![]() |
|














Azərbaycan-Türkmənistan dostluğu əməkdaşlığın strateji mərhələsinə daxil olur
Tarix 27.08.25, 6:42 |
|

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibli görüşündə də bu barədə ətraflı bəhs edilib. Azərbaycan lideri çıxışında bu barədə bildirib: "Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir. Əlbəttə ki, bizim bu sahədəki birgə fəaliyyətimiz, koordinasiyaya yönəlmiş addımlar böyük coğrafiyaya xeyir gətirəcək. Çünki bu gün Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı bizim ölkələrimizin ərazisindən keçir. Mən bilirəm ki, Türkmənistanda çox böyük işlər görülüb - müasir dəniz limanı, hava limanları, dəmir yolları. Bütün bunlar Sizin rəhbərliyinizlə həyata keçirilən layihələrdir ki, Türkmənistanda ən müasir infrastruktur yaradılıb. Belə infrastrukturlar Azərbaycanda da yaradılıb. Ona görə bu istiqamətdə səylərimizin birləşməsində çox böyük fayda var".
Ümumiyyətlə, hər iki ölkə rəhbəri arasında keçirilən görüşdə səslənən fikirlər yalnız Azərbaycan-Türkmənistan əməkdaşlığının dinamik inkişafını deyil, həm də daha geniş regional və qlobal miqyasda strateji əhəmiyyət daşıyan məsələləri özündə ehtiva edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Şərq-Qərb nəqliyyat dəhlizi həm Azərbaycanın, həm də Türkmənistanın iqtisadi və geosiyasi rolunu gücləndirən əsas strateji xətt kimi diqqət çəkir.
Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlərdən də aydın görünür ki, Azərbaycanın prioritetlərindən biri Şərq - Qərb Nəqliyyat Dəhlizinin inkişafıdır. Bu dəhliz Avropanı Uzaq Şərqlə birləşdirən mühüm arteriyadır. Hazırda dünya ticarətində Asiya ilə Avropa arasında yükdaşımaların həcmi ildən-ilə artır. Ənənəvi marşrutların geosiyasi səbəblərdən risklərlə üzləşməsi Orta Dəhlizə marağı daha da artırır. Azərbaycan və Türkmənistanın coğrafi mövqeyi isə bu prosesdə mühüm üstünlüklər yaradır. Xəzər dənizi üzərindən iki ölkəni birləşdirən marşrut həm yükdaşımaların sürətli, həm də təhlükəsiz şəkildə həyata keçirilməsinə şərait yaradır.
Beləliklə, Şərq - Qərb nəqliyyat dəhlizi Çindən başlayıb Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan vasitəsilə Türkiyəyə və oradan Avropaya uzanan, Şərq ilə Qərbi birləşdirən magistraldır. Bu dəhliz Asiya və Avropa arasında yüklərin daşınması üçün əsas magistral xətt rolunu oynayır. Başqa sözlə, Çindən Türkiyəyə, eləcə də Avropa Birliyi ölkələrinə, eləcə də əks istiqamətdə təşkil olunan dəhliz yükdaşımaların artmasına fayda verir. Avropaya nəql edilən yüklər Gürcüstanın Poti, Batumi limanları və ya Bakı - Tbilisi - Qars dəmir yolu vasitəsiylə ötürülür. Yeri gəlmişkən, bu dəmir yolu yük daşımalarında xərclərin azaldılmasına xidmət edir.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, son illərdə hər iki ölkədə müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində böyük işlər görülüb. Türkmənistanın Türkmənbaşı şəhərində inşa olunan müasir dəniz limanı, eləcə də hava limanları və dəmir yolları ölkənin regiondakı tranzit imkanlarını xeyli genişləndirib. Azərbaycan da son illərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı - Tbilisi - Qars dəmir yolu, genişlənmiş magistral yollar və hava limanları vasitəsilə nəqliyyat şəbəkəsini gücləndirib. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurda inşa olunan hava limanları da ölkənin logistika mərkəzinə çevrilməsinə önəmli töhfə verib. Bu infrastruktur şəbəkələrinin inteqrasiyası Azərbaycan - Türkmənistan iqtisadi əməkdaşlığının praktiki nəticələrini şərtləndirib.
Ölkəmiz Orta Dəhlizin reallığa çevrilməsi üçün çoxşaxəli diplomatik və praktiki addımlar atır. Bu baxımdan Türkmənistanla əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən görüş də bir daha göstərdi ki, Azərbaycan və Türkmənistan münasibətləri yeni strateji mərhələyə qədəm qoyur. Şərq - Qərb nəqliyyat dəhlizi bu əməkdaşlığın mərkəzində dayanır və onun uğurla həyata keçirilməsi həm ikitərəfli əlaqələrin möhkəmlənməsinə, həm də regionun qlobal ticarət xəritəsində rolunun güclənməsinə xidmət edir.
Xəzər dənizi regionunda yerləşən Türkmənistan və Azərbaycan enerji resursları baxımından zəngin ölkələrdir. Xüsusilə qaz ixracı sahəsində əməkdaşlıq ölkələrimizi birləşdirən əsas sahələrdən biridir. 2021-ci ildə Türkmənistan və Azərbaycan arasında Xəzər dənizindəki "Dostluq" neft yatağının birgə işlənilməsinə dair razılıq əldə olunub. Bu razılaşma Xəzərin hüquqi statusu məsələlərinin həllindən sonra energetika sahəsində yeni imkanların açılmasına təkan verib. Məhz həmin sənəd yalnız iqtisadi deyil, həm də siyasi inamın rəmzidir.
Azərbaycan - Türkmənistan iqtisadi əlaqələri son illər ərzində çoxşaxəli xarakter alıb. 2007-ci ildə yaradılmış Hökumətlərarası birgə Komissiya bu sahədə əməkdaşlığın strukturlaşdırılmasına imkan yaradıb. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 383,7 milyon ABŞ dolları təşkil edib ki, bunun 80,2 milyon dolları Azərbaycan məhsullarının ixracına, 303,5 milyon dolları isə Türkmənistan məhsullarının idxalına aiddir. Bu rəqəmlər tərəflər arasında iqtisadi əməkdaşlığın dinamik və davamlı şəkildə artdığını göstərir. Cari ilin ilk beş ayında isə xarici ticarət dövriyyəsi 118,5 milyon dollar olub.
Geosiyasi qeyri - sabitlik fonunda nəqliyyat və logistika Şərqlə Qərb arasında birləşdirici amilə çevrilir. Bu baxımdan Xəzər dənizi də xüsusi məna daşıyır. Son dövrlərdə Bakı - Türkmənbaşı marşrutu üzrə konteyner daşımalarının həcmi 2,9 dəfə artaraq 2362 TEU-ya çatıb.
Prezident İlham Əliyevin sözləri Azərbaycan və Türkmənistanın nəqliyyat əməkdaşlığının gələcəkdə böyük coğrafiyada iqtisadi inkişaf, sabitlik və əməkdaşlıq üçün mühüm baza olacağını təsdiqləyir. Bu əməkdaşlıq həm də bir daha göstərir ki, Azərbaycan regionda etibarlı tərəfdaş və strateji oyunçu olaraq öz mövqeyini möhkəmləndirir.
Eminağa Fərzəliyev
Xəbərin oxunma sayı : 541
Sosial
Xəbərlər
-
Emma Ələkbərzadənin hovuz keyfi - VİDEO
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Bakıya da raket atmaq istəyiblər... - Qukasyan və Harutyunyanın ifadələri dinlənilib
-
Yasamalda səhərə qədər tikinti aparılır, sakinlər yata bilmir - ŞİKAYƏT
-
Şirkətə borcu olduğu bildirilərək pul tutuldu, vətəndaş isə belə şirkət tanımır - VİDEO
-
“Azərbaycan səfirliyinin binasının vurulmasını müzakirə etdik” - Zelenski
-
Bakıda marketlərdə satılan bu sular təmiz deyilmiş - SİYAHI
-
Həyət evi olanların nəzərinə: sentyabrın 1-dən...
-
“Qarabağ“ın Çempionlar Liqasındakı rəqibləri - Nəhənglər gəlir
-
Binəqədi rayonunda fərdi yaşayış evi obyekt kimi inşa edilir? - FOTO/FAKT
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
İstirahətə gedən Ayselin başına iş gəldi - VİDEO
-
Məktəblərdə yeni dərsliklər istifadəyə veriləcək - SİYAHI
-
Əhməd Muxtar həbs olundu - “Meydan” TV işi
-
Kirayə mənzil bazarında vəziyyət necədir? - AÇIQLAMA
-
Muğam qalmaqalına Xalq artisti də qoşuldu: Münsiflər ədalətsizlik edib
-
Azərbaycanda “A-frame“ evlər tikən biznesmen həbs olundu - Dələduzluğa görə
-
Sabirabadda dəhşətli hadisə: oğul 87 yaşlı anasını güllələyib, daha sonra isə...
-
Magistraturaya boş qalan plan yerləri... - Qeydiyyat prosesi uzadıldı
-
Azərbaycanda nə qədər insan teatra gedib? - MDB-də sonuncu yerdəyik
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sığorta şirkətləri 7 ayda 938 milyon manat yığıblar - Tam siyahı
-
İstintaqa cəlb edilən sabiq direktor baş həkim təyin edildi - “Referans“ Klinikasına
-
Azərbaycanda baba və nəvə facivəvi şəkildə ÖLDÜ - 4 də yaralı var
-
Göyüşovun Amerika səfirliyində - Yarım milyonluq yeyintisi...
-
Xankəndi və Şuşaya səfər edən yüzlərlə əcnəbi harada gecələyib? - Şübhəli statistika
-
“Hər şey gizli şəkildə müzakirə olunmalıdır“ - Dmitri Peskov
-
Ata qətlinin təfərrüatı: Ləqəbi “Xata Bala“ imiş, evdə heç kəs olmayıb
-
“Suriyanın ərazi bütövlüyünü qoruması üçün zəruri dəstək veriləcək“ - Türkiyə MN
-
Ramiz Mehdiyevdən 1 milyonluq endirim - Villanın qiymətini aşağı saldı + VİDEO
-
“L.A. Dent” klinikasında həkim olmayanlar necə stomatoloq kimi çalışır? - VİDEO
-
“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişdi - Yeni TƏYİNAT
-
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
-
“Ermənistan və Azərbaycan arasında fikir ayrılıqları var“ - Paşinyan
-
Ağcabədidə baş verən partlayışda yanan şəxs xəstəxanada öldü - FOTO
-
“Qürurlu ata kimi hiss edirəm” - “Braqa”dan “Qarabağ”a təbrik + VİDEO
-
Prezident Maqdalena Qrononu qəbul etdi - FOTOLAR
-
Maqsudovdan 400 min tələb edirlər - Həkim bu qədərinə razıdır
-
Azərbaycanlı qadına Rusiyada 5 il həbs cəzası verildi - Casusluq ittihamı
-
İlham Əliyev Çinə gedir - Qələbə Paradında iştirak edəcək
-
Kiyevə edilən hücuma görə dünyanın reaksiyasını gözləyirik - Zelenski
-
Səbail RİH-in texnikaları satışa çıxarılacaq - Borca görə müsadirə olunub...
-
“Tramp qərarlarının əksəriyyətini təkbaşına qəbul edir” - WSJ
-
Bakıda yanan iri bazarlar - sahibkarlar niyə sığortadan qaçır?
-
“Qarabağ“ tarixi uğura görə nə qədər qazanc əldə etdi? - MƏBLƏĞ
-
Abşeronda bir ev 5 nəfərə satılıb? - VİDEO
-
Leyla və Arzu Əliyevalar Şamaxıda - FOTOLAR
-
Bakıda qadın hoteldə qətlə yetirildi - 16 yaşlı oğlu saxlanıldı
-
Tiktokda başlayan EŞQ: Bakıda evli kişi qadının başına oyun açdı
-
Kiyevə kütləvi hava zərbələri endirilib - həlak olanlar və yaralananlar var
-
Bakıda mənzildə partlayış oldu: Xəsarət alan var - Video
-
Ayan buna görə rəqs dərsləri aldı - VİDEO
-
İlham Əliyev “Qarabağ“ı təbrik etdib - FOTO
-
Bu sinfin bütün məzunları ali məktəblərə qəbul olublar - VİDEO
-
“Almaniya Avropanın militarizasiyasında aparıcı rol oynayacaq“ - Rutte
-
“Qarabağ“ yenə tarix yazdı: ÇL-in qrupundayıq!
-
Minsk qrupunun ləğvinə dair qərar gözlənilir - Tarix açıqlandı
-
Biləsuvarda təklif edilən evdən imtina edən Şuşa sakini məskunlaşdığı mənzildən çıxarılıb - VİDEO
-
“Çin iki ildə İngiltərənin hazırda malik olduğu qədər nüvə başlığı əldə edib“ - Pentaqon
-
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır-İDDİA
-
Bu ərazilərdə binalar söküləcək - ÜNVANLAR
-
ABŞ-də katolik məktəbində atışma - Ölən və yaralananlar var
-
Vətən müharibəsi iştirakçıları DTX-nin “Bilgəh” istirahət mərkəzində oldu - Fotolar
-
Dövlət xətti ilə hansı ölkədə nə qədər tələbə oxuyur? - Siyahı
-
Şanxayda Əliyevlə Putinin görüşü olacaq? - Peskovdan açıqlama
-
Ağdamda iki yaşlı uşaq döyülüb - Atası saxlanıldı
-
Nazirlik “xaricdə onlayn təhsil“ vədləri ilə bağlı açıqlama yaydı: “Diplomlar tanınmayacaq“
-
“Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır“ - Tramp
-
Sənədlərdə 100 yazılsa da, əslində 110 yaşı var - Fotolar
-
Bakıya tələbə axını kirayə mənzil bazarında qiymətləri qaldırıb - ARAŞDIRMA
-
Əhmədova məxsus şirkətlərin rəhbərlərinə də “stop” qoyuldu - Səbəb nədir?
-
Xərçəng yaşı cavanlaşır - Ötən il 393 gəncdə aşkarlanıb
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İxtisas seçimi: kimlər boş qalan yerlərə müraciət edə bilməz?
-
“Sertifikasiyadan keçməyən işçilərin praktik tibb fəaliyyəti ilə məşğul olması yolverilməzdir“ - Nazirlik
-
“Moskva mənfi siqnallar verir, diplomatik addımlar görmür” - Zelenski
-
Azərbaycanda akademiklərin 95%-i pensiya yaşını ötüb - Siyahı
-
Bu yolda sürücülər istiqaməti ayırd edə bilmirlər - VİDEO
-
Suraxanı rayon Bülbülə qəsəbəsində qanunsuz tikinti aparılır? - FOTOLAR
-
Azərbaycanda kino çəkilişi faciə ilə bitdi: Ölən və yaralı var (FOTO)
-
Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı
-
İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - Şikayət
-
Gənclər və İdman Nazirliyindən 1,6 milyonluq müəmmalı tender - Təfərrüat
-
“Bu, Paşinyan ilə mənim razılaşmamız deyil” - İlham Əliyev
-
“Təhlükəsizlik zəmanətləri ilə bağlı liderlər formatında müzakirələrin vaxtı çatıb“ - Zelenski
-
“Fədək Market“in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi
-
Hər 1 manat Yağmurun həyatını xilas edə bilər - Yardımsevər insanlara MÜRACİƏT
-
Bakıdan Ağdama qatar işləyəcək - Bilet qiymətləri açıqlandı
-
Prezidentdən Moskvaya sərt mesaj - “Bizə qarşı təcavüz əlamətlərinə dözməyəcəyik“
-
Yanğın təhlükəsi olan mağaza bağlandı - VİDEO
-
Azərbaycanda avtomobillər kəskin bahalaşa bilər - Bu tarixdən
-
Bu ərazidə çoxmərtəbəli binalar tikiləcək - 36 milyon xərclənəcək
-
Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq - Prezident
-
Ötən gün 48 cinayətin açılması təmin edilib - Nazirlik
-
“İran Prezidenti mənim kimi eyni qanı daşıyır, biz eyni dildə danışırıq“ - Azərbaycan lideri
-
“Nəsiminin məzarının köçürülməsinə ehtiyac yoxdur“ - Millət vəkili
-
“Azərbaycan torpağında bir nəfər də rus əsgəri yoxdur“ - İlham Əliyev
-
“Közüstü Ailəvi Restoran“nından şikayət var - VİDEO
-
Prezident “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib - Fotolar - Video
-
Dağıstandakı zəlzələnin Azərbaycan üçün təhlükəsi var? - Açıqlama
-
Tramp yenə Moskvanı hədələdi - "Rusiya üçün pis olacaq..."
-
Qaradağ rayonunda bu çimərliyə kanalizasiya suları axıdılır - VİDEO
-
Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
-
Laçın şəhəri günü - möhtəşəm Zəfərin mənəvi-siyasi rəmzi və milli qürur mənbəyi
-
Azərbaycan-Türkmənistan dostluğu əməkdaşlığın strateji mərhələsinə daxil olur
-
Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı
-
Kəlbəcərdə qaz borusu partladı – Xəsarət alanlar var
-
Laçındakı quruculuq işləri böyük sürətlə davam edir
-
Laçın həsrətinə tatanilə son qoyuldu
-
“Qərb Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün bizə silah təklif edib” - Tbilisi meri
-
Laçına köç davam edir
-
Mühüm əhəmiyyət kəsb edən yüksək səviyyəli görüş
-
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı + CƏDVƏL
-
“Rusiya sülhməramlılarının bölgədən çıxması sülh prosesinə əlavə təkan verdi“ - Ceyhun Bayramov
-
Gözəllik salonlarında törədilən cinayətlər: Bu prosedurlar qadağan imiş
-
Ali məktəblərə nə qədər boş yer qalıb? - DİM açıqladı
-
Bakının hansı rayonunda daha çox yeni ev istifadəyə verilib? - SİYAHI
-
Məktəb bazarlığı neçəyə başa gəlir? - QİYMƏTLƏR
-
“İŞİD terror təşkilatının qurbanıyam“ - Suriya Prezidenti
-
Tələə krediti ilə bağlı yeni qərar verildi - Ballar düşürüldü
TOP 10
ARXİV