“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Bu idarələrə yeni müdir müavinləri təyin edildi - FOTOLAR

Tarix 22.04.25, 11:34

Font ölçüsü : - / +
bitmap-img6


Bir sıra regional təhsil idarələrinə yeni müdir müavinləri təyin olunub.

AzFakt.com xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Aynur Rüstəmova Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Rahim Novruzov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Hafiz Pənahov Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Hüseyn Hüseynov Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunublar. 

Aynur Rüstəmova 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin "Filologiya” ixtisası üzrə bakalavriat, 2008-2010-cu illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Filologiya” ixtisası üzrə magistratura səviyyələri üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1998-ci ilə Bakı şəhəri 51 nömrəli tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim olaraq başlayıb. 2006-2022-ci illərdə Bakı Avropa Liseyi, Bakı şəhəri 20 nömrəli tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim və təlim-tərbiyə (tədris) işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2022-ci ildən isə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin direktoru vəzifəsində çalışır. A.Rüstəmova bir sıra dərslik, metodiki vəsait və ümmumtəhsil müəssisələri üçün nəzərdə tutulmuş proqramların həmmüəllifi və müəllifi olub. Həmçinin o, bir çox layihələrdə iştirak edib, 2009-cu ildə "İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.

Rahim Novruzov 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin "Filologiya” ixtisası üzrə bakalavr təhsili alıb. 2001-2006-cı illərdə Qobustan Rayon Təhsil Şöbəsində metodist, 2006-2022-ci illərdə müxtəlif ümumtəhsil məktəblərində müəllim, direktor, 2022-2024-cü illərdə Abşeron-Xızı Regional Təhsil İdarəsində Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun müdiri vəzifələrində çalışıb.  2024-cü ildən həmin idarənin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.

Hüseyn Hüseynov 2005-2009-cu illərdə Lənkəran Dövlət Universitetində "Gömrük işinin təşkili" ixtisası üzrə bakalavr, 2011-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Menecment” ixtisası üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2011-ci ildə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar şəhər Məktəb-Lisey Kompleksində baş mütəxəssis olaraq başlayıb. 2019-2023-cü illərdə AR Elm və Təhsil Nazirliyində müvafiq vəzifələrdə çalışıb. 2023-cü ildən isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışıb.

Hafiz Pənahov 2000-2004-cü illərdə Gəncə Dövlət Universitetində Coğrafiya ixtisası üzrə bakalavr, 2022-2024-cü illərdə ADA Universitetinin "Menecment” (Təhsilin təşkili və idarəolunması) ixtisası üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2005-ci ildə Şəmkir rayonu Zəyəm Cırdaxan kənd tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim olaraq başlayıb. 2015-2022-ci illərdə Şəmkir Rayon Təhsil Şöbəsində metodist, müdir müavini vəzifələrində çalışıb. 2022-2024-cü illərdə Qazax-Tovuz Regional Təhsil İdarəsində, daha sonra  Lənkəran-Astara Regional Təhsil İdarəsində baş məsləhətçi olaraq fəaliyyət göstərib. Hazırda Lənkəran-Astara RTİ-də Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışır. H.Pənahov təhsil sahəsi üzrə bir çox layihə, seminar və təlimlərdə iştirak edib, 2013-2014-cü tədris ili üzrə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Ən yaxşı müəllim” müsabiqəsinin qalibi elan edilib.




Xəbərin oxunma sayı : 193




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap