![]() |
|














Milli Məclis etiraz məktubu göndərib - Avropa Parlamentinə
Tarix 15.03.25, 16:57 |
|

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinə martın 13-də qəbul etdiyi qətnamə ilə bağlı etiraz məktubu göndərib.
Məktubda deyilir:
"Biz Avropa Parlamentinin martın 13-də qəbul etdiyi "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı əsassız, qeyri-obyektiv və qərəzli qətnaməyə qəti etirazımızı bildiririk. Suverenlik, qanunun aliliyi və ədalət prinsiplərinin saya alınmadığı bu qətnamədə Azərbaycanın ağır cinayətlərdə iştirak etmiş şəxsləri məhkəmə qaydasında təqib etmək kimi qanuni hüququ tanınmır. Bundan əlavə, qətnamədə son otuz il ərzində mövcud olmuş tarixi şəraitə və Ermənistanın qanunsuz hərəkətləri nəticəsində Azərbaycan xalqının çəkdiyi böyük iztirablara bilərəkdən göz yumulur.
Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın işğal altında saxlamış, dinc Azərbaycan vətəndaşlarına qarşı saysız-hesabsız müharibə cinayətləri törətmişdir. Bu cinayətlərə etnik təmizləmə, insan hüquqlarının ciddi pozuntuları və Azərbaycanın mirasının sistemli şəkildə məhv edilməsi də daxildir. Avropa Parlamenti bu vəhşiliklər, o cümlədən Xocalı soyqırımı barəsində daim susmağa üstünlük vermişdir.
Bu soyqırımı aktı zamanı erməni silahlı qüvvələri uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, 613 günahsız insanı qəddarcasına qətlə yetirmişlər. Azərbaycanın itkin düşmüş 4 minə yaxın dinc sakininin taleyi hələ də məlum deyil, lakin selektiv və qərəzli yanaşmaya əsaslanan Avropa Parlamenti bu cinayətləri görməzdən gəlir, çünki Azərbaycana qarşı haqsız və saxta iddiaları üstün tutur.
Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan silahlı separatçılıq, sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək üçün tam qanuni hüquqa malikdir. Qətnamədə Azərbaycanın 2023-cü ildə "blokada" və "etnik təmizləmə" həyata keçirməsi barədə irəli sürülən ittihamlar başqa bir şey deyil, diqqəti haqsızlığın əsl günahkarlarından – onilliklər ərzində Azərbaycan torpaqlarını işğal etmiş, 750 min azərbaycanlını zorla yurdlarından qovmuş və işğal altında saxladıqları bütün şəhər və kəndləri yerlə-yeksan etmiş Ermənistan silahlı qüvvələrindən yayındırmağa yönələn siyasi motivli uydurmalardır.
Qeyd edilməlidir ki, Qarabağ bölgəsinin Azərbaycanın Konstitusiya çərçivəsinə yenidən inteqrasiyası beynəlxalq hüquqa tam uyğun həyata keçirilmişdir. Erməni milliyyətli sakinlərin böyük əksəriyyəti könüllü olaraq köçmək qərarına gəlmişlər və Azərbaycan hələ də onların hüquq və təhlükəsizliyini təmin etməyə hazırdır. Bu baxımdan Avropa Parlamentinin "sanksiyalar", sazişlərin "dayandırılması" və diplomatik məhdudiyyətlər barədə çağırışları Azərbaycanın daxili işlərinə qarışmaq üçün göstərilən qəbuledilməz cəhdlərdir. Bu cür siyasi motivli hərəkətlər regionda sabitliyə xidmət etmir, əksinə, yalnız gərginliyi artırır və davamlı sülhə nail olmaq perspektivlərini sarsıdır.
Azərbaycan haqq-ədalətə, beynəlxalq hüquqa və regional sülh gündəliyinə sadiq olaraq qalır. Heç bir xarici müdaxilə və ya ədalətsiz ittiham bizi qanunun aliliyini qorumaqdan və ölkəmizə qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdən çəkindirə bilməz. Hazırda məhkəmə qarşısına çıxarılan şəxslər hərbi əsirlər deyil, Azərbaycan qanunvericiliyini pozmuş, ədalətli və şəffaf məhkəmə prosesi çərçivəsində məsuliyyətə cəlb edilməli olan cinayətkarlardır. Bütün tərəflər belə bir reallığı qəbul etməlidirlər ki, Azərbaycan öz xalqını və ərazisini qanunsuz işğaldan və silahlı separatizmdən qorumaq kimi suveren hüququnu həyata keçirir.
Beləliklə, Avropa Parlamentinin qətnaməsi sülhü və ya ədaləti deyil, düşmənçiliyi qızışdırmaq və birtərəfli siyasi gündəliyi təşviq etmək cəhdidir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Avropa Parlamentini sülhə və barışığa qarşı yönələn siyasi motivli hərəkətlərə yol verməkdənsə, ədalət və suverenlik prinsiplərinə hörmət bəsləməyə çağırırıq. Yalnız haqq-ədalət və qarşılıqlı anlaşma sayəsində Cənubi Qafqazda həqiqi sabitlik əldə edilə bilər".
Xəbərin oxunma sayı : 478
Siyasət
Xəbərlər
-
Bayram namazı nə zaman qılınacaq? - AÇIQLAMA
-
Moped sürücüsü Sərdar Cəlaloğludan narazıdır - 50 manat verib...
-
Səudiyyə Ərəbistanında kütləvi həbslər: 50-dən çox şəxs saxlanıldı
-
Bu tarixdən Gürcüstana qatarla gedib-gəlmək mümkün olacaq - Açıqlama
-
Müğənni Dəniz Əsədova barəsində qərar verildi - Məhkəmədən qərar
-
Övladlarının əlini yandıran anaya - Bu cəza verildi
-
Bu internat məktəblərində ciddi nöqsanlar aşkarlandı - Vaxtı bitmiş dərmanlar, ərzaq məhsulları...
-
FHN ötən həftə 11 azyaşlını xilas edib - VİDEO
-
Xaricdən gətirilən hibrid avtomobillər kəskin ucuzlaşıb - Son qiymətlər
-
“Qayi Bulaq” istirahət mərkəzi bağlandı - VİDEO
-
Prezidentdən Xanlar Vəliyevlə bağlı - Sərəncam
-
Matviyenko Fəxri və Şəhidlər xiyabanlarında - Fotolar
-
Xızıda prokurorun avtomobili qəzaya düşdü - Xəsarət alanlar var
-
“Trampın Xaməneiyə məktubu hələ araşdırılır“ - İran XİN
-
Bayram günlərində bunlara diqqət edin! - Nazirlikdən əhaliyə müraciət
-
Əmək müqaviləsi ilə işləyənlərin sayı 21,5 min, müqavilələrinin sayı isə 13 min azalıb - RƏSMİ
-
Nəsrin Cavadzadə həmkarı Pamir Pekinlə sevgilidir - FOTOLAR
-
Sertifikasiyadan keçməyib, texniki universiteti bitirən Nigar Rüfət necə həkim olub? - VİDEO
-
İlham Əliyev Matviyenkonu qəbul etdi - Fotolar
-
Çingiz Mehdiyev həbs edilmədi - Əmlakları da özündə qalacaq
-
Prezidentdən “Azərenerji” ilə bağlı - Fərman
-
Dünyanın ən çirkli havası bu ölkələrdədir - SİYAHI
-
“Sarı Qaya” restoranı bağlandı - Müştərilərə köhnə yeməklər verilirmiş
-
“Koroğlu“ stansiyasından sərnişinlər niyə çıxarılır? - VİDEO
-
Ramazan ayında insanları belə aldadırlar - XƏBƏRDARLIQ
-
Husilərdən ABŞ gəmilərinə ikinci hücum: Ballistik raket və dronlar işə düşdü
-
Azərbaycanlı influenserlər ayda 20-30 min manatı necə qazanırlar? - VİDEO
-
“Biz bütün dünyaya yaxşılıq edirik” - Marko Rubio
-
Yeni yol bu qəsəbədə daşınmaz əmlak bazarında bahalaşmaya səbəb olub - VİDEO
-
“Qızıl top”un yeni favoriti müəyyənləşdi - Salah liderliyi əldən verdi
-
Trampın müşaviri Hikmət Hacıyevlə danışıb - “Birlikdə çalışmalıyıq...“
-
“Yəməndəki əməliyyat İrana təzyiq strategiyasının başlanğıcıdır“ - ABŞ-nin maliyyə naziri
-
Hər gün geyinmək olmaz: 4 zərərli geyim
-
Gədəbəyin Qızıl qala meşəliyində yanğın olub - VİDEO
-
Tural Sadıqlı da Baş Prokurorluğa ÇAĞIRILDI - Nədə ittiham olunur?
-
Mustafa Sarıgülü və İlon Maskı birləşdirən gerçəklik: missiyadan kənara çıxdınsa...
-
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub - Rəsmi məlumat
-
Ramazanın 17-ci gününün duası - İmsak və iftar vaxtı
-
Mehriban Əliyeva Matviyenko ilə görüşdü - FOTO
-
Ərdoğan Trampla danışdı - Qlobal məsələlər müzakirə edilib
-
İlqar Hacıyev 17 milyonluq dələduzluqda ittiham olunur - Prokurorluğa çağırılır
-
Azərbaycanlı avtoritetlərin ABŞ-da məhkəməsi başladı - ŞOK İTTİHAM
-
Məhəmməd Mirzəli və Elşad Məmmədov da Baş Prokurorluğa çağırıldı - VİDEO
-
Şimali Makedoniyada gecə klubunda faciə qurbanlarının sayı artdı - 59 ölü, 151 yaralı
-
Trampın bu həftə Putinlə danışacağı gözlənilir – Stiv Uitkoff
-
“15 yaşından pul qazanırdım“ - Günay İbrahimli
-
“Millenium” şadlıq sarayında DAVA - Xanımın toyda şəkil çəkməsi qonağın xoşuna gəlməyib
-
“Kahı” əvəzinə narkotik daşıyırlarmış... - FOTOLAR
-
Valentina Matviyenko Azərbaycana səfərə gəldi - FOTO
-
İsmayıllıda mal-qaranın tələf olmasına səbəb nədir? - VİDEO
-
“Dumanlı hava yolda təhlükə yarada bilər“ - DYP-dən XƏBƏRDARLIQ
-
Müəllimin öldüyü qəzaya görə hökm oxundu - Sürücüyə bu cəza verildi
-
“Ukrayna atəşkəsə bu tarixdə hazır olacaq“ - Zelenski
-
“Restoranlar yeni dələduzluq növünə keçib” - Nura Suri
-
Azərbaycanda sulu qar və qar yağacaq - Bu tarixlərdə
-
“Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır“ - Türkiyə XİN
-
Bakıda 10 min manatlıq “iPhone“ dələduzluğu - HÖKM OXUNDU
-
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - Rəsmi məlumat
-
Qabil Məmmədov İstintaq İdarəsinə çağırıldı - 24 maddə ilə günahlandırılır + VİDEO
-
Lənkəranskini bıçaqlayanı belə öldürüblər - YENİ TƏFƏRRÜATLAR
-
ABŞ-ın Yəmənə gecə hücumu - Ölənlərin sayı 31-ə çatdı, 100-dən çox yaralı var
-
Şimali Makedoniyada gecə klubunda faciə - 50 nəfər öldü
-
“Premium Bank“ın aktivlərində azalma var - 45 milyon manatlıq
-
“Kreml danışıqları pozmaq məqsədilə Ukrayna ordusunu Kursk vilayətində hərbi cinayətdə suçlayacaq“ - ISW
-
“ABŞ Yəməndəki hücumlar barədə İsraili əvvəlcədən məlumatlandırıb“ - Walla
-
İstixana sahibləri təşvişdə: Rusiya bazarını itirə bilərik
-
“Türkiyə ən qısa zamanda terrordan xilas olacaq“ - Numan Kurtulmuş
-
“Amerikanın səsi” radiosu susdu - Əməkdaşlar məzuniyyətə göndərildi
-
İş saatları nə vaxt dəyişdiriləcək? - Açıqlamalar
-
Qızılın qiymətində artım sürətlə davam edir - Bahalaşmanın səbəbi açıqlandı
-
Əri Aysunu belə cəzalandırır - Yeni qalmaqal (VİDEO)
-
Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər - Makron
-
Qlobal ticarət rekord səviyyəyə çatdı - HESABAT
-
Tramp orduya əmr etdi - Husilərin mövqeləri bombalandı
-
Azərbaycanda daha bir estetik əməliyyat qurbanı - 34 yaşlı qadın öldü
-
Leyla Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət etdi - FOTO
-
“Musa oğlum olduğu üçün bu barədə danışmaq istəmirəm” - Qurbanov
-
“Amerikanın Səsi“ və “Azadlıq Radiosu“ qapadıldı - Tramp qərar verdi
-
“Yalan söhbətdir, necə yəni məni işə çıxmıram?“ - Fuad Ələsgərov
-
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
-
“ABŞ-Azərbaycan əlaqələrinin bərpası bütün Cənubi Qafqazın maraqlarına xidmət edəcək” - Adəm İsmayıl Bakuvi
-
Novruz bayramına hazırlıq bədbəxt hadisə ilə nəticələndi: Evləri yanıb kül oldu
-
Putin, Lukaşenko və Rəhmon Azərbaycan prezidentinə zəng ediblər - İlham Əliyev Moskvaya gedir
-
Durov məhkəmənin icazəsi ilə Fransanı tərk etdi - Dubaya getdi
-
Bakı şəhər sakini restoranda siqaret çəkdi - Həbs edildi
-
“Gold Məkan“ MMC Nərimanovda Tikinti Məcəlləsini pozdu - Nazirlik hərəkətə keçdi
-
“Terror təşkilatları anlayır ki, özlərini ləğv etməkdən başqa çıxış yolları yoxdur“ - Yaşar Gülər
-
Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərlə bağlı cinayət işi başlanıb - Həbslər var
-
Sahil Babayevin diqqətinə: “Gənclər evi“nə ayrılan vəsaitlər hara xərclənir?
-
Plastik cərrahların fəaliyyətinin yoxlanılması nə vaxt başa çatır? - Açıqlama
-
Türkanda zibil problemi: Tullantılar yaşayış evlərinin yaxınlığında boşaldılır
-
Müəllimi döyməkdə şübhəli bilinən şəxslər saxlanılıb - Şəmkirdə
-
Çempionlar Liqasında ən çox qazanan klublar açıqlandı - Siyahı
-
“Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı davam edir“ - Zelenski
-
Milli Məclis etiraz məktubu göndərib - Avropa Parlamentinə
-
Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?
-
“Antibiotiklərin reseptsiz satışı qadağandır“ - Nazir
-
“Rusiyaya təzyiqi artırmaq üçün əlimizdən gələni etməliyik” – Britaniyanın Baş naziri
-
Gömrük Komitəsi 9500 kahı satır - Qiymət açıqlandı
-
Temperatur 10-15 dərəcə enəcək, qar yağacaq - Xəbədarlıq
-
Bu universitetə rektor əvəzi təyin olundu - Məhəmməd Nuriyev kimdir?
-
Neymar Braziliya millisindən kənarlaşdırıldı - SƏBƏB?
-
FHN-dən yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə - Müraciət
-
Bakıda motosikleti insanların üzərinə sürən şəxs - Həbs edildi
-
Çevik Polis Alayında xidmət etmək istəyənlərin nəzərinə! - Video
-
30 dərəcə isti olacaq - Sabahın havası
-
Bakıda film kimi hadisə: Qadın oğurladığı 115 minlik qızılı kimə satdı?
-
İlham Əliyev ona “Dostluq” ordeni verdi - Sərəncam
-
Türkiyə bu bölgədə hərbi baza qurur - MİT Suriya və İraqdakı terrorçuları yaxından izləyəcək
-
Prezidentdən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə bağlı - Fərman
-
Azərbaycan D-8-ə qoşuldu - Qanun təsdiqləndi
-
“Xəmsə” şadlıq evinə məxsus obyektlər bağlandı - Video
-
Prezident onları təltif etdi - SİYAHI
-
Qərargah rəisi intihar etdi - Yaşadığı evin həyətində
-
“Bitcoin“in qiyməti 84 min dolları ötüb - Kriptobirjada son durum
-
“Fish home”da mənşəyi məlum olmayan məhsullar verilirmiş - Fotolar
-
“Xəstəxanada dedilər ki, iynə vurmağa icazə yoxdur, oğlum öldü...” - Video
-
Bakıda daha bir avtomobil partladı - VİDEO
-
Azərbaycan Premyer Liqası:“Qarabağ” “Kəpəz”ə, “Sabah” “Zirə”yə qarşı
-
İŞİD liderlərindən biri öldürülüb - Tramp açıqladı
TOP 10
ARXİV