Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Messini geri qaytarmaq istəyirdik, amma...“ - Joan Laporta

Tarix 24.02.26, 23:49

Font ölçüsü : - / +
bitmap-img6


"Barselona"nın prezidenti Joan Laporta Lionel Messi ilə bağlı mühüm açıqlamalar verib.

QOL.az xəbər verir ki, "Mundo Deportivo" nəşrinin məlumatına görə, Laporta argentinalı ulduzun 2023-cü ildəki mümkün qayıdışı və ona ucaldılacaq abidə ilə bağlı planlarını bölüşüb.

Klub rəhbəri bildirib ki, 2023-cü ildə Messi PSJ-dən ayrıldıqdan sonra onu yenidən Kataloniya klubuna gətirməyə çalışıblar. Lakin forvardın "İnter Mayami"yə keçmək qərarına hörmətlə yanaşdıqlarını qeyd edən Laporta həmin vaxt Messinin komandada qalmaq istədiyinə əmin olduğunu, lakin klubun kritik maliyyə vəziyyətinin buna imkan vermədiyini etiraf edib.

Prezident Messinin "Barselona" tarixindəki müstəsna yerini vurğulayaraq onun üçün Laslo Kubala və Yohan Kroyffun abidələrinin yanında xüsusi bir heykəl ucaltmaq niyyətində olduqlarını deyib. O, həmçinin əlavə edib ki, əfsanəvi oyunçu yenilənmiş "Kamp Nou"da möhtəşəm vida matçına layiqdir.

Laporta bəzi dövrlərdə münasibətlərin gərginləşdiyini gizlətməsə də, Messi üçün hər zaman qapıların açıq olduğunu xüsusi vurğulayıb.



Xəbərin oxunma sayı : 1666




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap