“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Bakıda 10 min manatlıq “iPhone“ dələduzluğu - HÖKM OXUNDU

Tarix 16.03.25, 14:04

Font ölçüsü : - / +
bitmap-img6


Mobil telefon alqı-satqısı adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

AzFakt.com "Qaynarinfo"ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan Y.C. 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun ev dustaqlığında saxlanıldığı müddət cəzadan çıxılıb və Y.C. üzərində qəti olaraq 1 il 5 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İş materiallarından aydın olur ki, Y.C. metronun "28 may" stansiyası ətrafında fəaliyyət göstərən və mobil telefon satışını həyata keçirən mağazada satıcı işləyib. Zərərçəkən O.R. isə onun müştərisi olub. Y.C. ona Dubaydan "iPhone 15 Pro Max" markalı telefon gətirib satmaq istədiyini, lakin bunun üçün pulu olmadığını deyib.

Y.C. bunu deyərkən, zərəçəkənə birlikdə qazanc əldə etmək təklif edib. O.R. isə ona dörd ədəd telefonun pulunu verə biləcəyini deyib. Tərəflər razılaşdıqdan sonra, O.R. Y.C-yə hissə-hissə 10 800 manat pul verib. Bundan sonra Y.C.-ni tapmaq mümkün olmayıb.

O.R. aldadıldığını anlayaraq, polisə şikayət edib. Y.C. şübhəli şəxs qismində saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib.

Məhkəmə istintaqı zamanı Y.C. elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.



Xəbərin oxunma sayı : 289




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap