Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Prezident yeni qanunu təsdiq etdi - Sosial xidmətlərə nələr əlavə olunub?

Tarix 12.05.25, 21:20

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti “Sosial xidmət haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqləyib. Yeni dəyişikliklərin əsas məqsədi çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyini artırmaq, keyfiyyətini yaxşılaşdırmaq, ünvanlılığı və bu xidmətlərə əlçatanlığı təmin etməkdir. Qanun eyni zamanda sosial xidmətin göstərilməsi ilə bağlı müraciətlərin baxılması, qiymətləndirilməsi və qərar qəbul olunması prosedurlarını da dəqiqləşdirməyi nəzərdə tutur.

İqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, qanunun 19-cu maddəsinə edilən dəyişiklik sosial xidmətlərdən istifadə edən vətəndaşların əhatə dairəsinin genişlənməsinə səbəb olacaq: “Əvvəllər Qanunda yer alan `eyni yaşayış məntəqəsində yaşamayan` ifadəsi daha geniş əhali kateqoriyasını əhatə etdiyindən, bu, vətəndaşların evdə (səyyar) sosial xidmətlərdən istifadə hüququnu məhdudlaşdırırdı. Yeni dəyişikliklə bu ifadə `Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində` sözləri ilə əvəz olunub. Bu da xidmətlərdən istifadə imkanlarını genişləndirəcək”.

Deputatın sözlərinə görə, vacib dəyişikliklərdən biri də çətin həyat şəraitində olan bütün şəxslər və ailələrin yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunmasına şərait yaradılmasıdır. Bu dəyişiklik daha geniş əhali qrupunun sosial xidmətlərə çıxışını təmin edəcək.

Vüqar Bayramov əlavə edib ki, yeni dəyişikliklərə əsasən, artıq subyektlər arasında müqavilə bağlanmaqla, dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz sosial xidmətlər də göstəriləcək. Halbuki əvvəlki qaydalarda bu cür müqavilələr yalnız ödənişli xidmətlər üçün nəzərdə tutulurdu.

Deputat onu da qeyd edib ki, əvvəlki qanunvericilikdə asudə vaxtın səmərəli təşkili yalnız sosial-pedaqoji xidmətin tərkib hissəsi kimi göstərilirdi: “O zaman bu xidmət yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklər və davranış pozuntularının profilaktikasına yönəlmişdi. Nəticədə digər kateqoriyaya aid, çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən yararlanmaq imkanı olmurdu”.

Bütün bunları nəzərə alan millət vəkili bildirib ki, Qanuna yeni bir xidmət növü – sosial-mədəni xidmət əlavə olunub. Bu, çətin həyat şəraitində olan bütün şəxslərə həmin xidmətdən istifadə imkanı yaradacaq.



Xəbərin oxunma sayı : 343




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap