“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Azərbaycanda nə qədər insan teatra gedib? - MDB-də sonuncu yerdəyik

Tarix 28.08.25, 17:29

Font ölçüsü : - / +
bitmap-img6


Açıqlanan rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 29 peşəkar teatr fəaliyyət göstərsə də, teatra üz tutan tamaşaçı sayı bu göstərici ilə uyğun gəlmir. 

Belə ki, son bir il ərzində ölkədə teatrlara cəmi 400 min tamaşaçı gedib. Bu göstəriciyə görə də Azərbaycan MDB ölkələri arasında ən sonuncu yerdə qərarlaşıb.

Müqayisə üçün, Belarusda 28 teatr var, amma illik tamaşaçı sayı 1,8 milyon nəfəri ötür. Ermənistanda 25 teatr 600 min tamaşaçı cəlb edə bilib. Qazaxıstanda 74 teatr 3,1 milyon, Özbəkistanda isə 48 teatr 3,7 milyon tamaşaçı qəbul edib. Hətta tamaşaçı sayı baxımından daha kiçik teatr şəbəkəsinə malik olan Moldova (17 teatr) və Tacikistan (26 teatr) da Azərbaycanla eyni — 400 min tamaşaçı göstəricisinə sahibdir.

Rusiya isə bölgədə ən böyük teatr şəbəkəsinə malikdir - 706 teatrda illik tamaşaçı sayı 42 milyona çatır.

Bu rəqəmlər göstərir ki, Azərbaycanda teatrların sayı nisbətən çox olsa da, tamaşaçı marağı kifayət qədər aşağıdır. 



Xəbərin oxunma sayı : 580




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap