![]() |
|














“AYNA əvvəlcə öz “ayna”sına baxsın” - Deputatdan sərt sözlər
Tarix 30.08.25, 10:24 |
|

“Bu qurumun fəaliyyəti ilə bağlı hansısa razılıq ifadə etmək mümkün deyil. Çünki hamımız tıxacda qalırıq. Mənə elə gəlir ki, AYNA əvvəlcə öz “ayna” sına baxmalıdır və real vəziyyəti görməlidir. Bakı şəhərində hərəkət etmək mümkün deyil. Alternativlər haqqında düşünülməlidir”.
Bunu Demokrat.az-a deputat Fazil Mustafa deyib. O bildirib ki, AYNA bütün məsələləri vətəndaşların üzərinə yükləyib, vətəndaşı çətin vəziyyətdə qoymaq anlayışından uzaq durmalıdır: “Cərimələri bu qədər artırırlar, nə olsun? Bu vəsait vətəndaşların cibindən çıxır. Prezident bunlara inanaraq, səlahiyyət verərək hansısa problemin həllini tapşırıbsa, bu işə daha məsuliyyətli yanaşmalıdırlar, vətəndaş məmnunluğunu təmin etməlidirlər.
Bu məsələ çox ciddi və ictimai narazılıq yaradan məsələdir. Ən böyük məsuliyyət bu qurumun üzərinə düşür, bu qurum da öz məsuliyyətini başa düşərək problemin həlli üçün konkret addımlar atmalıdır".
Ümumiyyətlə, son illərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən və onun “Azparkinq” xidmətindən çoxlu şikayətlər var: paytaxtda parklanma problemi həllini tapmayıb, avtobus zolaqları bəzi yerlərdə avtomobillərin dönməsinə çətinlik yaradır, cərimə yazmaqdan başqa bir iş görülmür. Faktiki şəhərin nəqliyyat sahəsində xaos davam edir.
Bəs ictimai nəqliyyatda xaosun aradan qaldırılması üçün hansı alternativ addımlar atılmalıdır? Artırılan cərimələr nəqliyyatda nizam-intizamı təmin edə bilərmi, yoxsa sadəcə vətəndaşların cibinə əlavə yükdür? “Azparkinq” xidmətinin fəaliyyəti niyə bu qədər çox şikayət doğurur - parklanma yerlərinin azlığından, yoxsa idarəetmənin səmərəsizliyindən? Avtobus zolaqlarının tətbiqi Bakı üçün doğrudurmu, yoxsa şəhərin küçə infrastrukturuna uyğun gəlmir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, tıxacların həm obyektiv, həm də subyektiv səbəbləri var: “Son illər paytaxtın iqtisadiyyatının artması, əhalinin çoxalması, şəhərin turizm mərkəzinə çevrilməsi, mədəni həyatın zənginləşməsi və beynəlxalq tədbirlərin çoxalması nəticəsində sıxlığın olması normaldır. Sadəcə, çalışmaq lazımdır ki, bu sıxlıqlar tıxaca çevrilməsin.
Mərhələli şəkildə bu sıxlıqların aradan qaldırılması mümkündür. Bunun üçün də xüsusi dövlət proqramı hazırlanıb. Orada tədbirlər planı təsbit olunub, hər bir qurumun qarşısında konkret vəzifə qoyulub. 2025-2030-cu illər ərzində həyata keçiriləcək işlər elə effektiv olmalıdır ki, tıxacların sayı azalsın.
Hazırda yeni tunellərin, körpülərin, yolötürücülərin tikilməsi, tunel və depoların inşası məhz bu məqsədə xidmət edir. Artıq Bakı və ətraf ərazilərdə tramvay xətlərinin çəkilməsi də dövlət proqramında nəzərdə tutulub. Yəni bu istiqamətdə işlər görülür. Təbii ki, çətinliklər olacaq - haradasa yol bağlanacaq, haradasa açılacaq. Tikinti-təmir işləri aparılanda yolları bağlamadan bunu etmək mümkün deyil".
Ekspert artırılan cərimələrlə bağlı deyib ki, bütün dünyada qayda pozuntuları cərimə ilə tənbeh olunur: “Əgər hansısa qayda pozuntusu davam edirsə və insanlar qaydalara məhəl qoymursa, cərimələrin artırılması qaçılmaz olur.
İctimai nəqliyyata gəldikdə, hazırda ictimai nəqliyyat yenidən dirçəldilir. Taksi isə sadəcə köməkçi vasitədir. Hazırda ölkəyə yeni avtobuslar gətirilir. Hətta bu ildən etibarən Çinin məşhur BYD şirkətinin avtobusları artıq Azərbaycanda istehsal olunacaq. Mən deməzdim ki, vəziyyət acınacaqlıdır. Hər şeyi birdən-birə həll etmək mümkün deyil. Amma bu, o demək deyil ki, cəmiyyət susmalıdır. Əksinə, vətəndaş da, media da çatışmazlıqlardan danışmalıdır.
“Azparking” xidmətinə gəldikdə isə, fəaliyyətə yeni başlayanda mobil tətbiqlə, SMS sistemi ilə, yerlərin azlığı ilə bağlı problemlər çox idi. Lakin mərhələli şəkildə bu problemlərin çoxu həll olundu. İndi də müəyyən çatışmazlıqlar varsa, onlar da həll edilə bilər. Amma nəzərə almaq lazımdır ki, Bakıda avtomobil yolunun kənarında parklanma yeri yaratmaq çox çətindir. Çünki vaxtilə şəhərsalma zamanı səhvlərə yol verilib - avtomobil yolları zəbt olunub, obyektlər səkilərdə tikilib, tikinti standartlarına əməl olunmayıb. Halbuki hər bir yaşayış və qeyri-yaşayış obyektinin özünün parklanma yeri olmalı idi. İndi isə bu məsələ həll edilmədiyi üçün vətəndaşlarla müvafiq qurumlar arasında problemlər yaranır. Məncə, ilk növbədə obyekt sahiblərinin qarşısında məsələ qaldırılmalıdır ki, şəhər ərazisində obyekt tikirsənsə, mütləq parklanma yeri də təmin etməlisən".
Eldəniz Cəfərov həmçinin bildirib ki, avtobus zolaqlarının tətbiqinin əsas məqsədi isə ictimai nəqliyyatdan istifadə edən vətəndaşların vaxtında ünvana çatmasıdır:
“Bu zolaqlar olmasaydı, vəziyyət daha pis ola bilərdi. Əvvəlcə müəyyən nöqsanlar var idi - məsələn, bəzi yerlərdə avtobus zolağına daxil olmaq üçün qırıq xətlər qoyulmamışdı, yaxud taksilər üçün dayanma yerləri ayrılmamışdı. Sonradan bunlar düzəldildi. Biz də ekspertlər olaraq müvafiq qurumlarla görüşlərdə fikirlərimizi bildirdik. Nəticədə taksilər üçün ayrıca minib-düşmə məntəqələri yaradıldı”.
Xəbərin oxunma sayı : 664
Sosial
Xəbərlər
-
Mehriban Əliyeva Anna Akopyanla görüşdü - Fotolar
-
Sabiq hərbi komissar ev dustaqlığına buraxıldı - Külli miqdarda rüşvət almaqda təqsirləndirilir
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Vatsapda istifadəçi adı ilə axtarış dövrü başlayır - Yenilik
-
Minsk qrupu ləvğ edilir - ATƏT qərar layihəsini üzv dövlətlərə təqdim etdi
-
Prezident “ŞƏT plyus“ formatında görüşdə çıxış etdi - FOTOLAR
-
Azərbaycanda bu mobil operator ləğv edilir - Nömrələr işləməyəcək
-
“Kriti Vüsal Masallinski“ həbs olundu - DİN əməliyyat keçirdi + FOTO
-
“Ermənistan Aİİ və Aİ arasında seçim etməzdən əvvəl bütün amilləri nəzərə almalıdır“ - Overçuk
-
Hindistandan qərəzli addım - Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb
-
Azərbaycanda bu tanınmışlara 4000 manat veriləcək - ADLAR
-
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? - Açıqlama
-
Əməkdar müəllimin ölkədən çıxışına “stop“ qoyulub - SƏBƏB
-
Nazir Vilayət Eyvazov Naftalanda vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Hindistan Azərbaycandan qisas almağa çalışır - Prezident
-
Seymur Orucovun həbsdə olan qohumu mənimsədiyi pulları geri qaytaracaq - Qərar verildi
-
Ata-anasız uşağa işgəncələr verilib? - VİDEO
-
Prezident İlham Əliyev Nikol Paşinyanla görüşüb - FOTO
-
“Türkiyəni etibarlı və zamanla sınaqdan çıxmış tərəfdaş kimi görürük” - Putin
-
Şöbə müdiri işdən çıxdı - Yerinə təyinat oldu
-
“Andrey Parubiyin qətlində Rusiyanın izi var“ - Ukrayna polisi
-
Prezident Çində görüşlər keçirir - Fotolar
-
Bu şəxslərin təqaüdləri artırıldı - Bu gündən...
-
Universitetlər Bakıdan bu şəhərlərə köçürülə bilər - SİYAHI
-
“Narahatlığa heç bir əsas yoxdur” - Müdafiə Nazirliyi
-
Ötən həftə 672 yanğın olub - VİDEO
-
İlham Əliyevlə Şahbaz Şərifin görüşü oldu - Fotolar
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb? - AÇIQLAMA
-
Xanbulan gölü sürətlə quruyur - FOTO/VİDEO
-
Polis Balakəndə də məliyyat keçirdi - Silahlı şəxslər həbs olundu
-
Ərdoğanla Paşinyan arasında görüş olub - Çində + FOTO
-
Nigar “Matanı“ ilə yenidən gündəmdə - VİDEO
-
Azərbaycanda balıq ovuna icazə verilir - Bu gündən
-
İlham Əliyevlə Ərdoğanla görüşdü - FOTOLAR
-
“Qış parkı“ndakı məşhur restorandan narazılıq: “Hərəkət etmək olmur“
-
Böyük Britaniya səfiri Laçın bazarında - FOTO
-
Si Cinpinin adından ziyafət verildi - Prezident və birinci xanım iştirak etdi
-
Paytaxtın bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - Xəbəərdarlıq
-
Bolqarıstan Ukraynaya kömək etməyəcək: “Sakinlərimizin suyu yoxdur”
-
Ölkədə tullantıların həcmi artıb - Ekoloqlar təhlükə barədə xəbərdarlıq edirlər
-
“Avropada insan qalmaya bilər“ - İlon Mask
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
-
Prezident Çində görüşlər keçirdi - FOROLAR
-
“Regional sülh üçün atılan addımlar çoxşaxəli olmalıdır“ - Türkiyə Prezidenti
-
Temperatur 36 dərəcəyədək yüksələcək - Sabahın havası
-
Çin idxalda Azərbaycanın birinci tərəfdaşına çevrildi - 17,7 faiz pay
-
Prezident yaxınlarına vəzifə verən başçını cəzalandırdı - Bəs Zaur Mikayılovu nə gözləyir?
-
Salyanda avtomobil kanala aşıb - ölən və yaralananlar var
-
Tikinti üçün icazə almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
-
“Azərbaycanla Ermənistan arasında artıq sülh bərqərar olub” - İlham Əliyev
-
Sentyabrda hava necə olacaq? - Aylıq proqnoz açıqlandı
-
“Telegram” hesablarınızı hücumlardan bu cür qoruya bilərsiniz...- VİDEO
-
“BMT-nin nüfuzu və təsir gücü bərpa olunmalıdır“ - ÇXR Sədri
-
Şəmkirdə “MAZ” aşdı - Ölən və xəsarət alanlar var
-
Ərdoğanla Putin də Çindədir - Fotolar+Video
-
Gizli izləmə cihazları alanlara xəbərdarlıq - VİDEO
-
İlham Əliyevin Si Cinpin ilə görüşü keçirildi - FOTOLAR
-
Məktəblərdə mobil telefondan istifadə qadağan edilsin? - VİDEO
-
Səssizlik içində danışan adam, yaxud 70 illik düşüncə tarixi - Adəm İsmayıl BAKUVİ
-
Azərbaycanlı gənclər ən çox hansı ölkələrə köçürlər? - Siyahı
-
Azərbaycanda yerin altında qədim şəhər aşkarlandı - VİDEO
-
“Qarabağ”ın oyunlarının tarixi açıqlandı -0 TƏQVİM
-
Biləsuvar gömrüyündə əməliyyat: Yüksəkvəzifəli şəxs işdən çıxarıldı
-
ABŞ-nin NATO-dakı daimi nümayəndəsi: “ABŞ Ukraynaya Rusiyaya dərin zərbələr endirmək imkanı verir“
-
“Xaricdə attestatla təhsil“ tələsi: Təkcə Türkiyədə 50 minə yaxın azərbaycanlı...
-
Turistlər Azərbaycanda ən çox nədən narazı qalıblar? - Siyahı
-
Azərbaycanın nə qədər itkin var? - Rəqəmlər açıqlandı
-
Bu ay dünyada ən çox bahalaşan - Məhsullar
-
İran parlamentinin sədri: “Müharibə baş verə bilər“
-
Müalicə üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? - Siyahı
-
“Çin dünyada sülhün qorunması üçün məsuliyyət götürməyə hazırdır“ - Si Cinpin
-
Bakıda sexdə DƏHŞƏT: Ustasını söyüşə görə bıçaqladı
-
“Formula 1“ə görə məktəblər gec başlayacaq? - RƏSMİ
-
Qəzzada daha 10 nəfər aclıqdan öldü - Üçü uşaqdır
-
Azərbaycanlı itkinlərin ailələrindən xaricidə aksiya - “Nə arzular yarımçıq qaldı”
-
Prezident və birinci xanım Çinə səfərə getdi - FOTO
-
Leyla və Arzu Əliyevalar Onkologiya Mərkəzində - Fotolar
-
“Qarabağ“ tarixinin ən bahalı transferi ola bilər - 3 milyonluq təklif
-
Xəbəri olmadan adına şirkət açılıb, külli miqdarda vergi borcu yaranıb - VİDEO
-
Salyanda 1 milyonluq abadlıq - Qalib şirkət kimindir?
-
Aygün Kazımova özünü “10 yaş cavanlaşdırdı“ - VİDEO
-
Ukrayna Ali Radasının keçmiş sədri qətlə yetirildi - Kuryer güllələyib
-
23 il əvvəl Rusiyada qayınatasını qətlə yetirmişdi - Hökm oxundu
-
Bu ilin payızında Ağdam şəhərinə ilk köç olacaq - Emin Hüseynov
-
Sabahın hava proqnozu: 38 dərəcə isti
-
Dr.Elnarə necə estetik prosedurlar həyata keçirir? - VİDEO
-
Anasını hoteldə öldürməkdə ittiham edilən yeniyetmə - “Məni həbs edin”
-
Kirayə bazarındakı əl yandıran qiymətlər: Evlər niyə bahadır?
-
Qubada məmur sakinləri təhqir etdi - Vəzifədən azad olundu
-
“Avropa ölkələri İsrailə qarşı sanksiyaların tətbiqi barədə yekdil fikirdə deyil“ - Kallas
-
“Mənim əl-qolumu bağlamışdı” - Döyülən uşaqların anası-Video
-
“Rusiya ilə münaqişə vəziyyətindəyik” - Almaniya kansleri
-
Tüstüdən çıxan milyonlar - tütün ixracımız niyə azalıb?
-
Keçmiş bələdiyyə sədri örüş sahələrini satıb - VİDEO
-
Bakı bulvarında insident - Həbs edilən var
-
Ən yüksək keçid balını o topladı - Ölkə rekordunu yenilədi
-
“AYNA əvvəlcə öz “ayna”sına baxsın” - Deputatdan sərt sözlər
-
Usta ev sahibinin pulunu və bank kartını ələ keçirib - ŞİKAYƏT/VİDEO
-
“Əgər Putin Zelenski ilə görüşməsə, bu, Trampı ələ salmaqdır” - Makron
-
Bərbərxanadan 60 protez saç oğurlandı - “TikTok“da üstü açıldı
-
Azərbaycanda problemli kreditlərin həcmi artıb - VİDEO
-
Test topluları narazılıqla qarşılanır - VİDEO
-
Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
-
Mourinyu ayrılıqlardan milyonlar qazandı - MƏBLƏĞ
-
İcra başçısı niyə töhmət aldı? - Özüylə rayona 5 nəfər aparıb və...
-
Respublika Klinik Xəstəxanasının bitməyən təmir dərdi: “Yollarda qalmışıq“
-
Məhkəmədə həmin faktı da etiraf etdi - Fotolar
-
Xüsusi təhsil məktəblərinin müəllimləri etiraza qalxdı - Ev təhsili ləğv edilir? + VİDEO
-
Şiddətli töhmət alan icra başçısı danışdı - “Prezident həmişə haqlıdır”
-
“İlham Əliyevlə Putinin görüşü barədə razılıq yoxdur” - Uşakov
-
“Mənəvi ziyanın ödənilməsi tələbi vərəsələr tərəfindən davam etdirilə bilər“ - Ali Məhkəmə
-
Bəxtiyar Ersayın yerinə o təyin olundu - FOTO
-
“Azərkosmos“ ilk 6 ayda nə qədər gəlir əldə edib? - AÇIQLANDI
-
“Ermənistan XİN-in əməkdaşı casusluqda şübhəli bilinərək həbs edilib“ - İstintaq Komitəsi
-
Bakı metrosunda aylıq gediş haqqı kartları tətbiq oluna bilər - Emil Əhmədov
-
Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul etdi - Sıra baxışı keçirdi
-
Şiddətli töhmət verilən yüksək vəzifəli MƏMURLAR
-
“Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib“ - Hakan Fidan
-
“Məhz Rusiya bu müharibəni bitirməlidir” - Zelenski
-
“Silah-sursat və şəxsi heyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi təmin edirdi“ - MƏHKƏMƏ
TOP 10
ARXİV