“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Hüquqşünas kimi pul qazanmaq olmurdu” - Özünü vəkil kimi təqdim edib - TƏFƏRRÜAT

Tarix 24.03.25, 21:52

Font ölçüsü : - / +
bitmap-img6


Özünü əvvəlcə hüquqşünas, sonra isə vəkil kimi təqdim edərək 6 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Sənan Babazadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Babazadə 2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin məzunu olub.

Musavat.com xəbər verir ki, məhkəmə araşdırması zamanı Sənan Babazadə özünü təqsirli bilib.

İfadəsində deyib ki, 2022-ci ildə İnstaqramda özünə “vekilhuquqshunassananbabazadə” adlı profil açaraq vəkillik fəaliyyəti göstərməsi ilə bağlı məlumatlar paylaşıb. Özünə “City Mall”da icarəyə ofis də götürüb.

Sənan babazadə bildirib ki, hüquqşünas kimi pul qazanmağa çalışsa da mümkün olmayıb: “Hüquqşünas kimi pul qazanmaq olmurdu. Buna görə özümü vəkil kimi təqdim etdim”.

Məlumata görə iş üzrə zərərçəkmiş kimi tanınan Zülfıyyə Quliyeva ona müraciət edərək “Çuavo Kapital” adlı xarici dövlət şirkətinə onlayn yatırım etdikdən sonra 4 min dollarının israf olduğunu deyib. Babazadə bunu həll edə biləcəyini, əlavə 4 min dollar da təzminat alacağını deyib. Bunun qarşılığında əvvəlcə 500, sonra isə 220 manat pul alıb. Bir müddət sonra Quliyevaya artıq Avropa Məhkəməsinin qərarını aldığını da deyib.

Sənan Babazadə başqa bir şəxsdən mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmədə onun xeyrinə qərar çıxara biləcəyini deyib. Buna görə ondan 500 manat alıb. Həmin şəxs bacılarının məhkəmədəki işini həll etmək üçün də ona müraciət edib. Bu işləri də həll edəcəyini deyərək ondan ümumilikdə 3 min manat alıb. Vaxt qazanmaq üçün isə bir neçə məhkəmə prosesinin keçirilməsi ilə bağlı da yalan məlumatlar verib.

O, başqa bir şəxsdən bacısının aliment və sosial yardım alması, atasının pensiyasını düzəlcəyi və sosial evlərdən almasına kömək edəcəyi adı ilə ümumilikdə 1800 manat alıb.

Dördnücü zərərçəkmiş şəxsə isə atasının bibisi tərəfindən ələ keçirilən əmlakını ona qaytaracağını vəd edib. Ondan 12570 manat pul alıb. Aldığı pulları məhkəmədə işin gedişatına uyğun müxtəlif səlahiyyətli şəxslərə verdiyini deyib.

Bundan başqa Şahvələd Qocayev adlı şəxsə məhkəmə işi ilə bağlı köməklik göstərəcəyini deyərək 900 manat alıb. Həmçinin Şahvələd Qocayev vasitəsi ilə tanıdığı iki nəfərdən də məhkəmə işlərini həll edəcəyini deyərək 3700 manat alıb.

Əməlindən peşman olduğunu deyən təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Məhkəmədə zərərçəkmiş şəxslər dindirilən zaman məlum olub ki, onlara dəymiş zərər ödənilib. Lakin onlardan üç nəfəri yenə də şikayətçi olduqlarını, mənəvi zərər gördüklərini bildiriblər.

İbtiadi istintaq və məhkəmə istintaqı dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Məhkəmənin hökmü ilə Sənan Babazadə barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Barəsində seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılıb.



Xəbərin oxunma sayı : 664




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap