Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub

Tarix 14.05.25, 9:28

Font ölçüsü : - / +
bitmap-img6


Ağdam rayonunun Quzanlı qəsəbə sakini məhkəmə tərəfindən cərimə edilib.

Musavat.com xəbər verir ki, 46 yaşlı Xaliq İsmayılov Ağdam Mexaniki Suvarma İdarəsinin vəzifəli şəxsləri barədə dövlət qurumlarına şikayətlər ünvanlayıb.

Xaliq İsmayılov məktublarında İdarənin avtonəqliyyat şöbəsinin rəisi Elşən Orucovu təhqir edərək ona “donuz” deyə müraciət edib.

Bu şikayət məktubu aidiyyəti üzrə İdarəyə də göndərilib. Həmin məktb kollektiv qarşısında oxunub. Elşən Orucov şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldıldığını deyərək xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və X.İsmayılovun cəzalandırılmasını istəyib.

E.Orucov bildirib ki, həmin məktub 400 nəfərlik kollektiv qarşısında oxunub və onun şərəfi alçaldılıb.

Məlum olub ki, Xaliq İsmayılov daha əvvəl adı çəkilən İdarədə işləyirmiş. İşdən çıxarılmasından narazı qalaraq dövlət idarələrinə əvvəlki rəhbərliyi haqda şikayət məktubları yazıb.

X.İsmayılov dindirilən zaman əməlindən peşman olduğunu bildirib. Buna görə də Elşən Orucovdan üzr istəyib.

Məhkəmə Xaliq İsmayılov barəsində 1000 manat cərimə cəzası təyin edib.



Xəbərin oxunma sayı : 277




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap