“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Moskva mənfi siqnallar verir, diplomatik addımlar görmür” - Zelenski

Tarix 27.08.25, 16:09

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ ilə münasibətlər hazırda ölkəsi üçün ən vacib və prioritet istiqamətlərdən biridir.

AzFakt.com xəbər verir ki, Zelenski qeyd edib: “Biz ABŞ ilə münasibətlərdə maksimum məzmun və konkretlik axtarırıq. Təəssüf ki, rus tərəfi görüşlər və hadisələrin gələcək inkişafı ilə bağlı mənfi siqnallar verməyə davam edir. Hər gün şəhər və kəndlərimizə raket və hava hücumları edilir, yeni qurbanlar və dağıntılar yaranır. Bu, bizim üçün ciddi çağırışdır”.

Prezident əlavə edib ki, Rusiya yalnız güclü beynəlxalq təzyiq və sərt cavab tədbirləri ilə hesablaşacaq:

“Biz gözləyirik ki, dünya birliyi Rusiyanın bu hərəkətlərinə qarşı konkret təzyiq göstərəcək. Vacibdir ki, Rusiyadan real diplomatik addımlar görək, sadəcə bəyanatlar yetərli deyil. Sülhə aparan yolda addımlar yalnız Moskvanın özündən gəlməlidir”.

Zelenski həmçinin Ukrayna tərəfinin davam edən hücumlar qarşısında öz müdafiə qabiliyyətini artırdığını, lakin beynəlxalq dəstəyin həlledici olduğunu vurğulayıb: “Ordumuz güclüdür, ancaq hər gün itki veririk. Diplomatiya və beynəlxalq təzyiq Rusiyanı geri çəkilməyə məcbur edə bilər. Hazırda əsas məqsədimiz sülhə və təhlükəsizliyə nail olmaqdır”.



Xəbərin oxunma sayı : 679




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap