“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Tələə krediti ilə bağlı yeni qərar verildi - Ballar düşürüldü

Tarix 26.08.25, 18:27

Font ölçüsü : - / +
bitmap-img6


Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən Himayəçilik Şurası orta ixtisas və ali təhsil pillələrinə yeni qəbul olmuş tələbələrə dair qərarlar qəbul edilib.

AzFakt.com xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Bildirilib ki, orta ixtisas təhsili müəssisələrində standart növ təhsil tələbə kreditindən yararlanmaq üçün subbakalavriat səviyyəsində abituriyentin topladığı balın minimum həddi 110-dur.

Qərara əsasən, orta ixtisas təhsili pilləsinin subbakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olan tələbələr üçün birinci tədris ilinin ilk semestrində tələb olunan minimal bal həddi 40 bal olaraq müəyyən edilib.

Qeyd edək ki, bu minimal bal tələbi yalnız standart növ təhsil tələbə kreditindən yararlanmaq istəyənlərə şamil olunur. Sosial növ təhsil tələbə kreditində isə belə bir bal limiti mövcud deyil.

Digər yenilik Sxolastik Qiymətləndirmə Testi (Scholastic Aptitude/Assessment Test - SAT) imtahanı nəticələri ilə ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə bağlıdır. Belə ki, bu tələbələrə də birinci tədris ilinin ilk semestrində standart tələbə krediti almaq imkanı yaradılıb. SAT imtahanı üzrə minimal bal həddi 1200 bal olaraq təsdiqlənib.

Bildirilib ki, qəbul edilən qərarlar tələbələrin təhsil imkanlarının genişləndirilməsi, sosial bərabərliyin təmin olunması və daha çox gəncin təhsilə cəlb olunması baxımından çox əhəmiyyətlidir.



Xəbərin oxunma sayı : 775




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap