![]() |
|














“Karyeramda bu qədər uduzmamışdım” - Fernandu Santuş
Tarix 26.03.25, 9:18 |
|

Xəbər verdiyimiz kimi, Azərbaycan millisi ötən gün yoldaşlıq görüşündə Belarusla qarşılaşıb. Görüşdən millimiz 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
Matçdan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandırıb:
“İlk hissədə hər iki komandanın intensiv oyunun gördük. Balanslı oyun keçdi. İlk 10-15 dəqiqə oyunçularım daha çox arxaya meyilli oynayırdılar, onlara başa saldıq ki, irəli çıxmaq lazımdır, futbol oynamaq lazımdır. Ondan sonra yavaş-yavaş hücumlar qurmağa başladılar. İkinci hissə oyuna yaxşı başladıq. Xəyal Əliyev mükəmməl oynayırdı. Müdafiədə və hücumda çox işləməli olurdu. Toral Bayramovun da zərbəsi oldu. İkinci hissəyə yaxşı başladıq. Renat Dadaşovu meydana buraxdım ki, fiziki cəhətdən yaxşıdır, topu ona verərək tez itirməyək. Şahin Şahniyarovun oyununu da vurğulayardım, yaxşı oynadı. İlk oyunu idi. 55-ci dəqiqədən sonra çətinlik çəkdiyini hiss etdik və onu dəyişdik. Təəssüflər olsun ki, asan qollar buraxdıq. Bu da futbolun bir hissəsidir. Bu cür şeylərə görə çox üzülürük. Rəqib 1:0 irəli keçdikdən sonra ruhdan düşmədik. Çalışırdıq ki, bərabərlik qolunu vuraq. Hiss edirdim ki, qol vura bilər. Buna görə üçlü müdafiə sisteminə keçdik. İrəli iki hücumçu ilə oynayırdıq. Cinahlardan da asmalar edirdik. Amma ikinci qolu buraxdıq. Yüksək səviyyəli rəqabətdə, mübarizədə belə bəsit qollar buraxmaq olmaz. Komandam yaxşı çıxış etdi. Pozitiv cəhətlər çox oldu. Bu gün oynayanların hər biri milli səviyyəsində oynamağa bacarığı olduğunu göstərdi. Nəticə neqativ oldu, istədiyimizi əldə edə bilmədik”.
- Yekunda yenə uduzdunuz. Azərbaycan millisində özünüz üçün təyin etdiyiniz məğlubiyyət limiti var? Bu nə vaxt tükənəcək?
- Biz hər şeyi edirik ki, uduzmayaq. Oyunçularım əlindən gələni etdilər ki, uduzmasınlar. Hamısı üzgündürlər. İşimizə davam etməliyik. Bu gün oyunçular yaxşı çıxış etdi. Öz üzərimizdə işləməliyik ki, nəticə də gəlsin.
- Zamiq Əliyev İsveçlə görüşdə də Belarusla görüşdəki kimi səhv etmişdi. Üçüncü matçda ona start heyətində şans verərsiz?
- Unutmayaq ki, Zamiqin 20 yaşı var. Bu gənclər hamısı davamlı oynamalıdırlar ki, özlərinə inam yaransın. Belə olanları dərhal itirə bilmərik.
- Cinah müdafiəçisi kimi stoperləri oynatdınız. Sizə görə Azərbaycanda cinah müdafiəçisi yoxdur? Niyə Qismət Alıyevi cəlb etməmisiz milliyə?
- Qismət Alıyev milliyə cəlb olunub. Mən oyunlara baxıram, Amin Seydiyev, Mert Çelikin oyununu daha çox bəyəndim. Üç gün əvvəl deyirdiz,o oyunçu niyə oynamır, indi başqası niyə oynamır?
- Portuqaliya Futbol Federasiyasının rəhbərliyi 8 oyundan 7-də uduzan əcnəbi məşqçini saxlayar, yoxsa yox?
- Milli komanda ilə 109 oyun keçirmişəm. Onun 20-də uduzmuşuq. Portuqaliya və Azərbyacan millisini müqayisə edə bilməzsiniz. Portuqaliyada 2 oyun uduzanda göndərirlər. Mən heç vaxt ardıcıl 2 oyunda uduzmamışam. Avropa çempionu və Millətlər Liqasının qalibi olmuşam. Yunanıstanda da ardıcıl 2 oyun uduzmamışam. Bu sualı federasiyaya vermək lazımdır, mənə yox.
- Azərbaycan millisində 8 oyunun 7-də uduzmusuz. Millinin passivində bu rəqəmlər neçəyə qalxmalıdır ki, anlayasız ki, Azərbaycanda sadəcə dəyərli vaxtınızı itirirsiz?
- Bu sual mənə aid deyil. Mənim müqaviləm var. Baş məşqçinin işi odur ki, oyunçuların potensialına baxsın, hazırlasın. Bu gün bir addım önə atdıq. Çoxlu gənclər oynadı. Bu da irəliyə atılmış addımdır. Bu işə köklənmişik.
- Futbol ictimaiyyəti və azarkeşlər bu məğlubiyyətlərə görə əsəbidir. Buna görə üzr istəmək istəyirsiz ki, azarkeşlər sakitləşsin?
- Üzr istəmək başqa bir şeydir. Əlbəttə ki, azarkeşlərin istəklərini qarşılamalıyıq, onları sevindirməliyik. Onlarla eyni hissləri keçiririk. Bu nəticələrə görə üzülürük. Heç kim hazırkı duruma görə sevinmir, nə mən, nə oyunçular. Əlimizdən gələni etməliyik ki, bu vəziyyəti yaxşıya doğru dəyişək. Kifayət qədər də gücümüz var ki, işimizi davam etdirək. Gün gələcək ki, azərbaycanlı azarkeşlər, futbol ictimaiyyəti də nəticələrə sevinəcək. Düşündüyümdən çox çəkəcək. Amma mən dərk edirəm ki, asan bir şey deyil. Bu haqda söhbətlər edəndə də vurğulamışam ki, asan bir şey deyil. Rəhbərliklə də danışanda 3 il+1 il müqavilə razılaşdırmışıq. Bundan öncə də hamısını başa salmışam. Əgər bura bir illik ya 2 illik olsaydı təklif, gəlməzdim. Gəlməyəcəkdim. Çünki bilirəm ki, asan proses deyil. Azərbaycan gözəldir, Bakı mükəmməldir, hər şey top səviyyədədir. Bu haqda danışmırıq. Məsələ odur ki, əgər danışıqlarda bu cür şərt olmasaydı, 3+1-i nəzərdə tuturam, onda bura gəlməyəcəkdim. Dəfələrlə demişəm. Bəlkə də hamıdan çox üzgünəm. Karyeram boyu bu qədər uduzmamışdım. Öz işimə inanıram, oyunçuların potensialına da inanıram. İstədiyimiz nəticələri əldə edə bilərik.
- Bu matçlar göstərdi ki, Haiti və Belarusla eyni səviyyədədir. Rusiya Zambiya və Bruney millilərlə qarşılaşır, böyük hesablarla qələbə qazanır. Qələbə ruhunu qaytarmaq üçün belə rəqiblərlə qarşılaşmaq istəyərsiz?
- Əgər inkişaf etmək istəyiriksə, daha güclü rəqiblərə qarşı oynamaq lazımdır. Sual yaxşı sualdır. Qələbə qazanmaq üçün ən aşağı səviyyə millilərlə razılaşıb, oynayarıq. Hamı bu nəticələrə sevinər. Daha güclü rəqiblərlə oynayacağıq ki, inkişaf edək.
Xəbərin oxunma sayı : 910
İdman
Xəbərlər
-
“Səhnə mənim məbədimdir“ - Aybəniz Haşımova/b>
-
Dünya çempionatına vəsiqə qazandı, amma oynamaya bilər – İranı nə gözləyir?
-
Bakıda həbsdən çıxmış şəxs viski oğurladı - yenidən saxlanıldı
-
Ukrayna ABŞ-nin hərbi yardımını borc kimi tanımayacaq - Zelenski
-
Dağıdılan evin sakinlərinin aqibəti necə olacaq? - VİDEO
-
Bank kartlarınız cinayət işlərində istifadə oluna bilər - VİDEO
-
“Ana müxalifət artıq Qərbə yalvarır“ - Ərdoğan
-
Kredit faizlərinin ən yüksək olduğu rayonlar - SİYAHI
-
“Minsk Qrupunun artıq heç bir rolu qalmayıb” - Metyu Brayza
-
Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtı
-
“ Avropa İttifaqı ABŞ-la tarif danışıqları üçün güzəştlərin siyahısını hazırlayır“ - Bloomberg
-
“İsrailin Beyruta endirdiyi zərbələr atəşkəsi pozur“ - Makron
-
Quzu ətindən baha olan quzuqarnı: “Qiyməti 60 manatdır“VİDEO
-
Azərbaycanda şok hadisə: Kişi 11 yaşlı qardaşı qızını zorlayıb
-
“Yeni Klinika“nın direktoru həkimlərə “şərəfsiz“ dedi, sərt cavablar aldı - “Səhiyyə makleri”
-
Saç boyaları sonsuzluğa səbəb olur? - VİDEO
-
Aİ-nin “müşahidə missiyası” binoklla ərazilərimizə baxdı - VİDEO
-
Uşağını itələyən şəxsə görə toya dava saldı - “Dan ulduzu”nda hadisə
-
Nizaminin icra başçısından “bayram fürsəti” - Məktəb ərazisindəki qanunsuz tikinti nədən “görməzliyə vurulur”?
-
Ayaqqabı sexinin işçisi, menecer və... - KTN-də bu şəxslərə yüksək vəzifələr verildi
-
Evində su qızdırıcısı partlamışdı - 13 gün sonra öldü
-
“Melissa Group”un daha bir özbaşınalığı üzə çıxdı - VİDEO
-
Vurğun evlənmək adı ilə tanış olduğu xanımı aldatdı - Özünü “Akınsoy” kimi təqdim edib
-
Azərbaycan “Avroviziya“da nə vaxt çıxış edəcək? - SİYAHI
-
Prezident Azərbaycan xalqını təbrik etdi
-
Dəhşətli zəlzələdə turistlər belə xilas edildi - VIDEO
-
Təkcə eşşəklərin sayı azalmayıb - İqtisadçı ekspert
-
Azərbaycan Suriyada kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edib - Fotolar
-
Sənədsiz evlər probleminin həlli niyə gecikir? - Açıqlama
-
“Ər-Riyaddakı danışıqlar o qədər də səmərəli olmayıb“ - Karasin
-
Dövlətə xəyanətdə təqsirləndirilən Rəsulovlara hökm oxundu - 15 il
-
“Azərbaycanda dövlət maliyyələşdirməsi dayanıqlılığını qoruyur“ - ING
-
“Fərhad Əhmədov mənə bir milyon dollar bağışlayıb“ - Hacı Qalib
-
“Trampın məktubunda təhdidlər var” - İran XİN
-
Bakıda 19, rayonlarda 24 dərəcə isti olacaq - Sabahın havası
-
Evi başına uçurdulan vətəndaş şirkətdən 2 milyon manat istəyib? - Açıqlama
-
Ərdoğanla Putin telefonda danışdı - Suriyə və Ukrayna məsələləri müzakirə edilib
-
Bayram namazının vaxtı açıqlandı - 30 mart
-
Azərbaycan üçün 173 milyon dollarlıq layihə - Dünya Bankı təsdiqlədi
-
Rusiya ilə yüksəksəviyyəli danışıqlar üçün hələ tezdir - Marko Rubio
-
“Melissa Group”un səhifəsi bağlandı – Şirkətdən açıqlama
-
Azərbaycanda daha 2 min eşşək “yoxa çıxdı“ - Rayonlar üzrə rəqəmlər
-
Qiymət və keyfiyyət baxımından ən yaxşı avtomobillər - Siyahı
-
Rusiya NATO-nun Arktikadakı hərbi fəaliyyətinə reaksiya verəcək - Putin
-
Alatavada dağıdılan evin sakini: “Ağrılarımız çoxdur, ancaq ədalətə inanırıq“
-
İş saatı artırılacaq, yalnız elektrikli avtobuslar işləyəcək - Naxçıvanda yenilik
-
“O ünsürlər buna layiq deyillər” - Prezident
-
Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edir - FOTOLAR
-
Yasamalda zibil qutularının yerində obyekt tikilir - İcra hakimiyyəti isə qanunsuz tikintini “görmür”
-
Fırıldaqçıların yeni oyunu: “Bank kartını icarəyə ver, 5000 manat qazan“
-
Tramp səmimi şəkildə Ukraynadakı münaqişəyə son qoymaq istəyir - Putin
-
Yeniyetmə qız bıçaqlandı - Şübhəli atasıdır
-
“Melissa Group” şirkətinin sahibi saxlanıldı - DİN təsdiq etdi
-
Abşeron rayonunda əmlak bazarında canlanma yarandı - VİDEO
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
İngiltərədə ən çox maaş alan məşqçi kimdir? - SİYAHI
-
Bakıda evi dağıdan tikinti şirkətinin nümayəndəsi açıqlama verdi - VİDEO
-
Sabunçu rayonunda göl daşıb, həyətləri su basıb - VİDEO
-
Fitrə zəkatını kimlər və nə qədər VERMƏLİDİR...
-
Bakıda dairə ləğv edilir, məşhur restoran sökülür - VİDEO
-
Qaqauziyanın rəhbəri Putindən dəstək istəyib - Saxlanılmasına görə
-
Vətəndaşın evini başına uçuran "Melissa"nın sahibi Qalib Məmmədov kimdir? - DOSYE
-
Rusiya ilə danışıqlar masasında Avropanı Britaniya və Fransa təmsil edəcək - Zelenski
-
Prezident Ağdam səfərindən paylaşım etdi - VİDEO
-
Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR
-
Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı
-
Pensiyalarla bağlı mühüm açıqlama: Son 6 ildə 900 min...
-
“ABŞ-a bütün qapılar bağlanmayıb“ - Xameneinin müşaviri
-
Laçının özünəməxsus bitkisi: “Sağlamlıq, mədə-bağırsaq üçün faydalıdır, vitaminlərlə zəngindir“
-
Biləsuvarda film kimi cinayət - İki qadın, iki quzu...
-
Azərbaycanda fantastik qiymətə avtomobil satılır - FOTOLAR
-
Yasamal rayonunda ağacları “Avant Group” kəsibmiş - VİDEO
-
Bakıda sahibsiz itlər iki nəfəri dişlədi - VİDEO
-
Hamı evini satıb bu əraziyə köçür - Mənzillər su qiymətinə satılır
-
Goranboyda həkimin başına açılan sensasion oyun: “Xəstən ölüb” deyib 20 min alıblar
-
“Rusiya Sumı və Xarkov üzərinə yeni hücuma hazırlaşır“ - Zelenski
-
“Ermənilərin həyata keçirdikləri kütləvi qırğınların tarixi işğal dövrü ilə məhdudlaşmır“ - Adəm İsmayıl
-
Yasamalda evi uçurdulan qadın danışdı - VİDEO
-
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
“Bax, biz belə şəhər qururuq!” - Prezident
-
İçkili halda metroya girdi, söyüş söydü - Məhkəmə qərarı
-
Tikinti şirkətinin iki əməkdaşı saxlanıldı - Cinayət işi açıldı
-
Xaçmazda yataqxanada yanğın - Sakinlər təxliyə edildi
-
Prezident və birinci xanım Şuşada - FOTOLAR
-
“Qarabağ” təsdiqlədi - Nərimana təklif gəlib
-
Yasamalda vətəndaşın evi qanunsuz olaraq sökülüb - RƏSMİ
-
Ağdamın Kəngərli və Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub - Prezident
-
Agentliyin sədrinə yeni müavin təyin edildi - FOTO
-
Broyler toyuqları sağalmaz xəstəliyə, sonsuzluğa, cinsi zəifliyə səbəb olur? - VİDEO
-
Tikinti şirkəti sakinlər evdə ola-ola evi dağıtdı - Anbaan video
-
Prezident və birinci xanım Ağdamda - FOTOLAR
-
Qaqauzların rəhbəri Ərdoğandan kömək istədi - “Dəstəyinizə arxalanırıq“
-
Emin Əmrullayev xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşdü - FOTO
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası
-
Arvadını asmaqda şübhəli bilinən şəxs həbs edildi - FOTO
-
“Ermənistan Aİİ və Aİ arasında seçim etməli olacaq“ - Overçuk
-
Mirvari Qəhrəmanlı da prokurorluğa çağırıldı - “QHT İşi”
-
“Atəşkəsə razılaşdıq ki, Putinin sülh istəmədiyini göstərək” - Zelenski
-
Beyləqanın mərkəzi yollarının təmiri davam edir - Fotolar
-
Ərəblər bu ulduza görə hərəkətə keçdi: İllik 100 milyon maaş
-
Türkiyədə hoteldə güclü yanğın - Ölənlər var
-
Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərci artırıb - 8 %-dən çox
-
Kəsəmənli ailəsində qalmaqal - “Kartları açıq oynasaq...”
-
Ərdoğanı təhqir edən “Türkiyə gözəli” saxlanıldı - FOTO
-
Yerdə maqnit qasırğası başlayıb - Xəbərdarlıq
-
“Sülh sadəcə sözlərlə yox, əməllərlə qurulur” - Elçin Əmirbəyov
-
“Putin tezliklə öləcək və hər şey bitəcək” - Zelenski
-
Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul saxlanıldı - 72 saatlıq
-
Sürücülərin nəzərinə: bu yolda cərimələnə bilərsiniz (VİDEO)
-
Xəzər dənizində suyun çəkilməsi daha da aktivləşdi - VİDEO
-
“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO
-
Premyer Liqa hakimlərinin fantastik qazancı - Maaşları açıqlandı
-
Ramazanın 27-ci günün duası - İmsak və iftar vaxtı
-
Avropa artıq Ukraynaya sülhməramlı göndərmək fikrindən yayınıb - “Reuters“
-
13-cü dəfə həbs edildi - Bu dəfə bankomat qarşısında insanları aldadıb
-
“ABŞ beynəlxalq təhlükəsizliyi təmin etmək üçün Qrenlandiyaya ehtiyac duyur“ - Tramp
-
““TikTok”dan uzaqlaşmağımın səbəbi kişi deyil” - PərvinVİDEO
-
Naxçıvanda 48 dönərxanada monitorinqlər keçirildi:Nöqsanlar aşkarlandı
-
Ana ona 8 bıçaq vuran oğlunu bağışladı - “Keçmiş ərim və qayınatam edib”
-
Hacı Qalib 35-ci dəfə Həccə getdi - “Nəhayət, 35 oldu“
TOP 10
ARXİV