“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Əhmədova məxsus şirkətlərin rəhbərlərinə də “stop” qoyuldu - Səbəb nədir?

Tarix 27.08.25, 17:32

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan əsilli iş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan "AzNar" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi boru yaranıb.

AzFakt.com bildirir ki, “Qaynarinfo”-nun əldə etdiyi məlumata görə, şirkətin Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə 373.070,78 AZN vergi borcu var. Nizamnamə kapitalı 150 milyon manata yaxın olan "AzNar" QSC-nin qanuni təmsilçisi Abbasov Bəylər Rəşid oğlunun bu borca görə ölkədən çıxışına məhdudiyyət qoyulub.


"Aznar" QSC-nin tabeçiliyində fəaliyyət göstərən "AzNar Ferma" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi Hacıyev Mehman Vaqif oğlunun da ölkədən çıxışı məhdudlaşdırılıb. "AzNar Ferma"nın 2940,02 manat borcu var.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Mehman Hacıyev "MEGAMIX ASIA" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) də qanuni təmsilçisidir.

Xatıradaq ki, bir neçə il əvvəl "AzNar" QSC-nin "Grante Trading" filialının baş direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdu. Həmin şirkətin də hazırda 61975.97 AZN vergi borcu var.

Xatırladaq ki, “AzPolitika” Fərhad Əhmədovun Azərbaycanda yerləşən əmlaklarının, bank hesablarının üzərinə həbs qoyulduğu barədə məlumat yayıb. Məlumatlı mənbələr bildiriblər ki, buna səbəb oliqarxla İtaliya şirkəti arasında 2018-ci ildən davam edən məhkəmə çəkişməsində uduzması və qətnamənin icraya yönəldilməsidir.


Qeyd edək ki, 2018-ci ildə dünyada tanınmış İtaliya şirkəti “Paghera Green Service Societa Agricola S.R.L” şirkəti F.Əhmədova məxsus “Baku Caspian Real Estate Limited” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib. Amma yerli instansiyalardakı çəkişmələrdə oliqarxın xeyrinə qərarlar çıxarılıb.

Bundan sonra İtaliya şirkəti Azərbaycanda məhkəmə iddialarını dayandıraraq Britaniyaya üz tutub. Belə ki, “Paghera Green Service Societa Agricola S.R.L” şirkəti F.Əhmədov və onun şirkətinə qarşı London Məhkəməsində 5 milyon avroluq iddia qaldırıb. Qeyd olunur ki, bu iddialar təmin edilib və qətnmanin icrasını təmin etmək üçün F.Əhmədovun dəyəri on milyonlarla dollarla ölçülən əmlaklarının üzərinə həbs qoyulub.



Xəbərin oxunma sayı : 601




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap