Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Çoxuşaqlı analar və pensiya yaşı ilə bağlı VACİB XƏBƏR

Tarix 05.05.22, 23:42

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisin bugünki  iclasında Deputat Əli Məsimli Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı iki vacib təkiflə çıxış edib.

O, bildirdi ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərdə 5 və daha çox uşaq dünyaya gətirib böyüdən qadınlar, eyni zamanda 5 və daha çox uşağı qəyyumluğa götürən atalar, yaxud 5 və daha artıq uşağı, ana vəfat edərsə, yaxud boşanarsa, saxlayan atalar güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ əldə edirlər: “Bu dəyişiklikdə həm də nəzərə alınmalıdır ki, artıq Azərbaycanda demoqrafik vəziyyət xeyli dəyişib. Ona görə də çoxuşaqlı analara yeni yanaşma tələb olunur. Çünki ölkəmizdə ailələrin əksəriyyəti 1-2 uşağı olan ailələrdir. Beşdən çox uşağı olan ailələr isə çox azdır. Ona görə də “çoxuşaqlı ana” anlayışına yenidən baxılması və qanunverilikdə müvafiq dəyişiklik edib, 3 və daha çox uşağı olan analara “çoxuşaqlı ana” statusu verilməsini təklif edirik”. Ə.Məsimli bildirdi ki, pensiya güzəşti 3 və daha çox uşağı olan analara şamil edilməlidir.

Əli Məsimli həmçinin qeyd edib ki, 1990-cı ildən bu yana keçən 30 ildən artıq bir dövr ərzində Azərbaycanda orta ömür uzünluğu 2 yaş, o cümlədən kişilər üçün 3 yaş, qadınlar üçün 1,7 yaş artdığı halda pensiya yaşı kişilər üçün 5 yaş, qadınlar üçün isə 7 yaş artıb və bu artım qadınlarda 10 yaşa çatanadək davam edəcək: “Azərbaycanda orta ömür uzunluğu aşağı və pensiyaya yaşı isə yuxarıdır. Pensiya yaşının artması nəticəsində əgər əvvəllər yaşa görə pensiya alanların sayı artırdısa, son 10 ildə 10 faizə yaxın azalıb və 716 min nəfərə enib ki, bu da 1994-cü il səviyyəsindən də aşağı bir göstəricidir”.

Deputat əlavə edib ki, pensiya yaşı müəyyənləşəndə orta ömür uzunluğu göstəricisi ilə yanaşı sağlam ömür uzunluğu göstəricisi də nəzərə alınmlıdır: “Belə ki, 2013-cü ildən bu yana sağlam ömür uzunluğy qadınlarda 67,7 yaşdan 67,2 yaşa, kişilər üçün isə 62,9 yaşdan 60,9 yaşa enib”. Əli Məsimli səsləndirdiyi rəqəmlərdən, eləcə də orta ömür uzunluğu və digər göstəricilərə görə bizə daha yaxın olan MDB ölkələrində pensiya yaşınn orta səviyyəsindən çıxış edərək Azərbaycanda pensiya yaşının kişilər və qadınlar üçün 65 yaşa çatdırılmasını düzgün hesab etməyib və bildirdi ki, hazırkı reallıqlar şəraitində ölkəmizdə pensiya yaşının kişilər üçün 63,qadınlar üçün isə 60 yaş həddənədə olması daha məqbul variantdır. Deputat xüsusi vurğuladı ki, pensiya sahəsindəki bu cür həlli vacib olan problemlərin çözülməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı hökümətin də yaxından iştirakı çox vacibdir.



Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap