“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Abşeronda bir ev 5 nəfərə satılıb? - VİDEO

Tarix 28.08.25, 10:22

Font ölçüsü : - / +
bitmap-img6


Abşeronda bir evin bir neçə şəxsə satıldığı iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Hökməli qəsəbəsinin "At Yalı" yaşayış massivində sakinlərin ev alqı-satqısı ilə məşğul olan şəxs tərəfindən saxta sənədlərlə aldadıldığı iddia edilir.

Məsələ ilə bağlı "Xəzər Xəbər"ə müraciət edən zərərçəkmiş Hicran Heybətova bildirib ki, evin qohumu Əfqan Məmmədovun adına rəsmiləşdirilməsi şərti ilə mənzil üçün pul ödəyib.

Onun sözlərinə görə, evi aldıqdan sonra içərisinə bəzi əşyalar yerləşdirib və təmir işlərinə başlayıb. Lakin sonradan həmin mənzilin həqiqi sahibi ortaya çıxaraq onları evə buraxmayıb. Məlum olub ki, Əfqan Məmmədovun adına verilən sənəd saxta imiş. 

İddialara görə, mənzili evlərin alqı-satqısı ilə məşğul olan Zaur İsayev adlı şəxs yalnız Əfqan Məmmədova deyil, daha dörd nəfərə də satıb.

İddialarla bağlı qarşı tərəfin, yəni Zaur İsayevin mövqeyini öyrənmək üçün onun ofisinə üz tutduq. Lakin Zaur İsayev çəkiliş aparıldığını görən kimi ərazidən uzaqlaşıb və heç bir açıqlama verməyib.

Qeyd edək ki, hazırda zərərçəkmişlərin şikayəti əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.





Xəbərin oxunma sayı : 703




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap