“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?

Tarix 07.05.24, 20:31

Font ölçüsü : - / +
bitmap-img6


Bu il Bakıda Naxçıvan göycəsinin qiymətində artım müşahidə olunub. 

Qaynarinfo xəbər verir ki, hazırda Naxçıvandan Bakıya gətirilən göycənin bir kilosunun qiyməti 20-25 manat təşkil edir. Ötən il isə may ayında Naxçıvan göycəsinin bir kilosunun qiyməti 10-12 manata təkilf edilib. 

Satıcıların bildirdiyinə görə, Bakıda Naxçıvan göycəsinə tələb çoxdur, amma alıcı azdır:

"Bunun da səbəbi qiymət artımıdır. Bundan əlavə Bakıda Naxçıvan göycəsi adı altında alıcıya "sırınan" alçalar var. Həmin alçalar 4-5 manata təklif edilir. Onu görən alıcı da 20-25 manata göycəni almaq istəmir".

Vaxtı ilə "Naxçıvan Məhsulları" mağazasını işlədən ictimai fəal Emin Tarverdiyev də sosial şəbəkədə bu məsələyə toxunub:

"Naxçıvanda göycənin məskəni əvvəl Babək rayonuna, indi isə şəhərə tabe olan Qaraçuq kəndidir... Şərur isə Muxtar Respublikanın ən çox göycə (alça yox) tədarük edən rayonudur. İki gün əvvəl Şərur rayonuna yağan güclü dolu bu il kəndlinin bütün ümidlərini puça çıxardı. Keçən həftə Naxçıvandan gələn göycənin 1 kq-nın Bakıda qiyməti 20-25 manat civarında "oynadı". Yəqin ki, Muxtar Respublikanın digər rayonlarındakı göycə tədarükçüləri indi Allaha yalvarır ki, dolu bəlası onlardan uzaq olsun. Bu həftədən Bakı bazarında dəllallar "at oyadacaq". Onsuz da alçanı da göycə qiymətinə müştəriyə sırıyan dəllallar bu dəfə daha da amansız olacaqlar, özü də Naxçıvan göycəsi adı ilə..."





Xəbərin oxunma sayı : 739




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap