“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Minsk qrupunun ləğvinə dair qərar gözlənilir - Tarix açıqlandı

Tarix 27.08.25, 22:30

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 1-də Minsk qrupunun ləğvi ilə bağlı yekun qərar gözlənilir. 

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistanla sülh sazişinin imzalanması üçün iki əsas şərt var idi:

"Bunlardan biri ATƏT-in Minsk qrupunun ləğvi, digəri isə Ermənistan konstitusiyasına dəyişikliklər edilməsidir. Bunlardan biri həyata keçdi. Artıq Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycan və Ermənistanın XİN başçıları tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanlanıb. Sentyabrın 1-də isə yekun qərarın verilməsi gözlənilir".  

Nazir müavini vurğulayıb ki, digər şərt hələ də yerinə yetirilməmiş qalır: 

"Ermənistan konstitusiyasına dəyişiklik edildikdən sonra sülh sazişinin imzalanması üçün zəruri zəmin formalaşmış olacaq. Hazırda konstitusiya dəyişikliyi ilə bağlı rəsmi olaraq heç bir məlumat yoxdur. Ermənistan tərəfindən hər hansı bir təşəbbüs irəli sürülməyib. Ancaq biz gözləntidəyik. Təbii ki, istəyimiz sülh sazişinin tezliklə imzalanmasıdır. Bu dəyişiklik baş verdikdən sonra ən qısa müddətdə baş tuta bilər.//Report



Xəbərin oxunma sayı : 637




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap