“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Xəstəxanada dedilər ki, iynə vurmağa icazə yoxdur, oğlum öldü...” - Video

Tarix 15.03.25, 10:17

Font ölçüsü : - / +
bitmap-img6


Şəkinin 10 kəndinin sakinlərinin uzun illər istifadə etdikləri xəstəxanada iynə vurulması qadağan edilib. Bu isə sakinlərin narazılığına səbəb olub. Hazırda həmin xəstəxana Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi kimi fəaliyyət göstərir.

AzFakt.com xəbər verir ki, bu barədə “Xəzər TV”yə sakinlər məlumat veriblər. 

Onların sözlərinə görə, 2011-ci ildə inşa olunmuş Şəki rayonu Aşağı Göynük Kənd Xəstəxanası 2020-ci ilədək 10 kəndin təxminən 20 mindən çox əhalisinə xidmət edib. Ötən ilin yanvar ayından xəstəxana Ailə Sağlamlıq Mərkəzi kimi fəaliyyətini davam etdirir.

Sakinlərin iddiasına görə, burada adi iynənin belə vurulması qadağan edilib. Buna görə də çətinliklə üzləşirlər. 

Şikayətçilərdən birinin sözlərinə görə, bəlkə də, vaxtında bu xəstəxanada müdaxilə olunsaydı, oğlu vəfat etməzdi: “Oğlumun ürəyi tutmuşdu. Gətirdim xəstəxanaya, dedilər ki, bizə iynə vurmağa icazə verilmir. Şəkiyə aparana qədər də gec oldu, uşağım rəhmətə getdi. Burada nəsə edə bilsəydilər, uşağım rəhmətə getməzdi...”

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, iynə vurulması ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil olmadığından burada həyata keçirilmir: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin əmri ilə təsdiqlənmiş struktur və ştat cədvəlinə əsasən, ötən ildən Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi adlandırılıb. Burada hazırda ilkin tibbi sanitariya yardımı xidmətləri zərfinə müvafiq olaraq 35 adda xidmət həyata keçirilir. Lakin iynələrin vurulması, həmçinin sistem köçürülməsi ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil olmadığından bu xidmətlər Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzində, o cümlədən digər ailə sağlamlıq mərkəzlərində həyata keçirilmir”.

Daha ətraflı süjetdə:






Xəbərin oxunma sayı : 307




Hadisə

Xəbərlər

ARXİV
Mart, 2025
B.e
Ç.a
Ç.
C.a
C.
Ş.
B.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap