“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Türkiyə yeni bir dövrə qədəm qoyur” - Dövlət Baxçalı

Tarix 31.03.25, 14:56

Font ölçüsü : - / +
bitmap-img6


Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı, Türkiyənin milli birliyinin gücləndiyi, sülh və əmin-amanlığın daimi olduğu yeni bir mərhələyə qədəm qoyduğunu bildirib. O, ölkədə yeni siyasi və ictimai həyatın formalaşdığını vurğulayaraq, hər kəsi Türkiyənin gələcəyini birlikdə qurmağa çağırıb.

Yeniavaz.com xəbər verir ki, Baxçalının bu fikirləri bu gün “Türkgün” qəzetinin manşetində dərc olunan məqalədə yer alıb.
MHP liderinin toxunduğu mövzular arasında PKK terror təşkilatının sonunun yaxınlaşması, yeni konstitusiya və Türkiyənin gələcəyi üçün atılacaq addımlar xüsusi diqqət çəkir.

"PKK-nın süqutu yeni bir səhərin müjdəçisidir"

Baxçalı çıxışında PKK terror təşkilatının 50 illik mövcudluğunun sona çatmaqda olduğunu vurğulayıb:
"Əlli ildir davam edən separatçı terror təşkilatı PKK-nın süqutu ilə Türkiyə yeni bir şəfəqə şahidlik edir. Artıq `terrordan azad Türkiyə` hədəfi reallaşmaq üzrədir. Bu prosesi uğurla tamamlayaraq, terroru birdəfəlik arxada qoymalıyıq".
O, İmralıda həbsdə olan terror təşkilatının lideri Abdullah Öcalanın PKK-ya silahları yerə qoymaq çağırışını "tarixi dönüş nöqtəsi" kimi qiymətləndirib. Baxçalıya görə, Türkiyə bu inkişafı milli birlik və siyasi islahatlarla möhkəmləndirməlidir:
"Bu gözləntini məyusluğa deyil, sevincə çevirmək bizim əlimizdədir. Terrorsuz bir Türkiyə, demokratiyanın daha güclü olduğu bir Türkiyə olacaq. Yeni dünya nizamının formalaşdığı bir dövrdə bu inkişafı fürsətə çevirməliyik".

Yeni Konstitusiya ilə “çevrilişin qalıqları” təmizlənəcək

Baxçalı çıxışında yeni milli, əhatəli və demokratik konstitusiyanın qəbul edilməsinin vacibliyini vurğulayıb:
"Türkiyə tarix boyu mühüm demokratik və iqtisadi islahatlara imza atıb. İndi isə çevrilişlərin və siyasi xaosun qalıqlarını tamamilə aradan qaldıracaq bir konstitusiyaya ehtiyacımız var. Yeni konstitusiya Prezident Hökumət Sisteminin prinsipləri üzərində qurulmalı, demokratik idarəçiliyi gücləndirməlidir".
MHP sədri siyasi partiyalar və seçki qanunvericiliyində dəyişikliklər edilməsi, partiyadaxili demokratiyanın gücləndirilməsi, məhkəmə sistemində şəffaflığın artırılması kimi məsələlərə də toxunub:
"Məhkəmə müstəqilliyi demokratik rejim üçün həyati əhəmiyyət kəsb edir. Hüquq və azadlıqların səmərəli qorunması üçün yeni tənzimləmələr həyata keçirməliyik. Dövlətin atacağı addımlar etnik deyil, humanitar müstəvidə olmalı, hər kəsə bərabər imkanlar tanınmalıdır".

"Milli birlik və qardaşlıq içində bir araya gələk"

Dövlət Baxçalı çıxışında Türkiyə vətəndaşlarını milli birlik və qardaşlıq içində birləşməyə çağırıb:
"Milliyyətçi Hərəkat Partiyası olaraq biz inanırıq ki, Türkiyədə hər kəs bərabərdir və Türkiyə hər şeydən üstündür. Vətəndaşlarımızı birlikdə yaşamaq ideyası ətrafında birləşməyə və sosial problemlərin həllində iştirak etməyə səsləyirik. Çünki böyük və lider Türkiyəyə gedən yol milli birliyin gücləndirilməsindən keçir".
MHP lideri vurğulayıb ki, terrorun tamamilə aradan qaldırılması, ictimai rifahın təmin olunması və ədalətin bərqərar olması Türkiyənin gələcək inkişafı üçün mühüm addımlardır:
"Biz inanırıq ki, yalnız haqq yolunda olanlar mütləq uğur qazanacaqlar. Türk milləti layiq olduğu sülhə, rifaha və xoşbəxtliyə qovuşacaq. Türkiyə Cümhuriyyəti isə əbədi yaşayacaq".



Xəbərin oxunma sayı : 619




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap