“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Hava şəraiti fermerlərə də ziyan vurub - 76 müraciət var

Tarix 21.04.25, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Ötən həftə respublika ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə baş verən təbii hadisələr nəticəsində bəzi rayonlarda meyvə bağlarına və əkin sahələrinə ziyan dəyib. Zərər çəkmiş fermerlər dəymiş ziyanın hesablanması və ödənilməsi üçün Aqrar Sığorta Fondunun 1651 nömrəli Çağrı Mərkəzinə müraciət ediblər.

AzFakt.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi (KTN) məlumat yayıb. 

Bildirilib ki, 14–20 aprel tarixlərində Fonda ümumilikdə 15 rayon üzrə 76 müraciət daxil olub. Müraciət edən fermerlər əsasən Xaçmaz, Bərdə, Ağsu, Quba, Şamaxı, Şabran, Qusar, Ağdaş, Neftçala və digər rayonların sakinləridir. Daxil olan müraciətlərin 36-sı sel-subasma, 40-ı isə fırtına və qasırğanın təsərrüfatlara vurduğu zərərlə bağlıdır.

Qeyd edilən sığorta hadisələri ilə bağlı əkin sahələrini və təsərrüfatlarını sığortalatmış fermer və sahibkarların müraciətləri qeydə alınır və müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır. Hazırda ekspertlər hadisə baş verən ərazilərə baxış keçirir, baş vermiş hadisələri və onların nəticələrini qeydə alır, ilkin qiymətləndirmə aparırlar. Araşdırmalar yekunlaşdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta ödənişləri həyata keçiriləcək.

Aqrar Sığorta Fondu bir daha təsərrüfatlarını sığortalatmış fermerləri öz sahələrinə diqqətlə baxış keçirməyə və baş verən hadisələrlə bağlı operativ şəkildə Fonda müraciət etməyə çağırıb.

Eyni zamanda Fond indiyədək dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən istifadə etməmiş fermerləri öz təsərrüfatlarını sığortalamağa dəvət edir.



Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap