Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

ABŞ və Rusiya arasında birbaşa münaqişə olacaq - Pentaqon rəsmisi

Tarix 14.05.25, 8:43

Font ölçüsü : - / +
bitmap-img6


Pentaqon Rusiya-Ukrayna münaqişəsinin gərginləşəcəyi təqdirdə ABŞ və Rusiya arasında birbaşa qarşıdurmanı mümkün hesab edir.

"Report"un xəbərinə görə, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində dinləmələrə hazırlanan Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Şimal Komandanlığının rəhbəri, general Qreqori Giyonun yazılı bəyanatında deyilir.

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının rəhbəri postunu da tutan generalın sözlərinə görə, ABŞ ilə onun əsas rəqiblərindən biri arasında birbaşa münaqişə ehtimalı artır. Onun təqdim etdiyi versiyaya görə, Çin, Rusiya, Şimali Koreya və İran ABŞ ilə silahlı münaqişədən qaçmağa çalışsalar da, bu ölkələrin Qərbin tənəzzülünə inanması ABŞ-yə beynəlxalq arenada meydan oxumaq istəyinin artmasına səbəb olur və səhv hesablama riskini artırır.

Giyo iddia edib ki, Rusiya-Ukrayna müharibəsində münaqişənin ABŞ ilə birbaşa hərbi qarşıdurmaya gedə biləcəyi mümkün yollar qalır. Eyni zamanda, Yaxın Şərqdəki vəziyyət İran və onun müvəkkil qüvvələri ilə birbaşa hərbi münaqişə təhlükəsi yaradır.

General qeyd edib ki, Tayvan və Cənubi Çin dənizindəki gərginlik həm də Çin və ABŞ arasında hərbi münaqişəyə çevrilmək üçün daimi təhlükə yaradır. Eyni zamanda, onun qiymətləndirməsinə görə, Koreya yarımadasındakı vəziyyət münaqişənin yenidən başlamasını təhdid edir.



Xəbərin oxunma sayı : 304




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap