![]() |
|














Türkiyədə mütləq kəşf etməli olduğunuz mağaralar - FOTOLAR
Tarix 11.02.25, 11:18 |
|

Türkiyə mağarasevərlər və macəra axtaranlar üçün əsl cənnətdir.
Ölkədə təxminən 40 min mağara mövcuddur. Bu möhtəşəm geoloji strukturların dərinliklərinə enərək yeraltı gölləri, kəşf etmək inanılmaz bir hissdir. Bu sirli dünyaya qədəm qoyduqda, özünüzü sanki fantastik bir filmin səhnəsində hiss etməmək mümkün deyil. Budur, Türkiyənin ən heyrətamiz altı mağarası haqqında bilməli olduğunuz məqamlar…
Altınbeşik Mağarası: Türkiyənin ən böyük yeraltı gölü
Türk Rivierasının incisi Antalya, tarix izləri daşıyan saysız-hesabsız böyük və kiçik mağaraları ilə macəra həvəskarlarının ən sevimli məkanlarından biridir. Ürünlü kəndində yerləşən Altınbeşik Mağarası bölgənin dünyaca məşhur ilk mağarasıdır. Üçmərtəbəli unikal struktura malik bu təbiət möcüzəsi Türkiyənin ən böyük, dünyanın isə üçüncü ən böyük yeraltı gölünü özündə birləşdirir. Göldə təşkil olunan qayıq turları mağaranın girişini kəşf etməyə imkan yaradır – bu mənzərə, ətrafındakı sıx şam meşələrinin arasında kiçik bir vaha kimi görünür. Mağaranın bu səviyyəsinin sonunda sizi 44 metrlik dik travertenlər heyrətamiz mənzərəsi ilə qarşılayır. Peşəkar mağara tədqiqatçıları bu travertenlərin üzərindəki ikinci mərtəbəyə xüsusi avadanlıqla dırmana bilərlər. Burada kiçik hovuzlar yerləşir, mağaranın ən yuxarı səviyyəsi isə nəhəng qaya parçalarından ibarətdir.
Damlataş mağarası: sarkıtların sehrli dünyası
Antalyanın Alanya rayonunda yerləşən Damlataş Mağarası, Türkiyədə mağara turizmi deyiləndə ilk ağla gələn yerlərdən biridir. Adını içərisindəki möhtəşəm sarkıtlardan alan bu mağara, 50 metrlik keçiddən sonra silindrşəkilli bir boşluq vasitəsilə əsas hissəyə açılır. Gözoxşayan sarkıtları ilə yanaşı, Damlataş Mağarası sağlamlıq baxımından da xüsusi əhəmiyyətə malikdir. Buradakı havanın tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlər üçün faydalı olduğu düşünülür. Hətta bəzi astma xəstələri həkim nəzarətində 21 günlük müalicə proqramına qoşularaq hər gün müəyyən müddət mağarada vaxt keçirirlər.
Karain mağarası: paleolit dönəminin mərkəzi
Antalya bölgəsində yerləşən Karain Mağarası həm təbii gözəlliyi, həm də arxeoloji əhəmiyyəti ilə seçilir. Burada tapılan paleolit dövrünə aid qalıqlar Karain Mağarasını Türkiyənin ən önəmli mağaralarından birinə çevirir. Eyni zamanda, bu mağara Anadolu ərazisində paleolit dövründən Roma dövrünə qədər insan yaşayışına dair izlər daşıyan ən böyük mağara hesab edilir. Mağarada aşkarlanan bəzi tapıntılar Anadolunun ən qədim insan əli ilə yaradılmış sənət nümunələri kimi qəbul edilir. Karain Mağarası həmçinin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısında yer alır.
Ballıca mağarası: şəfa bəxş edən geoloji miras
Tokatın 3,5 milyon il yaşı olan Ballıca Mağarası Qara dəniz bölgəsinin ən məşhur təbiət möcüzələrindən biridir. Dünyada nadir rast gəlinən geoloji quruluşa malik bu mağara sarkıtlar, dikitlər, sütunlar, pərdəvari travertenlər, mağara mirvariləri, damcı daşı hovuzları və unikal soğanvari sarkıtlar kimi möhtəşəm formalarla zəngindir. Hələ tam araşdırılmamış hissələri ilə sirrini qoruyub saxlayan Ballıca Mağarası səkkiz zalı ilə bütün mağara formalaşmalarını özündə cəmləşdirir. Ziyarətçilər üçün açıq hissələri araşdırmaq, hər addımda yeni bir sürpriz və həyəcan dolu səyahətə çıxmaq kimidir. Parlaq rəngli kalsit formasiyalarına görə 2019-cu ildə UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən mağara, eyni zamanda, mənfi ionlarla zəngin, toz və polensiz havası sayəsində astma və nəfəs darlığından əziyyət çəkənlər üçün müalicəvi təsirə malikdir.
Karaca mağarası: gümüşxananın yeraltı sarayı
Türkiyənin Şərqi Qara dəniz bölgəsində yerləşən füsunkar Gümüşhane şəhəri Karaca Mağarası ilə məşhurdur. Bu mağara insanı valeh edən sarkıtlar, dikitlər, rəsmlərlə örtülmüş divarlar, traverten örtüklər, mağara çiçəkləri, mağara mirvariləri, “fil qulaqları”, traverten hovuzları və rəngarəng mağara gülləri ilə zəngindir. Çatlarla dolu əhəngdaşlarında formalaşmış bu fosil mağara, bir-birinə bağlanan ellipsvari dörd fərqli zalın birləşməsi nəticəsində yaranmışdır. Zamanla sızan suyun yaratdığı damcı daşı divarları bu zalların ikisini bölərək ümumi zal sayını altıya çatdırmışdır.
Dupnisa: Trakyanın məşhur mağara sistemi
Türkiyənin Trakya bölgəsində, Kırklarelidə yerləşən Dupnisa Mağarası Demirköy rayonunun məhsuldar torpaqları arasında gizlənmiş bir xəzinədir. Trakyanın turizmə açılan ilk və yeganə mağarası olan Dupnisa hər il on minlərlə ziyarətçini qəbul edir. İki mərtəbəli quruluşa və bir-biri ilə əlaqəli üç mərmər mağaraya sahib olan bu sistem, təxminən dörd milyon il ərzində formalaşıb. Mağaranın yuxarı hissəsində Kuru və Kız mağaraları, aşağı mərtəbədə isə ziyarətçilərə açıq olan Sulu Mağara yerləşir. Dupnisa süd ağından qırmızı və qəhvəyi çalarlarına qədər dəyişən rəngləri, nəhəng ölçülərə çatan sarkıt, dikit, sütun, pərdəvari damcı daşları və damcı daşı hovuzları ilə diqqət çəkir. Burada 11 fərqli yarasa növü məskunlaşıb və onların çoxalması üçün hər il 15 noyabr – 15 may tarixləri arasında mağaranın bəzi hissələri ziyarətçilərin girişinə bağlan




Xəbərin oxunma sayı : 1156
Maraqlı
Xəbərlər
-
“Top Qapı” restoranında nöqsanlar aşkarlandı - Fotolar
-
“Bolt”da bu sürücülərin fəaliyyətinə bu gündən QADAĞA
-
Məşhur klinikalar saxta diplomlu Musa Kılıçı necə işə götürüb? - İLGİNC FAKTLAR
-
Qəbul imtahanlarına onlayn hazırlaşmaq keyfiyyətli nəticə verir? - Açıqlama
-
“Rusiya razılaşmasa, döyüşməyə davam edəcəyik” - TRAMP
-
Dünya fond bazarlarında eniş davam edir - Əsas indeks göstəriciləri
-
Gömrük Hospitalının həkimləri: "İki ildir maaşımızı əlimizdən alırlar"
-
“Səs-küy axşam 10-da başlayır, səhər 7-yə qədər davam edir” - Video
-
Kartla ödəniş etmək istəyən şəxslər bəzi marketlərdə niyə çətinliklərlə üzləşir? - VİDEO
-
Plastik cərrahlar qiyməti qaldırdı - Burun 5 min...
-
Sosial şəbəkələrdə narkotik vasitələrin açıq şəkildə alveri gedir - VİDEO
-
Bakıda avtomobilinə hücum edilən şəxs sahikar imiş - DETALLAR
-
“Dərnəgül” taxta bazarında yanğın - VİDEO
-
UEFA Çempionlar Liqası: - “Liverpul” tunirlə vidalaşdı
-
“Məndə böyük travma qalıb” - Mehriban Zəki
-
Salah İspaniya nəhəngində oynamaq istəyir - Bu şərtə razı olsa...
-
Keşlə bazarının bəzi satıcıları niyə hələ də köçməyiblər? - VİDEO
-
ABŞ VƏ Ukrayna danışıqları başa çatdı - 30 günlük atəşkəs, hərbi, kəşfiyyat yardımı...
-
“Vətən” restoranında istehlaka yararsız məhsullar aşkarlandı - Fotolar
-
Babək prospektində bu yol hər an çökə bilər - VİDEO
-
Çin, Rusiya və İrandan Trampa güc nümayişi - Birgə təlimlərin İrana faydası varmı?
-
Səttar Mehbalıyevin otelində kütləvi narazılıq - Deputat niyə susur?
-
“Azcake“ə məxsus mağazanın vitrinində tarakan gəzişir - VİDEO
-
Zelenskini Məhəmməd bin Salman belə qarşıladı - Video
-
Qarabağda yaşayan ermənilər Bakıda şahid qismində danışdı - Vardanyanın məhkəməsi
-
Leyla və Arzu Əliyevalar İsmayıllıda - Fotolar
-
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
-
Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı
-
“Kanada məhsullarına əlavə rüsumlar tətbiq ediləcək” - Tramp
-
Yeni Günəşlidə 3 mərtəbəli qanunsuz obyekti kim tikdirir? - Fotofakt
-
Bir ildə 16 min iş yeri bağlanıb: Səbəb nədir?
-
Anarın məhkəməyə verəcəyi şair: “Daha ciddi, iyrənc faktlar bilirəm“
-
“Hindistandan silah alınmasında maraqlıyıq“ - Ermənistan XİN rəhbəri
-
Ukrayna “Drujba”nı vurdu - Macarıstana neft axını dayandı
-
Qaz Emalı Zavodunun direktoru dəyişdi - Təyinat
-
Azərbaycan vətəndaşlarının böyrəyini satırmış - Polşada həbs olundu
-
Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşdü - Fotolar
-
Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının ilk iclası keçirilib - FOTO
-
Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - “Caliber“
-
Son 2 ildə işğaldan azad olunan rayonlara nə qədər yerli turist gedib? – Siyahı
-
99-BZ-500 buna görə döyülüb - Qadına söz atıb, o da yoldaşına deyib
-
“Qazaxıstan Azərbaycanı etibarlı strateji tərəfdaş və müttəfiq kimi görür“ - Tokayev
-
Rəqabət Məcəlləsi ilə bağlı qaydalar - Təsdiqləndi
-
“Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb“ - Fon der Lyayen
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əmlak Məsələləri Dövlət Xidmətinə yeni səlahiyyət verildi - Fərman
-
“Saray” körpüsü piyadaların istifadəsinə açılıb - Fotolar
-
“Bir günlük müharibə Rusiyaya bir milyard dollara başa gəlir” - Budanov
-
“50 qəpik“ avtoyumanın kassaları yarıldı: Qəpiklər oğurlandı
-
“Vardanyan yaşı 45-50-dək olan şəxslərdən ibarət muzdlu dəstələr yaradırdı“ - Erməniəsilli şahid
-
Bacısını 7-ci dəfə ərə getməsin deyə öldürüb - 17 yaşlı Rasimin törətdiyi dəhşətli QƏTL
-
DTX-nin Qusar əməliyyatı - “Meşə qardaşları” haqda yeni qərar
-
Saxta sənədli həkim ayda 50 mini necə qazanıb? - Şok faktlar
-
Şimali Makedoniya Prezidenti Bakıda Zəfər parkını ziyarət edib - FOTO
-
Tarix və mədəniyyət həvəskarları üçün ən yaxşı səyahət distansiyası Qaziantep - FOTOLAR
-
Evdə Fərdi Təhsil məktəbində korrupsiya - Direktor maliyyə yoxlamasından təşvişə düşüb...
-
MN-dəki 143 milyonluq mənimsəmə işi: “Birbaşa əli olan şəxslər azadlıqdadır“
-
Prezidentlərin lanç əsnasında geniş tərkibdə görüşü oldu - FOTO
-
Avtomobilə hücumla bağlı 3 nəfər ev dustağı edildi - Məhkəmədən qərar
-
“Evrohome“da sahibkarlardan məcburi toplanan “kommunal vergi“ - Möhnətov yığdığı pulları vergidın yayındırır
-
Vəzifədən azad edilən generalın yerinə - Təyinat
-
Bayram günlərində rayonlarda istirahət neçəyə başa gəlir? - VİDEO
-
“Topxana Layihə İnşaat” şirkətinin külli miqdarda vergi borcu var - 2 milyondan artıq
-
Rusiyaya qarşı proksi müharibə aparılır - Peskov
-
Sabiq rəis aldadılaraq FHN-dən işdən çıxarıldığını iddia edir: “Nazir mənə diplom vermişdi...“
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR
-
Dövlət Turizm Agentliyindəki həbslərin ŞOK PƏRDƏARXASI
-
“Süfrələrdə yandırılan şamları nəzarətsiz qoymayın!” - VİDEO
-
Bakıda sürücülər və sərnişinlər bir-birinə girdi – DİN cinayət işi açıb... (VİDEO)
-
İlham Əliyev Şimali Makedoniya Prezidentini qarşıladı - Fotolar
-
Qayınatasından prokurorluğa şikayət edən gəlinə - Cinayət işi açıldı
-
Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
-
Ukrayna və Türkiyə əməkdaşlığı gücləndirir: Yol xəritəsi təqdim edildi
-
Səbiyyə Panəliyevanın vətəndaşlara külli miqdarda ziyan vurduğu iddia edilir - VİDEO
-
Bu şəxslər pulsuz mənzil ala biləcək - Prezident təsdiqlədi
-
“Kiyevə hərbi yardımın bərpası Ukrayna nümayəndə heyəti ilə görüşdən asılıdır“ - Rubio
-
Tıxacdan bezən sürücüləri sevindirəcək xəbər - VİDEO
-
Ceyhun Bayramov Qazaxıstanın XİN başçısı ilə görüşdü - FOTO
-
Evini kirayə verənlərin diqqətinə: Sizi bu təhlükə gözləyir
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
Suriya hökuməti ilə YPG terror qruplaşması arasında razılıq sənədi imzalanıb - FOTO
-
Azərbaycan güləşçisi Avropa çempionatının qalibi olub - Fransalı rəqibini məğlub edib
-
Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb - Arkadi Qukasyan
-
“X“ sosial şəbəkəsinə genişmiqyaslı hücum var - Mask
-
Bu dərmanı reseptsiz qəbul etməyin - Xəbərdarlıq
-
Müəllimlərə “hinduşkabaş“ deyən direktorun yeni səsyazısı yayıldı - 5 min manat?
-
Rəsmi Bakıdan Fransaya cavab: “Əsassız qarayaxma kampaniyasını...“
-
Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi
-
Arayikgilin məhkəməsində etiraflar - Fotolar
-
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşdü - Müzakirə
-
Gömrük Komitəsinin “avtoşluq“ edən vəzifəli şəxsi: “Yeyib-içməyə tələsirəm“
-
Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif etdi - FOTO
-
Ramazanın 11-ci gününün duası - İmsak və iftar vaxtı
-
Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Tiktoker Nurdandan xəbər var - Ev dustaqlığına buraxıldı
-
“Bizə Suriya mövzusunda kimsə dərs verə bilməz” - Ərdoğan
-
Turizm Agentliyinin rəhbəri evə qapandı, işə gəlmir - Nə baş verir?
-
“Nar” region qadınlarının şəxsi inkişafına dəstək olur - Fotolar
-
Azərbaycandan növbəti Ümrə ziyarətinin vaxtı açıqlandı - QİYMƏTLƏR
-
Bu yolda sürət həddi endirildi - XƏBƏRDARLIQ
-
“Həm Rusiya, həm də Ukraynanın razı olacağı sülhün tərəfdarıyıq“ - TBMM sədri
-
Son bir ildə əsas ərzaq məhsulları nə qədər bahalanıb? - SİYAHI
-
DTX-nin rəisi Katrin Bomberger ilə görüşüb - Nələr müzakirə olunub?
-
Tofiq Yaqubluya hökm oxundu - 9 il həbs
-
“Silahlar Ermənistandan gəlirdi“ - Bako Sahakyandan etiraf
-
Bakının mərkəzində ağacları kəsənlərə cinayət işi açıldı - RƏSMİ
-
301 nömrəli məktəbin direktoru ilə bağlı tədbir görüləcək - Rəsmi
-
Sahil Babayev dəyişikliyə başladı - Rektorun qardaşını işdən çıxardı
-
Əli Əsədov İqtisadi Şuranın üzvlərini topladı: iclasda nələr müzakirə olunub?
-
Azərbaycanda unu ən baha və ən ucuz qiymətə hansı şirkətlər satır? - SIYAHI
-
Xalqxeber.Az xəbər portalı 13 yaşını qeyd edir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Vilayət Eyvazov şimali makedoniyalı həmkarı ilə görüşdü - Fotolar
-
“1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı“ - Qukasyan
-
Turistlərin heyran qaldığı, tarixi özündə yaşadan Mardin - FOTOLAR
-
Müğənni Dəniz Əsədova hakim qarşısına çıxarılır - 4 şikayətçi var
-
Baş redaktorun şəxsi profili və saytın səhifəsi ələ keçirilib - Hakerlər tərəfindən
-
Elçin Qurbanov barəsində “vəzifədən kənarlaşdırma” qərarı ləğv edildi - 238 minlik iş
-
“Nar” region qadınlarının şəxsi inkişafına dəstək olur - Fotolar
-
“Rus ayısı ilə Amerika öküzü arasındakı zavallı ingilis eşşəyi“… - III Çarlz Kanadanı müdafiə edəcəkmi?
TOP 10
ARXİV