“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda “A-frame“ evlər tikən biznesmen həbs olundu - Dələduzluğa görə

Tarix 28.08.25, 18:19

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda silsilə dələduzluqlar edən şəxs həbs olunub.

AzFakt.com Lent.az-a istinadla xəbər verir ki, tikinti şirkətlərindən birinin direktoru 51 yaşlı Elçin Göyüşov (soyadı şərtidir) ayrı-ayrı şəxslərə müxtəlif vədlər verərək, onların külli miqdarda pulunu ələ keçirib.

İlk epizodda o, Ramil adlı şəxsi Novxanı qəsəbəsindəki torpaq sahəsində tikintiyə icazə almaq adı ilə aldadıb. O bu məqsədlə ondan 10 min manat alıb.

İkinci zərərçəkən Səlim isə Elçinə məxsus MMC-nin "Instagram"da reklamını görüb və Şəki şəhərində 3 ədəd "A-frame" tipli ev tikmək üçün ona müraciət edib. Elçin razılaşaraq, onu ofisinə dəvət edib, ayrı-ayrı vaxtlarda onun ümumilikdə 36 min 500 manat pulunu ələ keçirib.

Üçüncü zərərçəkən isə Mehriban adlı qadındır. O, ikimərtəbəli evinin üstündə mansard tikintisi üçün Elçinə üz tutub. Təqsirləndirilən şəxs mansard və onun tikintisinə icazə adı ilə qadından 49 min 700 manat pulu alıb.

Elçin Göyüşov "müştəri"lərinin heç birinin işini yerinə yetirməyib. Aldandıqlarını görən zərərçəkənlər hüquq-mühafizə orqanlarına üz tutublar. Nəticədə Elçin Göyüşov saxlanılıb, yekun olaraq, barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü (dələduzluq təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Elçin Göyüşov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 529




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap