| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sülhə dəstək, qərəzə cavab - ABŞ nəşrində
Tarix 24.08.25, 21:00 |
|
ABŞ-nin “National Interest†jurnalında erməni diasporunun radikal nümayəndəsi kimi tanınan Stefan Peşdimalci tərəfindən bir müddət əvvəl Azərbaycana qarşı əsassız fikirlər və iftira ilə dolu məqalə dərc edilərək Ermənistan-Azərbaycan sülh prosesi tənqid olunmuşdu.
Buna cavab olaraq, “National Interest†keçmiş diplomat Anar Cahangirlinin “Ermənistan-Azərbaycan sülh prosesini tənqid deyil, dəstəkləmək lazımdır†adlı məqaləsini dərc edib.
AzFakt.com AZƏRTAC-a istinadən məqaləni təqdim edir:
“2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə Donald Tramp ilə əl sıxdıqda, bu, sadəcə, növbəti foto fürsəti deyildi. Son onilliklər ərzində ilk dəfə Azərbaycan və Ermənistan liderləri bir nəsli yaralayan münaqişəyə son qoymaq üçün yol xəritəsi təqdim etdilər.
Liderlər “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Müqavilənin†mətninin paraflanmasına şahidlik edərək, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə yeddi maddədən ibarət bəyannamə imzaladılar. Sülh müqaviləsi hələ tam olaraq imzalanmasa da, əldə olan sənəd bir-birinin suverenliyinə hörmət etməyi və sərhədlərin zorla dəyişdirilməsindən çəkinməyi vəd edir.
Sənəd, həmçinin ABŞ-nin dəstəyi ilə Ermənistan ərazisindən keçən və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək tranzit yolunu nəzərdə tutur. Həmin marşrut boyunca yaşayan icmalar üçün bu, sadəcə, diplomatik razılaşma deyil. Bu, yolların yenidən açılması, bazarların dirçəlməsi və məftillərlə, səngərlərlə ayrılmamış kəndlərin və şəhərlərin birləşməsi vədidir.
Hər kəs bunu belə görmür. Stefan Peşdimalci son məqaləsində bu razılaşmanı “boş simvolizm†adlandırır və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün atdığı addımlara görə “hesab verməsini†tələb edir. Anlamaq lazımdır ki, məsuliyyət birtərəfli deyil. Müəllifin bu mövqeyi, onilliklərlə Ermənistan silahlı qüvvələrinin beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərini işğal altında saxlamasını, yüz minlərlə insanı məcburi köçkün vəziyyətinə salmasını görməzdən gəlir. Eləcə də, Ermənistan ordusunun Qarabağda yüzlərlə Azərbaycan şəhər və kəndlərini tamamilə dağıtmasını, Azərbaycanın həmin əraziləri viranə vəziyyətdə geri almasını, indi isə onları bərpa edib dirçəltməyə çalışmasını nəzərə almır.
Müəllifin yazısı, həmçinin 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qoşunlarının işğal etdiyi rayonlardan çıxmasını tələb edən qətnamələrin olduğunu xatırlatmır. Ermənistan hakimiyyəti bu çağırışlara məhəl qoymadı, həmin əraziləri öz əraziləri kimi idarə etdi – oraya əsgərlər göndərdi, hərbi komandirlər təyin etdi və irəli çəkdi, kommersiya lisenziyaları verdi və kvazi-hökumət qurumlarının əməkhaqlarını ödəyirdi. Avropa İnsan Hüquqları Məhkəməsi də “Çıraqov Ermənistana qarşı†işində bunu “effektiv nəzarət†kimi tanıdı. Təxminən otuz il ərzində danışıqlar dayanmışdı və təmas xətti möhkəmlənmişdi.
Yalnız 2020-ci ildə müharibədən sonra, Azərbaycan işğal altındakı rayonlarını geri aldıqdan sonra ciddi sülh danışıqları başladı. Bakı Qarabağ bölgəsində yaşayan etnik ermənilərə vətəndaşlıq, yerli özünüidarəetmə, mülkiyyət və mədəni hüquqların qorunmasını təklif etdi, lakin təkliflər rədd edildi. 2023-cü ilin sentyabrında Azərbaycan qısamüddətli əməliyyatla separatçıların nəzarətində qalmış digər ərazilərə də nəzarəti bərpa etdi. Separatçı rəhbərlik silahı yerə qoydu və ermənilərin hüquq və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası çərçivəsində həll ediləcəyini qəbul etdi. Nəticədə, Qarabağdakı erməni əhalisi sonrakı həftələrdə bölgəni tərk etdi. Peşdimalci bu gedişi “etnik təmizləmə†kimi təqdim edir.
Aydındır ki, “qorxu və çətinlik†bir çox ailələrin çıxmasına təsir edən amillərdən idi. Ancaq bunu sübutsuz şəkildə “etnik təmizləmə†adlandırmaq mürəkkəb seçimləri sadə şüara endirir və niyyətin olmadığı yerdə onun mövcudluğunu iddia edir. Əksinə, Azərbaycan hakimiyyəti dəfələrlə erməni əhalisinin reinteqrasiyasına çağırdı, onlara vətəndaşlıq və digər hüquqlar qazanmaq üçün yollar təklif etmişdi.
Peşdimalci iddia edir ki, guya Azərbaycan həbsxanalarında erməni “siyasi məhbusları†və “hərbi əsirləri†saxlanılır.
Əslində, Azərbaycanda heç bir hərbi əsir yoxdur, çünki onların hamısı 2020-ci il 9 noyabr razılaşmasından dərhal sonra Ermənistana təhvil verilmişdi. Döyüşlər dayandıqdan xeyli sonra bir neçə erməni hərbçi əsir götürülmüşdü və onlar da sonrakı razılaşmalar çərçivəsində azad olunublar.
Hazırda Azərbaycan yalnız Qarabağda qanunsuz yaradılmış separatçı qurumun bir sıra siyasi və hərbi liderlərini həbsdə saxlayır və onlara qarşı ciddi ittihamlar irəli sürülüb, məhkəmə prosesi aparılır. Məhkəmə açıqdır və saxlanılanlara Azərbaycan qanunvericiliyinə uyğun bütün hüquqlar verilib.
Mədəni irsin məhv edilməsi ittihamları da izaha ehtiyac duyur. Bəzi erməni kilsə xadimləri yüzlərlə kilsə və abidənin risk altında olduğunu bildirirlər. Azərbaycan isə cavabında qeyd edir ki, həmin obyektlərin bir çoxu qədim Qafqaz Albaniya irsinə aiddir və onların qorunacağına zəmanət verir. Ermənistan tərəfinin iddia etdiyi bəzi kilsələr isə işğal dövründə yeni tikilib, tarixi və mədəni əhəmiyyətə malik deyil.
Sülh sazişinin yekun imzalanması üçün hələ də görüləsi işlər var:
1) ATƏT-in Minsk qrupu buraxılmalıdır;
2) Azərbaycanın əsas hissəsini Naxçıvana birləşdirən yol açılmalıdır;
3) Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi təfsir oluna biləcək müddəaları dəyişməlidir.
Lakin bütün bunları sadalayan Azərbaycan Prezidenti Vaşinqtondakı sammitdən sonra verdiyi müsahibədə “artıq bölgəmizə davamlı sülh gəlib†dedi.
Cənubi Qafqazda sülh yalnız bir tərəfin iztirabını unudaraq əldə olunmayacaq. Sülhün təməli regionun özündədir – azərbaycanlılar və ermənilər ortaq gələcəklərini yenidən təsəvvür edə bilərlər. Hökumətlər qalan blokadaları aradan qaldıra, yolları aça, mədəni irsi qoruya və başladılmış müqaviləni tamamlaya bilərlər.
Eyni zamanda, bölgəyə yaxın ölkələr Qafqaz xalqlarına geosiyasi oyunun fiqurları kimi deyil, qorxusuz yaşamağa layiq qonşular kimi baxmalıdırlar. Köhnə klişeləri təkrar edib, “lazımsız†bildikləri faktları görməzdən gələnlər nə ermənilərə, nə də azərbaycanlılara fayda verirlər. Nəticə etibarilə, etimad kənardan səslənən ittihamlarla deyil, keçmişdəki səhvlərinin tanınması və ortaq gələcəyə aparan konkret addımların dəstəklənməsi ilə qurulurâ€.
Qeyd edək ki, Anar Cahangirli Qarabağ Universitetində strateji inkişaf üzrə müşavir olaraq çalışır, həm də ADA Universitetinin Dövlət Siyasəti üzrə müəllimidir. O, 2001-2011-ci illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik xidmətdə olub. 2011-ci ildə ABŞ-ın Harvard Universitetinin Con Kennedi adına İdarəçilik fakültəsinin magistr diplomunu aldıqdan sonra özəl sektorda və beynəlxalq təşkilatlarda çalışıb, ictimaiyyətlə əlaqələr, təhsilin idarə edilməsi və strateji tərəfdaşlıqlar üzrə mütəxəssisdir.
Xəbərin oxunma sayı : 1105
Analiz
Xəbərlər
-
Niderlandda ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
-
Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası
-
“Bu ikisi bütün cinayətlərdə əlbirdirlər“ - Ziyan 5 milyon manata çatdı
-
“Hamının pulunu verəcəm, onun yox...“ - Zal Yusifovun oğlu DANIŞDI
-
Saxta bilet satış səhifələri ilə bağlı - XƏBƏRDARLIQ
-
Böyük Britaniya Ukraynaya 10 milyard funt ayırdı - Zelenski açıqladı
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
-
“Nə maaşımı verdilər, nə də təzminatımı...” - “Lux Residence” şirkətindən ŞİKAYƏT
-
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzaladı - FOTO
-
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər - 5000 AZN
-
15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi - Məhkəmə cəzalandırdı
-
Prezident Fərman imzaladı - Daşınmaz əmlakın reyestri sistemi ilə bağlı
-
Milyonluq əmlaklar, villalar, torpaq sahələri…: Azərbaycanda hansı məmurların mülkləri müsadirə edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu - FƏRMAN
-
Putinlə Mozambik Prezidentinin boy fərqi diqqət çəkdi - VİDEO+FOTO
-
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi - FOTO
-
Azərbaycanda kişilər qadınlardan çox maaş alırlar - Ən böyük fərq hansı sahələrdədir?
-
Ramiz Mehdiyev bu orden və medallardan məhrum edilə bilər - SİYAHI
-
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı - Dələduzluğa görə
-
“Onu paraşütlə Kubaya atacağıq” - Tramp Rubionu ələ saldı
-
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır - Elnur Əliyev
-
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi - 482 min manatlıq tender
-
“Sabunçu Emin”, “Xırdalanlı filankəs”, “Qızıl barmaq Fatma”... - Gənclər niyə bu adlara həvəslidir?
-
Azərbaycanda minimum əməkhaqqı artırılacaq - Bu tarixdən
-
Əli Nağıyev BMT rəsmisi ilə terrorizmlə mübarizəni müzakirə etdi - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycanın dövlət borcu azalıb - Rəsmi rəqəmlər açıqlandı
-
“Dindarlar hər zaman dövlətimizin yanındadırlar“ - Allahşükür Paşazadə
-
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi həyatını itirdi
-
Azərbaycanda ən uzun ömürlü insanlar bu rayonlarda yaşayırlar - Tam siyahı
-
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
-
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirəcək - Bu tarixdə
-
Binəqədi şosesindəki məşhur əmlak kompleksi 25,5 milyona satışa çıxarıldı - Fotolar
-
Azərbaycan Kubokunda hakim biabırçılığı - Qırmızı vərəqə verməyi unutdu
-
Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
-
Elçin Yusubovun daha bir adamından şikayət var - Elxan Musayev sahibkarları incidib?
-
Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
-
Fermer və sahibkara qarşı dələduzluq edən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır - Bu tarixdən
-
Tramp Putin və Zelenski ilə görüş keçirmək istəyir - TASS
-
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
-
Vərəm xəstələri evlərində müayinə edilirlər - VİDEO
-
“Starlink“ böhranı Avropa İttifaqını hərəkətə gətirib - Bloomberg
-
ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək - Tramp
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI
-
Sakinlər “Osmanlı hamam“ istirahət məkanının fəaliyyətindən şikayətçidirlər - VİDEO
-
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu, cəzasını isə...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda daha 3 MMC ləğv olunur - Adları açıqlandı
-
Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları, kadr təmizləmələri…
-
İki Avropa lideri Putinə zəng etdi - “Birbaşa danışıqlar lazımdır”
-
Prezident və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl“ sərgisi ilə tanış oldu (FOTO)
-
Gələn ilin büdcə xərcləri necə dəyişəcək? - Təfərrüat
-
Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilər - Ararat Mirzoyan
-
İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
-
Salyanda bir ailənin üç üzvü bıçaqlanıb - Ölən var
-
Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? - Deputatdan təklif
-
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi - DETALLAR
-
Prezident ICESCO-nun Baş direktorunu qəbul etdi - Fotolar
-
Ermənistan parlamentində gərginlik: Mühafizəçilər çağırıldı + VİDEO
-
Daha bir vəzifəli şəxs həbs edildi - Mənimsəmədə ittiham olunur
-
Mirsaleh Seyidov vəzifəsindən azad edildi - Penitensiar xidmətə yeni rəis təyin olundu + DOSYE
-
“Yol Tikintiservis“ MMC ilə bağlı məhkəmə qərarı: 210 min manatlıq borc ödənilməlidir
-
Borcunu ödəməyənləri yeni aqibət gözləyir - Milli Məclisdən qərar
-
Prezident İlham Əliyev qonaqlarla görüşdü - VİDEO
-
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dövlət hər şagirdə ildə ən azı 2000 manat ayıracaq - Rəsmi
-
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
“Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident
-
Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
-
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - VİDEO
-
“Həzi Aslanov”dakı təmir başa çatdı - Qatarlar birbaşa gedəcək
-
“Azərbaycan sabitlik adasıdır“ - İlham Əliyev
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Prezident Forumda iştirak edir - VIDEO - FOTOLAR
-
Təhlükəsizlik torlarının olmaması piyadalara təhlükə yaradır - VİDEO
-
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - “Reuters”
-
Deputatın oğlunun da iştirak etdiyi ölümlə nəticələnən davanın - Təfərrüatı
-
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO
-
Tramp Obamanı tənqid etdi: O, bərbad prezident idi
-
Zirzəminin özəlləşdirilməsinə hansı əsaslarla icazə verilib? - VİDEO
-
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
-
Mbappe “El Klasiko”da qol vurdu, Ronaldo kimi sevindi - Fotolar
-
Prezident BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul etdi - FOTO
-
İrana qarşı yeni əməliyyata başlaya bilərlər - Trampın əmrini gözləyirlər
-
Oktay Saraldan postunu tərk etməsi barədə - Açıqlama
-
Azərbaycanla Özbəkistan arasında sazişlər təsdiqləndi - FƏRMAN
-
Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
-
Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir
-
Bir şəhərə görə atəşkəs - dünyanın danışdığı Aleşki...
-
Azərbaycan “Aİ-95” markalı benzini Türkiyədən 1,9 manata alır - Siyahı
-
Prezident Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
İranlı nazirin dediklərinə rəsmi reaksiya: “Öz problemlərinizlə məşğul olun”
-
Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi
-
“Piter Elçin“in qardaşını öldürən şəxslə bağlı qərar - Cəzası artırıldı
-
Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Rəsmi statistika
-
İnfantinodan “Sabah” - “Qarabağ” oyunu ilə bağlı paylaşım - Fotolar
-
Avropanı məhvə aparan rəsmi təbliğat - Nənə və baba nəvəsini...
-
Paytaxtın bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Xəbərdarlıq
-
İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm - Tramp
-
Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı: 11 nəfər həbs edilib (VİDEO)
-
Sabirabadda tibb məntəqəsinin fəaliyyətsiz qalması sakinlər üçün çətinlik yaradır - VİDEO
-
ABŞ Viktor Orbanı BMT-nin Baş katibi vəzifəsinə namizəd kimi görür - “The Wall Street Journal”
-
Vuçiç məğlubiyyəti etiraf etdi - “Tələbə siyahısı“ qalib gəldi
-
Tibb işçilərinə 25 faizədək əlavə maaş: Kimlər ala biləcək?
-
Avtomobil bazarında durğunluq yaşanır - Bəs qiymətlər necədir?/VİDEO
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
TOP 10
ARXİV






