“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!

Tarix 28.08.25, 13:52

Font ölçüsü : - / +
bitmap-img6


Ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər 2025–2026-cı tədris ilinin payız semestri üçün 28 avqust - 8 sentyabr tarixlərində portal.edu.az platforması üzərindən təhsil qeydiyyatını həyata keçirdikləri zaman, paralel olaraq www.e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciət edə bilərlər.

AzFakt.com xəbər verir ki,bu dövrdə müraciət sayının çoxluğunu nəzərə alaraq, təhsil tələbə kreditlərinə müraciət edən şəxslərə operativ dəstək göstərmək məqsədilə Fond tərəfindən yardım masası yaradılıb.

TTK müraciəti zamanı hər hansı çətinliklə qarşılaşan şəxslər hər iş günü saat 09:00-dan 18:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən ofisə yaxınlaşaraq əməkdaşlardan dəstək ala bilərlər.

Eyni zamanda, tələbələrin kredit müraciətlərinə dəstək üçün Fondun çağrı mərkəzi (146-5), WhatsApp və birbaşa əlaqə nömrələri vasitəsilə də müraciətlərinizə operativ dəstək göstərilir.

Çağrı Mərkəzi: (012) 599 12 02, 146-5

WhatsApp: 077 317 88 52, 077 317 88 53



Xəbərin oxunma sayı : 529




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap