Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Dark Lounge & Bar“ restoranı sakinlərin yaşayışını kabusa çevirb - VİDEO

Tarix 31.03.26, 23:41

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən "Dark Lounge & Bar" restoranından gələn səs-küy ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub.

Baku TV-nin qaynar xəttinə daxil olan müraciətlərdə vətəndaşlar sözügedən məkandan gələn yüksək səs-küyün xüsusilə gecə saatlarında onları narahat etdiyini söyləyiblər.

"Bütün gecə səs gəlir. Polis də çağırmışıq, amma xeyri yoxdur", - sakinlərdən biri söyləyib.

<iframe width="675" height="380" src="https://www.youtube.com/embed/HrHQhIKKL_4" title="&quot;Gecə 4-ə qədər...&quot; | Bu restoran sakinlərin yaşayışını görün necə kabusa çevirib - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Digər bir vətəndaş isə qeyd edib: "Saat 4-5-ə kimi burada səs kəsilmir. O gün elə səs var idi ki, evdə stolun üstündəki qab əsirdi".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, qeyd olunan ünvanda vətəndaşları narahat edən səs-küyün aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb: "İaşə obyektinin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib. Analoji halın təkrarlanacağı təqdirdə daha ciddi tədbirlərin görüləcəyi obyekt sahibinin diqqətinə çatdırılıb".

Obyektin havalandırma sistemi və yanğın təhlükəsizliyi məsələsinə gəlincə, Fövqəladə Hallar Nazirliyindən (FHN) qeyd olunub ki, sözügedən iaşə obyekti 2026-cı ilin fevral ayından fəaliyyətə başlayıb. Mövcud qanunvericiliyin tələblərinə əsasən, obyektdə plan üzrə yanğın-texniki müayinələrin keçirilməsi cari ilin noyabr ayının 1-dək planlaşdırılmaqla 2027-ci ildə icra edilə bilər.



Xəbərin oxunma sayı : 472




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap