“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Kommunal xidmətlərin qiymətləri artırılacaq - Açıqlama

Tarix 20.04.25, 22:18

Font ölçüsü : - / +
bitmap-img6


Əhalinin məişət xərclərinin önəmli bir hissəsini kommunal xərclər tutur. Ona görə də, bu xərclərin artımı daim maraq doğuran mövzulardan biri olur.

Bəs ölkədə kommunal xidmətlərin qiymətləri artacaqmı?

AzFakt.com xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Referans-a açıqlamasında bildirib ki, kommunal xidmətlər sonuncu dəfə 2 yanvar 2025-ci ildə Tarif Şurasının qərarına uyğun olaraq artırılıb.

“Yəni hal-hazırda bilirsiniz ki, aprel ayındayıq və hər hansı bir artım barədə məlumatımız yoxdur. Düşünürəm ki, bu proses hər zaman ilin sonunda və ya əvvəlində aktuallaşır. Mövcud xidmətlər üzrə çəkilən xərclərə uyğun olaraq əgər kommunal xərclərin artımı baş verirsə, onun bölgüsü və vətəndaşlara düşən hər xidmət üzrə paylarda müvafiq dəyişikliklərin edilməsi Tarif Şurasının qərarından sonra qüvvəyə minir.

Bu istiqamətdə hər hansı bir yeniliyin, artımın olacağı barədə bir anons və yaxud da məlumat təqdim olunmayıb”, deyə o, qeyd edib.

Onun fikrincə, ilk növbədə kommunal xidmətlərin səviyyəsini və keyfiyyətini artırmaq daha vacibdir, çünki hal-hazırda istər ümumi Bakıda istərsə də ayrı mənzil kommunal təsərrüfatlarında və yeni tikililər inşa edən MTK - MMC-lərdə hər hansı bir xidmət haqqının dəyişilməsi zərurətini görmürük: “Düşünürəm ki, bütün hallarda ilk növbədə müasir dünya standartlarına uyğun şəkildə kommunal xidmətlərin göstərilməsinin təmin edilməsi ətrafında müzakirələrin aparılmasına ehtiyac var. Son günlər yağan yağış həcminin qarşısında bir sıra kommunal xidmətlərin dayanıqlı, keyfiyyətli xidmət ortaya qoya bilməməsi bu istiqamətdə müvafiq qərarların qəbulunu zəruri edir.

Köhnəlmiş, istismar müddəti keçmiş xətlərin yeniləri ilə əvəz olunması, habelə müasir standartlara cavab verməsinin təmin edilməsi və bu xidmətlərdən bütün ölkə əhalisinin, xüsusilə də Bakı şəhər əhalisinin istifadə etməsinin təmin olunması daha ciddi məsələlərdir nəinki bu xidmətlərin qiymətlərinin artırılması. Çünki keyfiyyəti yüksəltmədən xidmətlərin qiymətində olan artım böyük sosial narazılığa səbəb ola bilər. Bu da arzuolunan məsələ deyil".



Xəbərin oxunma sayı : 247




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap