Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

“Daşqın əmlak ofisi”nin rəhbəri saxlanıldı - Dələduzluq edib

Tarix 14.05.25, 15:01

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda bir qrup vətəndaşa qarşı “TikTok” platformasında “Daşqın əmlak ofisi” adlı səhifə vasitəsilə kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, tanınmış bloqerlərin reklam etdiyi “Daşqın əmlak ofisi”nin rəhbəri 29 yaşlı Daşqın Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Xətai Rayon Polis İdarəsində dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır. 

Vətəndaşlara vurulan zərərin ödətdirilməsi istintaqın diqqətindədir, polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin “TikTok” reklamlarına inanaraq ev almaq istəyib, lakin dələduzluqla üzləşdiklərini bildiriblər. Onlar “Daşqın əmlak ofisi” adlı şirkətin onların külli miqdarda pulunu mənimsədiklərini iddia ediblər. Həmin şirkətin rəhbəri Daşqın Məmmədov isə sakinlərin şikayətlərinə cavab veriləcəyini və onlardan alınan pulların mərhələli şəkildə geri ödənəcəyini bildirmişdi.



Xəbərin oxunma sayı : 304




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap