“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bu şəxslərin təqaüdləri artırıldı - Bu gündən...

Tarix 01.09.25, 11:35

Font ölçüsü : - / +
bitmap-img6


Bu gündən doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.

AzFakt.com xəbər verir ki, bununla bağlı iyulun 24-də Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:

doktorantura səviyyəsi üzrə:

- elmlər doktoru hazırlığı üzrə doktorantlara - 450 manat;

- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 300 manat;

ali təhsil müəssisələrində:

magistratura səviyyəsi üzrə:

- akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 240 manat;

- akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 180 manat;

- akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 120 (yüz iyirmi) manat;

bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 200 (iki yüz) manat;

akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 160 (yüz altmış) manat;

akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 110 (yüz on) manat;

orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 110 (yüz on) manat;akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 90 (doxsan) manat;

akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 70 (yetmiş) manat;

peşə təhsili müəssisələrində:

akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələrə - 110 (yüz on) manat;

akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələrə - 90 (doxsan) manat;

akademik göstəriciləri "3"-"5" (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələrə - 70 (yetmiş) manat.



Xəbərin oxunma sayı : 361




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap