| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
Tarix 24.09.25, 20:51 |
|
Türkiyə ilə İsrail arasındakı münasibətlər son dərəcə gərgindir. Ancaq hələ ki bu gərginlik kontrol altındadır, nəzarətdən çıxmayıb. Çıxa bilərmi? Mümkündür və realdır.
Çıxsa nə olacaq? Türkiyə NATO-nun üzvüdür. ABŞ-ın kağız üzərində də olsa müttəfiqdir. ABŞ və NATO İsrail-Türkiyə müharibəsində kimin yanında olacaq? Mən əminəm ki, NATO bu müharibədən kənarda qalacaq. Halbuki Türkiyəni qorumaq NATO-nun üzərinə götürdüyü öhdəliyə daxildir. Ancaq bu öhdəlik İsrail məsələsində keçməyəcək. Və bütün dünya görəcək ki, NATO-nun kollektiv müdafiə ilə bağlı üzərinə götürdüyü öhdəlik boş bir şeydir.
Bu məsələdə bir məqam da var. Son günlərdə bir çox NATO ölkəsi Fələstin dövlətini rəsmən tanıdı. Əgər bu tanıma olmasaydı əminliklə onu da deyə bilərdik ki, NATO öz üzvü olan Türkiyənin yox, məhz “əsas qeyri-NATO müttəfiqi olan†İsrailin yanında yer alacaqdı. Ancaq Böyük Britaniya və Fransa kimi köklü ölkələrin Fələstin dövlətini tanımaşından sonra NATO-nun Türkiyəyə qarşı çıxması böyük biabırçılıq olardı, daha çox “sivilizasiyaların savaşı†anlamına gələrdi...
ABŞ isə İsrailə dəstək verəcək. Bu dəstək hansı səviyyədə olacaq? Təbii ki, ABŞ pərdə arxasından var gücü ilə İsrailə hərbi yardım göstərəcək. Maddi və siyasi dəstəkdə də elə bir məhdudiyyət olmayacaq. Ümumiyyətlə, ABŞ İsraili niyə dəstəkləyir? Bu suala Qərb siyasətçiləri birmənalı cavab verir: Amerika xristian-yəhudi dəyərləri üzərində bərqərar olmuş ölkədir. Bu xristian söhbətində də bir incəlik var. Amerikada xristianların əksəriyyəti evanqelstdir, yəni protestantdir. Protestantlar isə Allahın “yəhudilərə (İsrail oğullarına) vəd etdiyi torpaqlarâ€ın yəhudilərə verilməsinin tərəfdarıdır. Onlar bunu Allahın hökmü kimi dəyərləndirirlər. O da təsadüfi deyil ki, Donald Tramp tez-tez özünü dünya xristianlarının müdafiəçisi qismində təqdim edir və inanclı xristianların dini hisslərinə istinadən siyasət yürüdür...
Türkiyə İran və ya Qətər deyil. Türkiyənin İslam Dünyasında xüsusi statusu var. İslam Dünyasında mövcud olmuş xəlifəlik institutu uzun müddət türklərin əlində olub. Ona görə də əksər müsəlman ölkəsi, xüsusən Pakistan, Azərbaycan və Qətər... Türkiyəyə mümkün olan və olmayan köməkliyi göstərəcək. Digər müsəlman ölkələri də gec-tez hərəkətə keçəcək. Niyə? Çünki xalq müsəlman ölkələrindəki avtoritar rejimləri buna vadar edəcək. Kimlərsə deyə bilər ki, yox, Amerika buna imkan verməz. Məncə, Amerika İslam Dünyasının ayağa qalxması qarşısında geri çəkilməli olacaq. Çünki İsrail-Türkiyə müharibəsi miqyası və təsir dairəsinin genişliyi ilə əvvəlki müharibələrdən fərqlənəcək.
Təbii ki, İsrail Türkiyə ilə müharibə apara bilməz. Heç İranla da apara bilməzdi? İsrailin üstünlüyü ondadır ki, o, İranın hava məkanını ələ keçirmişdi. Maneəsiz şəkildə, özü də Amerikanın dəstəyi ilə istədiyi yeri bombalayırdı. İsrail Türkiyənin hava məkanında belə bir şey edə bilərmi? Düşünmürəm. Ona görə də İsrailin Türkiyəyə qarşı müharibədə elə bir şansı yoxdur. Yəni İsrailin hava üstünlüyü Türkiyəyə nisbətdə yetərincə olmayacaq.
Türkiyə isə asanlıqla İsraili darmadağın edə bilər. Zatən Türkiyənin hərbi sənayedə son illərdə əldə etdiyi möhtəşəm nəticələr İsraili Türkiyəyə hücum etməkdən çəkindirir. Türklər buna caydırıcılıq deyirlər. Yoxsa yəhudi dövləti çoxdan İstanbulu və Ankaranı bombalamışdı. Ancaq bu, artıq mümkün deyil. Çünki İsraildə havaya qalxan təyyarəni Türkiyə anındaca görür. Aydındır ki, Türkiyəyə doğru hərəkət edən F-35-ləri vurmaq üçün qardaş ölkənin əlində kifayət qədər və fərqli təyinatlara sahib silahlar var. İsrail də bunu bilir. Ona görə İsrail Türkiyəyə hücum etməkdən çəkinir.
İsrail-İran müharibəsi zamanı İran yəhudi dövlətinə ballistik raket hücumları təşkil edib. Və bu hücumlar kifayət qədər dağıdıcı olub. Türkiyənin əlində isə İsraili susdurmaq üçün daha çox imkanlar var...
O da aydındır ki, İsrail ABŞ ilə birlikdə Türkiyənin başının qatmaq üçün Suriyada duruzlardan və PKK-ya bağlı qruplardan yararlanmaq üçün böyük işlər görür. Ancaq Suriyada Türkiyəyə bağlı silahlı qruplar daha çoxdur, bu müstəvidə İsrailin uğur qazanması ağlabatan deyil. Zatən PKK da başa düşür ki, oyun bitib. Geriyə dönüş PKK-ya yaxşı bir şey vəd etmir. Suriyanın yeni hökuməti də Türkiyəyə bağlıdır. Və bu hökumət Qərb ölkələri, o cümlədən ABŞ tərəfindən dəstəklənir.
Türkiyə yeni qurulan Dəməşq hökuməti ilə koordinasiyada Suriyanın Homs əyalətindəki potensial hərbi bazaları və Həma əyalətindəki əsas hava limanınında möhkəmlənməyi planlaşdırıb, İsrail isə həmin əraziləri bombalayıb.

Təl-Əviv belə davam edərsə, Ankara ilə Təl-Əviv arasında qarşıdurma qaçılmaz olacaq. Türkiyə cənub sərhədində qeyri-sabitliyə səbəb olacaq hərəkətlərə göz yuma bilməz.
Hazırda Yaxın Şərqdə hegemonluğa can atan İsraildə anti-Türkiyə kampaniyası gedir. Türkiyə İsrailin əsas düşməni kimi təqdim olunur. Halbuki bir vaxtlar Türkiyə ilə İsrail arasında son dərəcə sıx münasibətlər mövcud olub. Məsələn, PKK-nın qurucusu və lideri Apo kimi tanınan Abdullah Öcalanın 1999-cu ildə həbs olunmasında İsrailin böyük xidmətləri var.
İsrail Qətəri vurduqdan sonra aydın oldu ki, ABŞ-ın yaxın müttəfiqi olan Qətərə rəsmi Vaşinqton elə bir dəstək vermədi. Əksinə, müxtəlif bəhanələrlə İsraili müdafiə etdi. Nəticə o oldu ki, varlı Körfəz Ölkələri başa düşdü ki, onlar da İsrailin hücumuna məruz qalsalar eyni aqibətlə üzləşəcəklər. Ona görə də qısa müddət ərzində Səudiyyə Ərəbistanı Pakistanla hərbi müqavilə imzaladı. Misirlə Türkiyə arasında yaxınlaşma prosesi daha da sürətləndi. Çünki “Böyük İsrail†xəyalına düşən yəhudi dövləti Misiri də təhdid etməkdən çəkinmədi.
Xatırladım ki, “Böyük İsrail†dedikdə sionistlər Misir, Suriya, Livan, İordaniya, Türkiyə, İraq və Fələstin ərazilərini nəzərdə tuturlar. İsrailin Baş naziri Benyamin Netanyahu avqust ayında verdiyi müsahibədə açıq şəkildə deyir ki, Allah bu torpaqları bizə vəd edib və onun missiyası “Böyük İsrail†dövlətini yaratmaqdır.
Əlbəttə, İsraildə hər kəs belə düşünmür. Məsələn, 14 sentyabr 2008-ci ildə İsrailin baş naziri, əvvəllər Likud partiyasından olan Ehud Olmert "Böyük İsrail bitdi. Belə bir şey yoxdur. Kim belə danışırsa, özünü aldadırâ€, demişdi. Bu kontekstdə onu da demək olar ki, Benyamin Netanyahu özünü aldadır. “Böyük İsrail†düşüncəsi yəhudi dövlətinin gələcəyini təhlükə altına atır. Ən azı ortada Nikol Paşinyan nümunəsi var. Məhz o, erməniləri mifik Ermənistanla vidalaşmağa, real Ermənistana qucaq açmağa inandıra bildi.
Tarixi düşmən 47 il sonra geri çəkildi: qərar Bakıda verilib? - Detallar - Globalinfo.az
Bir şeyi də deyim. Sirr deyil ki, Azərbaycanın İsrail ilə xüsusi münasibəti var. İlham Əliyev bu münasibətləri obrazlı şəkildə aysberqə bənzədib. Yəni görünməyən hissəsi görünən hissəsindən qat-qat böyükdür. Ancaq orası da var ki, Azərbaycan Fələstini müstəqil dövlət kimi 1992-ci ilin 15 aprelində tanıyıb. İki ölkə arasında uzun müddətdir ki, diplomatik münasibətlər mövcuddur. Azərbaycan Fələstini tanıyan 92-ci ölkədir. Müqayisə üçün deyim ki, İran Fələstini tanıyan 84-cü ölkədir. Və bu qərarını 1989-cu ilin 4 fevralında bəyan edib. Yeri gəlmişkən, Türkiyə İrandan da əvvəl Fələstini tanıyıb. Bu sırada Türkiyə 12-ci yerdə gəlir. 1988-ci ilin 15 noyabrında rəsmi Ankara belə bir qərara imza atıb.
Mövzudan bir az kənara çıxsaq da son olaraq onu da deyim ki, Azərbaycan bütün vasitələrlə İsrail-Türkiyə və İsrail-Suriya anlaşmasının əldə olunması üçün vasitəçilik edir. Rəsmi Bakı səylərini indi də davam etdirir. Müəyyən uğurlar da əldə olunub. Təəssüf ki, daha sonra tərəflər əldə olunmuş konsensusdan xeyli uzaqlaşıblar. Ancaq Azərbaycan təkidlə vasitəçilik missiyasını davam etdirməlidir. Yaxın Şərqi bürüyə biləcək müharibə təhlükəsindən xilas etmək üçün bu, son dərəcə böyük bir missiyadır. Azərbaycan münaqişədə olan bütün tərəflərlə xoş münasibətdə olduğuna görə bu missiyanın yerinə yetirilməsində böyük uğur qazana bilər. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlişinə ciddi təkan verərdi...
Elbəyi Həsənli (musavat.com)
Xəbərin oxunma sayı : 892
Analiz
Xəbərlər
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
TOP 10
ARXİV






