məsələ ilə bağlı AYNA bildirib ki, avtobus zolaqları avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulub, şəxsi avtomobillərin və taksi nəqliyyat vasitələrinin ora daxil olması isə qadağandır. Qeyd olunub ki, şəhərdə 130-dan çox taksi duracağı mövcuddur. Yeni taksi dayanacaqları əsasən universitetlər, ticarət mərkəzləri və nəqliyyat mübadilə məntəqələrinin yaxınlığında təşkil edilməsi nəzərdə tutulur.





Xəbərin oxunma sayı : 724




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap