“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Zelenski danışıqlar barədə: “Bu artıq kompromisdir”

Tarix 14.12.25, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


"Ukrayna əvvəlcə Rusiya Federasiyasının mümkün təkrar hücumunun qarşısını almaq üçün NATO-ya üzvlük formasında təhlükəsizlik zəmanətləri əldə etmək istəyirdi".

APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində danışıb.

Zelenskinin sözlərinə görə, bu istiqamət ABŞ və Avropadakı bəzi tərəfdaşlar tərəfindən dəstəklənməyib. Məhz buna görə də hazırda Ukrayna ilə ABŞ arasında ikitərəfli təhlükəsizlik zəmanətləri, yəni ABŞ tərəfindən Ukrayna üçün NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər, həmçinin Avropadakı tərəfdaşlardan və Kanada, Yaponiya və digər ölkələrdən təhlükəsizlik zəmanətləri müzakirə olunur. Zelenski qeyd edib ki, bu zəmanətlər Ukrayna üçün Rusiyanın yeni təcavüzünün qarşısını almaq imkanı yaradır və bu, artıq Ukraynanın öz tərəfindən verilmiş bir kompromisdir.

Daha əvvəl Axios nəşrinin jurnalistləri ABŞ-ın Ukraynaya NATO-nun 5-ci maddəsi əsasında təhlükəsizlik zəmanətləri təklif etdiyini yazmışdı. Eyni zamanda nəşrin məlumatına görə, Vaşinqton razılaşmaya nail olmaq üçün Kiyevdən Donetsk və Luqansk vilayətlərində nəzarətində olan əraziləri tərk etməyi hələ də tələb edir. Xüsusilə, ABŞ Ukraynaya ərazi güzəştlərini nəzərdə tutan sülh razılaşması ilə bağlı referendum keçirməyi təklif edir.

“Biz ukraynalılara elə təhlükəsizlik zəmanətləri vermək istəyirik ki, bir tərəfdən bu, boş vəd olmasın, digər tərəfdən isə kifayət qədər güclü olsun. Biz bunu səsvermə üçün Konqresə təqdim etməyə hazırıq”, – deyə amerikalı rəsmi bildirib.



Xəbərin oxunma sayı : 112




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap