| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib” - General məhkəməyə gəldi
Tarix 11.12.25, 11:19 |
|
Generalla kapitanı üz-üzə gətirən “şabalıd işi” üzrə məhkəmə araşdırması gərgin atmosferdə davam edir.
“Qafqazinfo”nun məlumatına görə, cinayət işində zərərçəkmiş qismində tanınan general-mayor Raul Zeynalov dünən Bakı Hərbi Məhkəməsində ifadə verib.
Diqqətçəkən məqam odur ki, kapitan Ayaz Bayramov tərəfindən təxminən 1 milyon manatının ələ keçirildiyini iddia edən generalı ən çox narahat edən məsələ mediada adının hallanmasıdır. Buna görə də o, ifadə verməzdən əvvəl əməkdaşımızın prosesdə iştirakına etiraz edib, əsassız arqumentlər irəli sürərək iclasın qapalı keçirilməsini istəyib. Digər zərərçəkmişlər bu məsələdə generalı dəstəkləsələr də, müdafiə tərəfi prosesin qapalı keçirilməsi ilə razılaşmayıb.
Hətta təqsirləndirilən kapitan belə olacağı halda ifadə verməkdən imtina edəcəyini deyib: “Niyə qapalı proses istəyirlər? Oyunlarının üstü açılır ona görə?! Öz mənafelərini qoruyurlar. Günahkaramsa, hamı günahkar, təqsirkaramsa, hamı təqsirkar kimi tanısın. Əks halda, mən heç nə danışmayacağam”.
Məhkəməyə sədrlik edən hakim Zaur Hacıyev tərəfləri dinlədikdən sonra prosesin qapalı keçirilməsi üçün heç bir hüquqi əsas olmadığını elan edib. Bunun ardınca Raul Zeynalov ifadə vermək üçün kürsüyə çağırılıb.
Fotoda: Raul Zeynalov

General deyib ki, Ayazı Fövqəladə Hallar Nazirliyində idarə rəisinin müavini təyin edildikdən sonra tanıyıb. Ayaz idarənin nümunəvi zabiti olub, əsas da bu cəhətinə görə ondan xoşu gəlib. Sonradan isə onlar birlikdə iş qurmağa razılaşıblar: “Məni inandırdı ki, şabalıd ticarətində çox yaxşı pul var. Ona maddi dəstək olsam, böyük pullar qazanacağıq. Deyirdi ki, qızıl neft deyil, şabalıddır. Nəsə bunun sözləri məni şirnikləndirdi. İşə başlaması üçün ilk dəfə 13 min, bir neçə gün sonra da 80 min manat verdim. Açığı əvvəllər dediyini elədi. Etiraf edirəm ki, mənə “paçka”larla pul verib.
Hətta qohumlarıma da bu işdən danışdım, dedim gəlin, siz də qoşulun. Ələsgər Məhərrəmov var, əvvəllər vergidə işləyib. Söhbət zamanı dedim ki, şabalıd işinə baxırıq, monopolistik. Bundan sonra o da bu işə qoşulmaq üçün Ayaza 30 min dollar verdi. Hazırda da zərərçəkmişlərdən biridir, hələ də pulunu ala bilməyib.

Bir müddət sonra Ayaz gəldi ki, bəs bir nəfər şabalıd xammal istəyir. Amma istədiyi qədər məhsulu gətirə bilməsi üçün 339 min manat lazımdır. Məni inandırdı ki, bu, çox yaxşı fürsətdir, qat-qat çox qazanacağıq. Bayaq dediyim kimi, elə danışırdı ki, adamı lap şirnikləndirirdi. Buna görə də həmin pulu ona verdim. Bundan əlavə, sonu eyni rəqəmlə bitən “BMW”, “Lexus”, “Kia” markalı avtomobillərimi satması üçün baş etibarnamə ilə adına keçirdim. Axırı da gəldi belə oldu, bir ara ölkədən də qaçdı. Bu adamın bir sözü var idi, iki-üç aydan bir deyirdi ki, yağışa düşdük, şabalıd batdı”.
General prokurorluğa etdiyi şikayətdə Ayaz Bayramovun onun 984 min manatını ələ keçirdiyini yazıb. Amma məhkəmədə məbləğlə bağlı ifadəsini dəyişib. Sonradan yadına salıb ki, Ayaz 984 min manatın 256 minini ona qaytarıbmış: “Elə olurdu ki, Ayaza deyirdim filan toya 500 manat yazdır. Və ya kiməsə filan qədər pul göndər. Bundan əlavə, mən klinikada olanda müəyyən qədər pul verib. Mən hesablamışam, bütün bunlar da 256 min 370 manat edib. Yəni indi mənə 728 min manat verəcəyi var”.

Zeynalov prokurorun sualına cavabında bildirib ki, Ayazın dediyinə görə, Bakıda şabalıd biznesinə hakim olmaq üçün 3 milyon, Gəncə bazarına da nəzarəti ələ almaq istəsə, əlavə 1 milyon 500 min manat lazım imiş.
Ayaz Bayramov isə generalın yalan danışdığını, ondan aldığı pulları artıqlaması ilə qaytardığını söyləyib. Prosesin davamında hakim ifadə vermək üçün ona söz verib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Raul Zeynalov özü bizneslə məşğul olmaqda maraqlı olub. Daha əvvəl də qoyun alveri ilə məşğul olub. Dediyinə görə, bu barədə general özü ona danışıb. Bir ara Gürcüstandan qoyun gətirib satdıqlarını, lakin sonradan alveri alındıra bilmədiklərini deyib.

“Amma mənimlə işləməyə başlayandan sonra ona yaxşı pul qazandırdım. Gecəmi-gündüzümə qatıb işləmişəm. Raul mənim əziyyətimdən ortaya çıxan pullarla özünə 109 min manata maşın alıb. Nə qədər pul veribsə, hamısını artıqlaması ilə qaytarmışam. İndi gəlib burda boş-boş danışırlar”, - təqsirləndirilən kapitan əlavə edib.
İş vaxtı başa çatdığından təqsirləndirilən şəxs ifadəsini bitirə bilməyib. Proses gələn həftənin eyni günündə qaldığı yerdən davam edəcək. Hakim Zaur Hacıyev Raul Zeynalova həmin gün də prosesdə iştirak etməli olduğunu xatırladıb.
Qeyd edək ki, cinayət işi üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb. Dəymiş ziyanın ümumi məbləği 2 milyon 800 min manatdır.
Xəbərin oxunma sayı : 907
Hadisə
Xəbərlər
-
Bu il Azərbaycana 10 ölkədən 2,7 min ton tualet kağızı idxal edilib - Siyahı
-
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
-
Məktəb direktorunun işə bərpa tələbi rədd edildi: Ali Məhkəmənin qərarı
-
“Gürcüstan Aİ-nin böhranına baxmayaraq, Avropanın bir hissəsi olmaq istəyir“ - Kavelaşvili
-
Zelenski danışıqlar barədə: “Bu artıq kompromisdir”
-
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib - XƏBƏRDARLIQ
-
“P-Aqro” MMC onlarla fermerin pambığını alıb, pulunu vermir - Vətəndaşlardan şikayət
-
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq - Xəbərdarlıq
-
“Zelenski Krımı milyon faiz qaytara bilməyəcək“ - Putinin köməkçisi
-
Azərbaycanda ən yüksək və ən aşağı əməkhaqqı hansı sahələrdə verilir? – Siyahı
-
Qusarda ağır qəza: İki nəfər öldü, dörd nəfər yaralandı
-
Eyni mənzil bir neçə nəfərə satılıb? - Vətəndaşlar ayağa qalxdılar
-
“Mən kreslodan yapışmıram, təhlükəsizlik zəmanətləri şərti ilə seçkilərə hazırıq” - Volodimir Zelenski
-
Hesabat verən müəssisələr qarşısına yeni tələb qoyulub - QƏRAR
-
Bakının mərkəzində təhlükə: Torpaq sürüşməsi riski (VİDEO)
-
Xəstələrlə təmasda olanlar da vərəmə yoluxa bilərlər? - VİDEO
-
“Azercell” bu xidmətləri də bahalaşdırır - DETALLAR
-
Ukrayna Silahlı Qüvvələri rusların müdafiəsini yarıb - Kupyanskıda təmizləmə əməliyyatları aparır
-
Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
-
“Azərbaycan Kitab Mükafatı“ təsis ediləcək: Müsabiqə ədalətli keçiriləcək?
-
“İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar” - VİDEO
-
Bəzi ərazilərdə leysan olacaq, qar yağacaq - Sabahın havası
-
Paytaxt restoranlarında Yeni il qiymətləri - VİDEO
-
Sumqayıtda böyük söküntü başlayır - VİDEO
-
Nəsimi rayonunda “qanunsuz artırma” - İcazəni kim verib?
-
Bu rayonlarda qar yağır - FAKTİKİ HAVA
-
Macarıstanda Orban əleyhinə kütləvi etiraz - uşaq zorakılığı qalmaqalı ölkəni silkələdi
-
“Watsapp“da qohumunun adı ilə 550 manatını mənimsədilər - VİDEO
-
Baba Rzayev 57.2 milyonluq layihələri tendersiz həyata keçirir - İşin birini 10 manatlıq şirkət görəcək
-
Sudanda BMT obyektinə zərbə endirildi: Altı nəfər həlak oldu
-
Argentina dünya çempionatından kənarlaşdırıla bilər - Korrupsiya qalmaqalına görə
-
Bakıda kanalizasiya suları vətəndaşın həyətinə axır - VİDEO
-
Son günlərin dələduzluğu - “Linkə daxil ol 850 manat qazan” VİDEO
-
“Almaniyanı “sıfırdan yeniləmək” lazımdır“ - Fridrix Merz
-
Xətai rayonunda iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
-
Suriyada ABŞ hərbçilərinin qətlinə görə İŞİD-i ciddi qisas gözləyir - TRAMP
-
Əmək haqqının verilmə qaydasında dəyişiklik - VİDEO
-
Taksi sürücüsü həbs edildi: Hava limanından müştəri götürübmüş
-
Ərdoğan Putinlə görüşündən danışdı: “Dedi ki, sözümə əməl edəcəyəm“
-
“Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib“- Dövlət İmtahan Mərkəzi
-
İndoneziyada sel daşqanları - Ölənlərin sayı 1000-i keçdi
-
Qızıl külçələri telefonda gizlədib ölkəyə keçirmək istədi - VİDEO
-
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalında azalma qeydə alınıb - STATİSTİKA
-
“Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil“ - Ərdoğan
-
Tayland-Kamboca sərhədində döyüşlər yenidən qızışıb - “Reuters“
-
Əczaçılıq məhsullarının istehsalı iki dəfə artıb, spirt və gübrə istehsalı isə azalıb - STASTİKA
-
Bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq - Gələn ildən
-
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Elçin Əmirbəyov Polşada görüşlər keçirib - FOTO
-
Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxs saxlanıldı - VİDEO
-
Azərbaycanlı kapitan Ukraynada öldü... - Vətən müharibəsindən sağ qayıtmışdı
-
“16-cı NATO günləri” - kontr-admiral Azərbaycana gəldi
-
Cari ildə ölkədə 544 min ton ət istehsal olunub - STATİSTİKA
-
Azərbaycan qazı və Slovakiya texnologiyası: Yeni tərəfdaşlığın formulu
-
Yas mərasimlərində yeni TREND: Dəfnetmədə vağzalı səsləndirmək dində necə qarşılanır?
-
General Müdafiə Nazirliyində yüksək vəzifəyə - Təyin olundu
-
Bakıda 44 yaşlı kişinin qətlinin təfərrüatı - VİDEO
-
Salaha Səudiyyə Ərəbistanından təklif - Həftəlik 2,8 milyon
-
Xırdalanda güclü yanğın: İki nəfər xəsarət alıb, 20 sakin təxliyə edilib
-
Direktorla mübahisədən sonra işçi özünə xəsarət yetirdi - Kollecdə qalmaqal
-
“Təkər aləmi“ kimi tanınan bazar sökülür - VİDEO
-
“Rusiya - Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var“ - Tramp
-
Astarada sərxoş kişi arvadını döydü - Odun parçası ilə
-
Gözlənilən arxiv açıldı - Fotolarda Tramp da var
-
Bu gündən hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ
-
“Aygün Kazımova ilə illəri boşuna itirmişik” - Röya Ayxan
-
İbtidai sinif test toplusuna daxil edilmiş suallardan narazılıq - VİDEO
-
Deputat mandatı ləğv edilən Abbasov haqda şok: “Qadının evinə girib…”
-
Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?
-
Azərbaycanda əməkhaqqı ayda iki dəfə veriləcək - Yeni qanun
-
“Bəzən göndərməyə pulum olmayıb, nəvaziş görməyib” - Nərimanın atası
-
Zal Yusifovun oğlunun İŞİ: qarşı tərəfin iddiası təmin olunmadı
-
Sabiq nazirin əsl soyadı açıqlandı - Arxivdən TAPILDI + FOTOLAR
-
Aqibət Məmmədovun şirkəti daha tender qazandı - 1,5 milyonluq
-
Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib - Fotolar
-
“Türkiyə danışıqlara ev sahibliyi edə bilər...“ - Ərdoğan
-
Naxçıvanda yas mərasimində 20-dən çox şəxs zəhərləndi - Dəm qazından
-
Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavabları belə ötürürmüş
-
Borcunu qaytarmayan şəxslər nə qədər cərimə olunur? - CAVAB
-
Təhsil Nazirliyi bu şirkətə 195 min ödəyəcək - Tender keçirilməyib
-
Həftəsonu Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Şamaxıda film kimi oğurluq: “İmperial“ın sahibinin 49 minlik qızılını apardılar
-
Azərbaycan futboluna mərc oyunlarının təsiri:hansı oyunlar qumara qoyulub?
-
Temperatur 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Sürücülər ən çox hansı sığorta şirkətindən şikayət edirlər? - SIYAHI
-
ABŞ ekvadorlu cinayətkar haqqında məlumat üçün beş milyon dollar ödəyəcək - FOTO
-
“Hədəfimiz Cənubi Qafqazda sülhün möhkəmləndirilməsidir“ - Ermənistan Prezidenti
-
Şahin Şıxlınskiyə yekun ittiham elan olunub - İşi aparan və ifadə verənlər ermənilərdir
-
Azərbaycanda 2.8 tondan çox qızıl istehsal edilib - STASTİKA
-
“Körpü Bina Tikinti” MMC Dərnəgüldə bu ağacları məhv etdi - FOTO
-
Beyləqanda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
-
Messi Hindistanda 21 metrlik heykəlinin açılışında iştirak edəcək - FOTO
-
Nikah, boşanma, ölüm və doğuş sayı - 10 ayın statistikası
-
DTX əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıblar - FOTO/VİDEO
-
Töhmət alan Rafael Hüseynov istefa verir? - AÇIQLAMA
-
Leysan olacaq, qar yağacaq - Sabahın havası
-
Azərbaycan əhalisinin gəlirləri 8 % artıb - RƏSMİ
-
Mehdiyevlərin bankı ən çox şikayət olunandır - Siyahı açıqlandı
-
Britaniya kral ailəsində qalmaqal: Şahzadə Uilyamın əmisi ondan qisas almağa çalışır?
-
“Azərişıq“ Xocavənd rayonunun elektrik şəbəkəsini yeniləyir - VİDEO
-
Mehdiyevlə bağlı daha bir qərar verildi - Həbibbəyli açıqladı
-
Sumqayıtda məktəbin qarşısında acınacaqlı vəziyyət: Yol keçilməz olub
-
DİN-in şəxsi heyəti Ulu Öndərin xatirəsini yad etdi - VİDEO
-
ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər - “Reuters“
-
Yanğın baş verən binanın sakinlərinə kompensasiya verilib? - VİDEO
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
-
Vüqar Qurbanov direktor müavinini işdən çıxardı - Yeni təyinat
-
“ABŞ İrana yenidən zərbələr endirə bilər“ - Donald Tramp
-
İncəsənət Gimnaziyasından şikayət - “Musiqini onlayn keçmək olar?“
-
Saat 10:00-dan iri rayonlarda qaz olmayacaq - Xətdə sızma
-
DTX Heydər Əliyevin anım günü ilə əlaqədar video paylaşdı - VİDEO
-
“İsrail bu məsələdə təkbaşına söz sahibi deyil“ - Fidan
-
Səbailin bitmək bilməyən yol problemi: Sakinlərin şikayətinə niyə baxılmır?
-
Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib - FOTO
-
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi - FOTO
-
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
-
Ölkədən qaçan gömrük əməkdaşı xalq şairinin oğlu imiş - FOTO
-
Xəstəliyə görə bağlanan Bərdə heyvan bazarı açılır - VİDEO
-
Bakıda ata qətlə yetirildi - 19 yaşlı oğlu saxlanıldı
TOP 10
ARXİV






