Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ukraynada rusiyalı agentlər ifşa edildilər - FOTO

Tarix 27.03.24, 16:59

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Təhlükəsizlik Xidmətinin kibermütəxəssisləri üç regionda ölkənin müdafiə qüvvələrinin hərbi hissələrinə, enerji və telekommunikasiya obyektlərinə raket hücumları hazırlayan Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) agentlərini ifşa ediblər.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən məlumat verilib.

“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahını mühafizə edən ordu bölmələri, Poltava vilayətindəki Müdafiə Qüvvələri haqqında məlumatlar, eləcə də Kiyev televiziya qülləsi və paytaxtın istilik-elektrik stansiyası agentlərin xüsusi diqqət mərkəzində olub”, - deyə məlumatda bildirilib.

Agentlər əvvəlcə Ukrayna hərbi bazalarının yerləşdiyi yerləri tapmağa, sonra isə hava hücumlarının tənzimlənməsi üçün müvafiq koordinatları Rusiyaya göndərməyə çalışıblar. Gizli şəkildə kəşfiyyat məlumatlarını toplamaq üçün rusiyalı agentlərdən biri Ukrayna Müdafiə Qüvvələrinin bölmələrini qida ilə təchiz edən Odessa şirkətinə ekspeditor kimi işə düzəlib.

Digər agent Kiyev teleqülləsinin 2022-ci ilin martında atəşə tutulduqdan sonra texniki vəziyyəti barədə məlumat toplayıb. O, həmçinin paytaxtın böyük bir hissəsini elektrik və istilik enerjisi ilə təmin edən istilik-elektrik stansiyalarından birinin fotolarını da çəkib.

Mövcud məlumatlara görə, bu informasiyalar yerli istilik elektrik stansiyasına və televiziya qülləsinə təkrar hücumların tənzimlənməsi və ya yeni hücumların həyata keçirilməsi barədə qərar qəbul etmək üçün lazım olub. (İnterfaks.ua)




Xəbərin oxunma sayı : 670




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap