| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Ürək xəstəliklərini cavanlaşdıran səbəblər - ARAŞDIRMA
Tarix 13.09.25, 17:14 |
|
Aparılan araşdırmalar göstərir ki, dünyada ürək xəstəlikləri təxminən 15 il cavanlaşıb. Ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə, ölkəmiz Tacikistandan sonra dünyada ikinci yerdədir.
Ürək xəstəliklərindən qəfil vəfat edənlərin sayı artmaqdadır. Son zamanlar isə cavanların da bu xəstəlikdən vəfat etməsi halına rast gəlirik. Bu günlərdə qısa zaman kəsiyində üç tələbənin ürəktutmasından vəfat etməsi faktı dediklərimizi bir daha təsdiqləyir.
Ürəyimiz bizdən niyə küsür?
Qeyd edək ki, ürək-damar sistemi xəstəliklərinin ilkin əlamətləri kəskin şəkildə sinə və kürək nahiyələrində ağrıların olmasıdır.
Ürək çatışmazlığı iki cür - kəskin və xroniki gedişata malikdir. Mütəxəssislər deyirlər ki, bu xəstəliyinin çoxalmasının səbəbləri - insanların əksəriyyətinin daha çox passiv həyat, oturaq iş rejiminə üstünlük verməsi, “fastfood†və stressdir.
Ürək xəstəlikləri 15 il cavanlaşıb
Aparılan araşdırmalara göstərir ki, dünyada ürək xəstəlikləri təxminən 15 il cavanlaşıb. “Worldlifeexpectancy†məlumat verir ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra dünyada ikinci yerdədir. Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi 388,41 kimi qeyd edilib. Statistikaya əsasən, ölkədə ani ölüm hallarının 68 faizi ürək-damar xəstəlikləri səbəbilə baş verir.
Qazanılan inkişaf yavaşlayır
Həkim-kardioloq Nabil Seyidov "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, ürək-damar xəstəliklərinin müalicəsində qazanılan inkişaf yavaşlayır: "Son 30 ildə əldə olunan uğurlu nəticələrdə müəyyən mənada “yerində sayma†müşahidə edilir. Zəruri addımlar atılmasa, yaxın zamanlarda geriləmə artıq qaçılmaz olacaq. Hər il yarım milyarddan çox insan bu xəstəliyin təsirinə məruz qalır. 2021-ci ildəki statistikanı götürsək, ürək-damar xəstəliklərindən ölənlərin sayı 20,5 milyonu ötüb.
Vaxtından əvvəl infarkt və insultlarda fəsadların qarşısını almaq mümkündür. Son 50 ildə ürək-damar xəstəliklərinin öyrənilməsi, əldə edilən nailiyyətlər nəticəsində mövcud resurslar, alətlər və müdaxilə imkanları var. Amma bir çox icmalarda diaqnostika, profilaktika və müxtəlif vasitələrə çıxışın məhdud olması ürək-damar xəstəliklərinin müalicəsində irəliləyişlərin əldə olunmasına imkan vermir. Bu xəstəlik səbəbindən baş verən hər beş ölümdən dördü aşağı və orta gəlirli ölkələrdə yaşanır. Yüksək gəlirli ölkələrdə ürək-damar sağlamlığında irəliləyiş getdikcə artır. Tütün və alkoqollu içkilərdən istifadənin daha çox yayılması, daha çox duz istehlakı, habelə havanın çirklənməsi, fiziki aktivliyin azalması ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarını artırmış olurâ€.
Ölümlərin əsas səbəbi
Həkim deyir ki, onilliklər ərzində dünyada ürək-damar xəstəlikləri ölümlərin əsas səbəbi olub: "Müqayisə üçün qeyd edim ki, 1990-cı ildə ürək-damar xəstəliklərindən 12.1 mln insan ölmüşdüsə, 2021-ci ildə bu rəqəm artıq 20,5 milyon olub. Dünyanın 146 ölkəsində kişilər arasında və 98 ölkəsində qadınlar arasında vaxtsız və ya vaxtından əvvəl baş verən ölümlərin əsas səbəbi ürəyin işemik xəstəliyidir.
Son 30 ildə, ümumilikdə, ürək-damar xəstəliklərindən ölüm halları artsa da, qlobal miqyasda rəqəmlər yaşa uyğun standartlaşdırıldıqda, ölüm hallarının azalmasını görürük. Əlbəttə ki, azalma daha çox və daha sürətli tərzdə məhz yüksək gəlirli ölkələrin payına düşür".
Ölkələr üçün ciddi problem
N.Seyidovun sözlərinə görə, artan sübutlar göstərir ki, gənc insanlarda artan ürək xəstəliyinin səbəbi pisləşən həyat tərzi vərdişləri, yəni qeyri-sağlam pəhriz və fiziki aktivliyin olmamasıdır: "Bəzi araşdırmalar göstərir ki, COVID-19 infeksiyası son bir neçə ildə əlavə təhrikedici faktora çevrilib. Bəlkə də ən narahatedici tendensiya odur ki, yaşlı insanlar arasında ölüm hallarının azalmasına baxmayaraq, gənclər arasında infarkt bütün dünyada artmaqdadır. Həm Azərbaycanda, həm də dünyanın bütün yerlərində kardioloqlar və ictimai səhiyyə mütəxəssisləri bunu əhali sağlamlığı üçün təcili vəziyyət hesab edir. Gənc yaşlı şəxslər 20-50 yaş arasında olanlardır və hər bir ölkənin sosial, iqtisadi və digər aspektlərdən ən məhsuldar əhali qrupudur. Bu səbəbdən, həmin yaşdakı şəxslərin xəstələnməsi və ölümü həm dərhal, həm də orta və uzunmüddətli vədədə ölkələr üçün ciddi problemlərə gətirib çıxaracaqâ€.
Ürək dayanması və infarktın fərqi
Həkim bildirir ki, ürək dayanması və infarkt eyni anlamı vermir. Ürək dayanmasının səbəbləri müxtəlifdir. Ürək infarktı isə ürəyə qan axınının dayanması nəticəsində ürək əzələsinin hər hansı hissəsinin ölümü deməkdir: “Miokard infarktı artıq yalnız ahıl, orta yaşlı insanların xəstəliyi deyil. Gənclər ürək-damar xəstəlikləri, xüsusilə də infarkt və insult barədə məlumatsızdırlar. Son 20-30 ildə maarifləndirmə daha çox yaşı 40-50 yaşdan yuxarı insanları əhatə edib".
İnfarkt kişilərdə, yoxsa qadınlarda daha çox baş verir?
Həkim ürək dayanmasına kardiomiopatiya (qalınlaşmış ürək əzələsi), ürək çatışmazlığı, aritmiya (qeyri-müntəzəm ürək döyüntüsü) və miokard infarktı kimi bir neçə vəziyyətin səbəb olduğunu deyir: "Araşdırmalar göstərir ki, miokard infarktı halları gənclərdə artmaqdadır. ABŞ və bir sıra digər inkişaf etmiş ölkələrdə aparılmış tədqiqatlar göstərib ki, infarkt diaqnozu qoyulmuş hər 5 nəfərdən birinin yaşı 40 və daha aşağıdır. Ən təhlükəli tendensiya isə bu rəqəmin hər il 2% artmasıdır. 2019-cu ildə “American Journal of Medicineâ€-də nəşr olunan araşdırmadan bəlli oldu ki, 40 və daha gənc yaşda infarkt keçirmiş şəxslərin sonralar infarkt, insult və digər səbəblərdən ölmə ehtimalı yaşlı insanlarda olduğu qədərdir. Problem yalnız inkişaf etmiş ölkələrdə deyil, orta və yüksək-orta gəlirli ölkələrdə də artmaqdadır. Araşdırmalar göstərir ki, Azərbaycanda, Rusiyada, Pakistan və Hindistanda insanlar gənc yaşlarda infarkt keçirirlər. Bu oxşar mənzərənin arxasında duran səbəblər isə risk faktorlarının, bəşəriyyətin həyat tərzinin, ətraf mühitin çirklənməsinin dünyanın bütün guşələrdə eyni olmasıdır. Ürək infarktı adətən kişilərdə daha çox baş verir. Lakin son araşdırmalar gənc yaşlı kişilərə nisbətdə, daha çox gənc qadının infarkt keçirdiyini və onların klinik nəticələrinin daha pis olduğunu göstərir. Son 10-15 ildə infarkt səbəbi ilə ABŞ-də hospitalizasiya olunan şəxslər arasında qadınların payı əhəmiyyətli dərəcədə artıb".
Gənc yaşlı şəxslər nələrə diqqət etməlidirlər?
N.Seyidov vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycanda Səhiyyə Nazirliyi və Azərbaycan Kardiologiya Cəmiyyətinin apardığı təhlillər və tədqiqatlar göstərir ki, ürək-damar xəstəliklərinin inkişafı baxımından risk faktorları gənc yaşlarda qazanılır, inkişaf edir. Bununla yanaşı, infarkt keçirmiş gənclərdə uzun illər gizli getmiş digər əsas xəstəliklər olub:
"Ən ciddi və çox rast gəlinən risk faktorlarına yüksək qan təzyiqi, diabet, yüksək xolesterin və piylənmə daxildir. Bütün bu xəstəliklər oksigenlə zəngin qanı ürəyə daşıyan arteriya və digər qan damarlarını tıxaya və zədələyə bilir. Vurğulanmalıdır ki, diabeti olan xəstələrdə ürək xəstəliyinin inkişafı riski iki dəfə artmış olur. Diabetlə bağlı damar və digər orqan zədələnmələri daha erkən yaşlarda başlayır, lakin uzun illər gizli qalır.
2020-2022-ci illər əlavə təhdidi ortaya qoyub. Belə ki, araşdırmalardan biri göstərib ki, pandemiyanın ilk ili ərzində infarktdan ölümlər 14% artıb və onların böyük qismi məhz 25-44 yaşlıların payına düşüb. Əlbəttə ki, COVID-19 xəstəliyi orqanizmdə müxtəlif səviyyəli iltihab proseslərini aktivləşdirir, qanın daha da qatılaşması və tromboza meylliyini artırır. Bu isə yoluxmuş insanlarda infarkt riskini yüksəltmiş olur. Problem daha çox gənc yaşlı şəxslərin öz risklərinin fərqində olmamasıdır. Həkimlər də, ənənəvi olaraq gənc yaşlı xəstələrdə ürək-damar xəstəlikləri “az və nadirdir†düşüncəsinin caynaqlarından qurtulmalıdırlar".
Ekspert məsləhəti
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü, həkim-diyetoloq İlqar Şamilovun sözlərinə görə, ürək-damar sistemi xəstəliklərinin artmasının əsas səbəbi insanların sağlam həyat tərzi keçirməməsidir:
“İnsanlar sağlam qidalanmaya, fiziki aktivliyə, keyfiyyətli yuxu rejiminə üstünlük verməli, stressdən uzaq olmalıdırlar. Tövsiyə edirik ki, insanlar keyfiyyətsiz, zərərli yağları rasionlarından uzaq etsinlərâ€.
İ.Şamilov deyir ki, əvvəlki dövrlərlə müqayisə etsək, indi fiziki aktivliyimiz çox azalıb: “Ölkəmizdə avtomobillərin sayı artıb. Biz A nöqtəsindən B nöqtəsinə getdiyimiz zaman avtomobildən, ictimai nəqliyyatdan çox istifadə edirik. Eyni zamanda, yürüş etməyi, idmanla məşğul olmağı sevmirik. Ürək xəstəliklərinin yaranmaması üçün yuxu rejimi də keyfiyyətli olmalıdırâ€.
Həkim-diyetoloq deyir ki, stressdən də uzaq olmaq bu xəstəliyin yaranmamasına kömək edir: “Rafinə olunmuş şəkərdən də uzaq olmaq lazımdır. Ürək-damar sistemi xəstəliklərindən uzaq olmaq üçün vətəndaşlar qırmızı ətdən, kolbasa, sosiskadan istifadə etməməlidirlər. Balıq, toyuq əti, mövsümi meyvə və tərəvəzlərdən istifadə edə bilərlər. Ət məhsullarını hazırlayan zaman yağda qızardılmışlara üstünlük verilməməlidir. İnsanlar bunlara əməl etsələr, gələcəkdə bu xəstəlikdən əziyyət çəkməyəcəklərâ€.
“Hər beş nəfərdən biri stent daşıyıcısıdırâ€
Qida eksperti Fərid Səfərov vurğulayıb ki, hazırda bəlkə də hər beş nəfərdən biri stent daşıyıcısıdır: “Ürək xəstəliklərinin başlıca səbəblərindən biri düzgün qidalanmamaqdır. Sağlam ürəyə sahib olmaq üçün zeytun yağı, balıq, qoz, badam, fındıq, alma, sarımsaq, pomidor, lobya, noxud, mərci, ispanaq, yaşıl çayı qida rasionunuza mütləq daxil edin. Eyni zamanda, balanslı qidalanmaq, fiziki aktivlik lazımdırâ€.
Xəbərin oxunma sayı : 1807
Analiz
Xəbərlər
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
TOP 10
ARXİV






