Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? - Şahin Bağırovun adamı yoxsa…

Tarix 16.09.24, 23:01

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddətdi Dövlət Gömrük Komitəsi “Samur” Gömrük Terminalənda Rüfət Qəhrəmanov adlı bir gömrükçü peyda olub.

Yenicag.az xəbər verir ki, bu şəxs terminala gəldikdən qıssa müddət sonra, terminal qarşısında valyuta dəyişmə və elektron xidmətlər göstərən obyektləri sıradan çıxarır və
ləğv edir.

Bir çoxları bunu DGK-nin sədri Şahin Bağırovun islahatı kimi görsə də, sonradan Rüfət Qəhramanovun bu addımının arxasındakı səbəb bəlli olur.

Məlumata görə,Rüfət Qəhrəmanov qeyd olunan sahələri ləğv edərək ,terminalın daxilində, qeyri-qanuni olaraq 16-ya yaxın yuxarıda qeyd etdiyimiz xidmətləri göstərən obyektlər açıb.

Məlumata görə,bu obyektlər hər hansı bir vergi ödəmir və aylıq bu 16 obyektdən cənab Qəhrəmanov yüksək gəlirlər əldə edir.

Maraqlısı budur ki, bu şəxsin belə bir addımının arxasında DGK-nin sədri Şahin Bağırovun dayanıb-dayanmadığı bəlli deyil.

Amma Rüfət Qəhrəmanovun şan-şöhrəti bununla bitmir.

İddialara görə, o eyni zamanda Qusar Rayon İH-nin başçısı Sahir Məmmədxanovun ərazidəki  adamlarından biri kimi də özünü tanıdıb.

Maraqlısı budur ki, iddialara görə, hətta əraziyə nəzarət edən polis əməkdaşları belə bu adamdan çəkinirlər.

Eyni zamanda Rüfət Qəhrmanovun gömrük terminalında hansı vəzifə tutduğu da insanlara bəlli deyil.

Məsələ ilə bağlı DGK-nin də mövqeyini öyrənməyə çalışacağıq.




 



Xəbərin oxunma sayı : 916




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap