“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Xaricdən gətirilən hibrid avtomobillər kəskin ucuzlaşıb - Son qiymətlər

Tarix 17.03.25, 17:16

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 2 ayı ərzində Azərbaycana 288,9 milyon dollar dəyərində 16 min 758 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Yeniavaz.com-un apardığı hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 26% və ya 3 min 459 ədəd artıb.
Qeyd edək ki, bu ilin ilk 2 ayında idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 17 min 242 dollar (29 min 311 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 619 dollar (31 min 652 manat) olub.
Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% və ya 1 377 dollar (2 min 341 manat) azalıb.
Onu da qeyd edək ki, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalı daha çox artıb. Belə ki, ötən ilin ilk 2 ayında xaricdən 2 min 571 ədəd hibrid avtomobil gətirildiyi halda, bu ilin ilk 2 ayında bu göstərici 3 dəfə (5 min 6 ədəd) artaraq 7 min 577 ədədə çatıb.
İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri isə 19 min 303 dollar (32 min 815 manat) olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 32 min 177 dollar (54 min 702 manat) olub. Son bir ildə ölkəyə idxal olunan hibrid avtomobillərin orta gömrük dəyəri 40% və ya 12 min 874 dollar (21 min 886 manat) azalıb.




Xəbərin oxunma sayı : 139




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap