![]() |
|














Ürək xəstəliklərini cavanlaşdıran səbəblər - ARAŞDIRMA
Tarix 13.09.25, 17:14 |
|

Aparılan araşdırmalar göstərir ki, dünyada ürək xəstəlikləri təxminən 15 il cavanlaşıb. Ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə, ölkəmiz Tacikistandan sonra dünyada ikinci yerdədir.
Ürək xəstəliklərindən qəfil vəfat edənlərin sayı artmaqdadır. Son zamanlar isə cavanların da bu xəstəlikdən vəfat etməsi halına rast gəlirik. Bu günlərdə qısa zaman kəsiyində üç tələbənin ürəktutmasından vəfat etməsi faktı dediklərimizi bir daha təsdiqləyir.
Ürəyimiz bizdən niyə küsür?
Qeyd edək ki, ürək-damar sistemi xəstəliklərinin ilkin əlamətləri kəskin şəkildə sinə və kürək nahiyələrində ağrıların olmasıdır.
Ürək çatışmazlığı iki cür - kəskin və xroniki gedişata malikdir. Mütəxəssislər deyirlər ki, bu xəstəliyinin çoxalmasının səbəbləri - insanların əksəriyyətinin daha çox passiv həyat, oturaq iş rejiminə üstünlük verməsi, “fastfood” və stressdir.
Ürək xəstəlikləri 15 il cavanlaşıb
Aparılan araşdırmalara göstərir ki, dünyada ürək xəstəlikləri təxminən 15 il cavanlaşıb. “Worldlifeexpectancy” məlumat verir ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra dünyada ikinci yerdədir. Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi 388,41 kimi qeyd edilib. Statistikaya əsasən, ölkədə ani ölüm hallarının 68 faizi ürək-damar xəstəlikləri səbəbilə baş verir.
Qazanılan inkişaf yavaşlayır
Həkim-kardioloq Nabil Seyidov "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, ürək-damar xəstəliklərinin müalicəsində qazanılan inkişaf yavaşlayır: "Son 30 ildə əldə olunan uğurlu nəticələrdə müəyyən mənada “yerində sayma” müşahidə edilir. Zəruri addımlar atılmasa, yaxın zamanlarda geriləmə artıq qaçılmaz olacaq. Hər il yarım milyarddan çox insan bu xəstəliyin təsirinə məruz qalır. 2021-ci ildəki statistikanı götürsək, ürək-damar xəstəliklərindən ölənlərin sayı 20,5 milyonu ötüb.
Vaxtından əvvəl infarkt və insultlarda fəsadların qarşısını almaq mümkündür. Son 50 ildə ürək-damar xəstəliklərinin öyrənilməsi, əldə edilən nailiyyətlər nəticəsində mövcud resurslar, alətlər və müdaxilə imkanları var. Amma bir çox icmalarda diaqnostika, profilaktika və müxtəlif vasitələrə çıxışın məhdud olması ürək-damar xəstəliklərinin müalicəsində irəliləyişlərin əldə olunmasına imkan vermir. Bu xəstəlik səbəbindən baş verən hər beş ölümdən dördü aşağı və orta gəlirli ölkələrdə yaşanır. Yüksək gəlirli ölkələrdə ürək-damar sağlamlığında irəliləyiş getdikcə artır. Tütün və alkoqollu içkilərdən istifadənin daha çox yayılması, daha çox duz istehlakı, habelə havanın çirklənməsi, fiziki aktivliyin azalması ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarını artırmış olur”.
Ölümlərin əsas səbəbi
Həkim deyir ki, onilliklər ərzində dünyada ürək-damar xəstəlikləri ölümlərin əsas səbəbi olub: "Müqayisə üçün qeyd edim ki, 1990-cı ildə ürək-damar xəstəliklərindən 12.1 mln insan ölmüşdüsə, 2021-ci ildə bu rəqəm artıq 20,5 milyon olub. Dünyanın 146 ölkəsində kişilər arasında və 98 ölkəsində qadınlar arasında vaxtsız və ya vaxtından əvvəl baş verən ölümlərin əsas səbəbi ürəyin işemik xəstəliyidir.
Son 30 ildə, ümumilikdə, ürək-damar xəstəliklərindən ölüm halları artsa da, qlobal miqyasda rəqəmlər yaşa uyğun standartlaşdırıldıqda, ölüm hallarının azalmasını görürük. Əlbəttə ki, azalma daha çox və daha sürətli tərzdə məhz yüksək gəlirli ölkələrin payına düşür".
Ölkələr üçün ciddi problem
N.Seyidovun sözlərinə görə, artan sübutlar göstərir ki, gənc insanlarda artan ürək xəstəliyinin səbəbi pisləşən həyat tərzi vərdişləri, yəni qeyri-sağlam pəhriz və fiziki aktivliyin olmamasıdır: "Bəzi araşdırmalar göstərir ki, COVID-19 infeksiyası son bir neçə ildə əlavə təhrikedici faktora çevrilib. Bəlkə də ən narahatedici tendensiya odur ki, yaşlı insanlar arasında ölüm hallarının azalmasına baxmayaraq, gənclər arasında infarkt bütün dünyada artmaqdadır. Həm Azərbaycanda, həm də dünyanın bütün yerlərində kardioloqlar və ictimai səhiyyə mütəxəssisləri bunu əhali sağlamlığı üçün təcili vəziyyət hesab edir. Gənc yaşlı şəxslər 20-50 yaş arasında olanlardır və hər bir ölkənin sosial, iqtisadi və digər aspektlərdən ən məhsuldar əhali qrupudur. Bu səbəbdən, həmin yaşdakı şəxslərin xəstələnməsi və ölümü həm dərhal, həm də orta və uzunmüddətli vədədə ölkələr üçün ciddi problemlərə gətirib çıxaracaq”.
Ürək dayanması və infarktın fərqi
Həkim bildirir ki, ürək dayanması və infarkt eyni anlamı vermir. Ürək dayanmasının səbəbləri müxtəlifdir. Ürək infarktı isə ürəyə qan axınının dayanması nəticəsində ürək əzələsinin hər hansı hissəsinin ölümü deməkdir: “Miokard infarktı artıq yalnız ahıl, orta yaşlı insanların xəstəliyi deyil. Gənclər ürək-damar xəstəlikləri, xüsusilə də infarkt və insult barədə məlumatsızdırlar. Son 20-30 ildə maarifləndirmə daha çox yaşı 40-50 yaşdan yuxarı insanları əhatə edib".
İnfarkt kişilərdə, yoxsa qadınlarda daha çox baş verir?
Həkim ürək dayanmasına kardiomiopatiya (qalınlaşmış ürək əzələsi), ürək çatışmazlığı, aritmiya (qeyri-müntəzəm ürək döyüntüsü) və miokard infarktı kimi bir neçə vəziyyətin səbəb olduğunu deyir: "Araşdırmalar göstərir ki, miokard infarktı halları gənclərdə artmaqdadır. ABŞ və bir sıra digər inkişaf etmiş ölkələrdə aparılmış tədqiqatlar göstərib ki, infarkt diaqnozu qoyulmuş hər 5 nəfərdən birinin yaşı 40 və daha aşağıdır. Ən təhlükəli tendensiya isə bu rəqəmin hər il 2% artmasıdır. 2019-cu ildə “American Journal of Medicine”-də nəşr olunan araşdırmadan bəlli oldu ki, 40 və daha gənc yaşda infarkt keçirmiş şəxslərin sonralar infarkt, insult və digər səbəblərdən ölmə ehtimalı yaşlı insanlarda olduğu qədərdir. Problem yalnız inkişaf etmiş ölkələrdə deyil, orta və yüksək-orta gəlirli ölkələrdə də artmaqdadır. Araşdırmalar göstərir ki, Azərbaycanda, Rusiyada, Pakistan və Hindistanda insanlar gənc yaşlarda infarkt keçirirlər. Bu oxşar mənzərənin arxasında duran səbəblər isə risk faktorlarının, bəşəriyyətin həyat tərzinin, ətraf mühitin çirklənməsinin dünyanın bütün guşələrdə eyni olmasıdır. Ürək infarktı adətən kişilərdə daha çox baş verir. Lakin son araşdırmalar gənc yaşlı kişilərə nisbətdə, daha çox gənc qadının infarkt keçirdiyini və onların klinik nəticələrinin daha pis olduğunu göstərir. Son 10-15 ildə infarkt səbəbi ilə ABŞ-də hospitalizasiya olunan şəxslər arasında qadınların payı əhəmiyyətli dərəcədə artıb".
Gənc yaşlı şəxslər nələrə diqqət etməlidirlər?
N.Seyidov vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycanda Səhiyyə Nazirliyi və Azərbaycan Kardiologiya Cəmiyyətinin apardığı təhlillər və tədqiqatlar göstərir ki, ürək-damar xəstəliklərinin inkişafı baxımından risk faktorları gənc yaşlarda qazanılır, inkişaf edir. Bununla yanaşı, infarkt keçirmiş gənclərdə uzun illər gizli getmiş digər əsas xəstəliklər olub:
"Ən ciddi və çox rast gəlinən risk faktorlarına yüksək qan təzyiqi, diabet, yüksək xolesterin və piylənmə daxildir. Bütün bu xəstəliklər oksigenlə zəngin qanı ürəyə daşıyan arteriya və digər qan damarlarını tıxaya və zədələyə bilir. Vurğulanmalıdır ki, diabeti olan xəstələrdə ürək xəstəliyinin inkişafı riski iki dəfə artmış olur. Diabetlə bağlı damar və digər orqan zədələnmələri daha erkən yaşlarda başlayır, lakin uzun illər gizli qalır.
2020-2022-ci illər əlavə təhdidi ortaya qoyub. Belə ki, araşdırmalardan biri göstərib ki, pandemiyanın ilk ili ərzində infarktdan ölümlər 14% artıb və onların böyük qismi məhz 25-44 yaşlıların payına düşüb. Əlbəttə ki, COVID-19 xəstəliyi orqanizmdə müxtəlif səviyyəli iltihab proseslərini aktivləşdirir, qanın daha da qatılaşması və tromboza meylliyini artırır. Bu isə yoluxmuş insanlarda infarkt riskini yüksəltmiş olur. Problem daha çox gənc yaşlı şəxslərin öz risklərinin fərqində olmamasıdır. Həkimlər də, ənənəvi olaraq gənc yaşlı xəstələrdə ürək-damar xəstəlikləri “az və nadirdir” düşüncəsinin caynaqlarından qurtulmalıdırlar".
Ekspert məsləhəti
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın üzvü, həkim-diyetoloq İlqar Şamilovun sözlərinə görə, ürək-damar sistemi xəstəliklərinin artmasının əsas səbəbi insanların sağlam həyat tərzi keçirməməsidir:
“İnsanlar sağlam qidalanmaya, fiziki aktivliyə, keyfiyyətli yuxu rejiminə üstünlük verməli, stressdən uzaq olmalıdırlar. Tövsiyə edirik ki, insanlar keyfiyyətsiz, zərərli yağları rasionlarından uzaq etsinlər”.
İ.Şamilov deyir ki, əvvəlki dövrlərlə müqayisə etsək, indi fiziki aktivliyimiz çox azalıb: “Ölkəmizdə avtomobillərin sayı artıb. Biz A nöqtəsindən B nöqtəsinə getdiyimiz zaman avtomobildən, ictimai nəqliyyatdan çox istifadə edirik. Eyni zamanda, yürüş etməyi, idmanla məşğul olmağı sevmirik. Ürək xəstəliklərinin yaranmaması üçün yuxu rejimi də keyfiyyətli olmalıdır”.
Həkim-diyetoloq deyir ki, stressdən də uzaq olmaq bu xəstəliyin yaranmamasına kömək edir: “Rafinə olunmuş şəkərdən də uzaq olmaq lazımdır. Ürək-damar sistemi xəstəliklərindən uzaq olmaq üçün vətəndaşlar qırmızı ətdən, kolbasa, sosiskadan istifadə etməməlidirlər. Balıq, toyuq əti, mövsümi meyvə və tərəvəzlərdən istifadə edə bilərlər. Ət məhsullarını hazırlayan zaman yağda qızardılmışlara üstünlük verilməməlidir. İnsanlar bunlara əməl etsələr, gələcəkdə bu xəstəlikdən əziyyət çəkməyəcəklər”.
“Hər beş nəfərdən biri stent daşıyıcısıdır”
Qida eksperti Fərid Səfərov vurğulayıb ki, hazırda bəlkə də hər beş nəfərdən biri stent daşıyıcısıdır: “Ürək xəstəliklərinin başlıca səbəblərindən biri düzgün qidalanmamaqdır. Sağlam ürəyə sahib olmaq üçün zeytun yağı, balıq, qoz, badam, fındıq, alma, sarımsaq, pomidor, lobya, noxud, mərci, ispanaq, yaşıl çayı qida rasionunuza mütləq daxil edin. Eyni zamanda, balanslı qidalanmaq, fiziki aktivlik lazımdır”.
Xəbərin oxunma sayı : 1807
Analiz
Xəbərlər
-
Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət müəyyənləşdi - FOTO
-
Paytaxtda daha bir yola sarı tor çəkildi - FOTO
-
“Kiyevin iştirakı olmadan Budapeştdə heç bir görüş olmayacaq“ - Zelenski
-
Agentliyə aparat rəhbəri təyin olundu - İcra başçısının oğludur
-
Müəllimlərin sertifikatlaşdırılması başa çatdı - NƏTİCƏ
-
“Yeni sanksiyalar Rusiyaya təzyiq cəhdidir“ - PUTİN
-
“Turanbank” rəhbərliyi əmanətçinin 100 min dollarını mənimsəyib? – Hüquqşünas baş bankirə məlumat verdi
-
Bu şəxslərin təhsil güzəştləri gələn il də qüvvədə qalacaq - SİYAHI
-
Kiçik mühərrikli avtomobillər hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
Əraqçıdan sərt mesaj: “İranı hədələyənlər növbəti uğursuzluğa gedirlər“
-
“Azparking”dən toplanan pullar hara xərclənir? - AÇIQLAMA
-
Rektor özünə 117 minlik xidməti avtomobil alır? - GDU Xəlilovun şirkəti ilə müqavilə imzaladı
-
Xəstəxananın direktoru xəstə baxıcısını döydürüb? - FOTO/ VİDEO
-
Evləri kirayə verənlərin gəlirlərindən vergi tutulacaq - 10%
-
“Tomohawk” raketlərini Avropa ölkələrindən də ala bilərik“ - Zelenski
-
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi - Əsədov qərar imzalayıb
-
Hibrid avtomobillər bahalanacaq? - Güzəşt ləğv olunur
-
Tibb ixtisası üzrə verilən şəhadatnamə... - Agentlikdən xəbərdarlıq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda kart ovuna çıxan şəbəkə - 78 minlik əməliyyat ifşa olundu
-
5,2 milyon doza dabaq peyvəndi gətiriləcək - MƏBLƏĞ
-
Media subyektlərinə vergi güzəştinin müddəti uzadılır - 3 il
-
Gələn il pensiyalar nə qədər artacaq? - MƏBLƏĞ
-
Erməni əsirliyində olmuş şəxs: “Ruletka” oynayıb Tağını öldürdülər”
-
“Yıxılana balta vurmaq Əli Nağıyevə layiq hərəkət deyil” - Keçmiş nazir
-
Ölkəyə gətirilən mobil telefonlara aksiz vergisi də tətbiq ediləcək - 100 MANAT...
-
Heyvan bazarlarında fəaliyyətlər nə zaman bərpa olunacaq? - Rəsmi açıqlama
-
Tikinti şirkəti su sayğaclarını oğurlatdırır - İddia - VİDEO
-
Milyonlarla borcu var - Mərkəzi Bank AEV-i cərimə etdi
-
Suriyadan altı azərbaycanlı ölkəyə gətirildi - XİN-dən açqılama
-
Neft gəlirləri azalır, vergilər artırılır - 2025 və 2026-cı il büdcə gəlirlərinin müqayisəsi
-
Yüz min manatlıq dələduzluq etmişdi - Hakim cəzasını azaltdı
-
“Səma LTD“ hansı qaydaları pozub? - Maliyyə sanksiyası və cərimə...
-
“Heç bir ərazi güzəşti olmayacaq“ - Zelenski
-
“Vaşinqton bəyannaməsi konkret nəticələr verir“ - Paşinyan
-
Şəmkirdə maskalı basqın - Ev sahibinə xəsarət yetirən şəxs saxlanıldı
-
Həyat yoldaşının səhifəsində narkotiki təbliğ edən video paylaşdı - Bloger həbs edildi
-
Azərbaycanda insanlar arasında dabaq xəstəliyinə yoluxma faktı aşkarlanmayıb - RƏSMİ
-
Narazılıq artır: “Ay AYNA, bizim pullar hara gedir?!“ (VİDEO)
-
Bakının iki rayonundakı qəzalı binaların söküntüsünə başlanılır - ÜNVANLAR
-
İlham Əliyev Macarıstanın Baş nazirinə məktub göndərdi - MƏTN
-
Həmin hadisəyə görə məhkəməlik oldular - Vatsapda ikisi də nalayiq danışıb...
-
“Məsələn, ailənin 5 üzvü var və həmin ailənin...“ - Sosial yardım nə qədər artırılacaq?
-
Sosal sığorta haqqının ödənilməsinə dair dəyişiklik müzakirə mərhələsindədir - RƏSMİ
-
“Hamısına rüşvət vermişəm, kimə istəyirsən, de!“ - “Faktor Lizinq“ sakinlərin evini əlindən alıb?
-
“Tomahawk” raketlərini ukraynalılara öyrətmək üçün uzun müddət lazımdır - Tramp
-
Maşınlarını məktəb işçilərinə yuduzduran Arifə Məmmədova direktor təyin olundu - FOTO
-
Bakıda avtomobildə partlayış olub - Xəsarət alan var
-
ABŞ Rusiya ilə nəticəsi olacaq görüşlərə hazırdır - Rubio
-
İcbari tibbi sığortada dəyişiklik: İşsizlər də gələn ildən ödəniş edəcəklər
-
“Çelsi”, “Liverpul” və “Bavariya”dan böyükhesablı qələbə - Çempionlar Liqası
-
Məşhurlar instaqramda nələr paylaşdılar - FOTOLAR
-
Günəşdə güclü partlayış baş verdi - Maqnit qasırğası ola bilər
-
II Qareginin bir qrup şəxslə erməni kilsəsini ələ keçirib - Paşinyan
-
Azərbaycanın strateji valyuta ehtiyatları artıb - VİDEO
-
“Nə qədər ki, ABŞ əsassız tələblər irəli sürür, İran danışıqlara getməyəcək“ - Əraqçı
-
İmişlidə pambıqyığan kombayn çatışmazlığı yaşanır, məhsul itkiyə gedir - VİDEO
-
Çempionlar Liqası: “Qarabağ“ İspaniyada uduzdu
-
ABŞ Senatı Rusiyaya qarşı - Üç qanun layihəsi müzakirəyə çıxarılır
-
Yeni şəxsiyyət vəsiqəsinin verilməsinə başlanıb: Hansı üstünlükləri olacaq?
-
Qubad İbadoğlunun qardaşının məhkəməsi olub - İki maddə ilə təqsirli bilinir
-
Azərbaycanda 111 qadın taksi sürücüsüdür - Yaxınlarda avtobus da sürəcəklər
-
Putinin rəhbərliyi ilə nüvə qüvvələrinin təlimi keçirildi - VİDEO
-
Nesrin Cavadzadə sevgili kriteriyasını açıqladı: “Qarın əzələsi!“
-
Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş olub - İrəvanda
-
10 aydır itkin düşən kişinin qətlə yetirildiyi məlum olub - Arvadı tutulub
-
Süni intellekt gələcəkdə bütün insanları sıxışdıracaq - İlon Mask
-
Azərbaycan dizeli hansı ölkələrə və neçəyə satıb? - Siyahı
-
Bakıda məşhur iş adamı həbs edildi - Milyonları büdcədən yayındırıb...
-
“Hadisədən əvvəl bir neçə nəfəri cərəyan vurub“ - MƏHKƏMƏ
-
Altı ayda bank kartlarından 800 min manat oğurlanıb - Mərkəzi Bank
-
Bələdiyyə sədrinə “stop“ qoyuldu - Vergi borcu var
-
“Putin G20 sammitində iştirak etməyəcək” - Peskov
-
7 illik vergi güzəşti ləğv olunur - Bu qədər ödəyəcəyik
-
“Ərdoğanla dostluğum NATO-nu xilas etdi“ - Stoltenberq
-
Xəzərdə ciddi təhlükə - Bu ərazilər xəritədən silənə bilər (VİDEO)
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Makron vahid Avropanın ideoloqundan yorucu siyasətçiyə çevrilib” - Politico
-
Rusiya Xarkovdakı uşaq bağçasını bombaladı - Ölü və yaralılar var
-
Ölkəyə TIR-la narkotik gətirdi - Saxlanıldı - VİDEO
-
Mənzil bazarında köpükləmə müşahidə edilmir - Taleh Kazımov
-
Saatlıda yolları vaxtilə “zapçast“ satan şirkət təmir edəcək - 785 minlik müqavilə
-
General-mayora yüksək vəzifə verildi - Bir xidmətdən digərinə keçid oldu
-
“Azərbaycan TRİPP layihəsinin ən qısa zamanda reallaşmasını gözləyir“ - Rəsmi Bakı
-
Prezident Eyyubova “İstiqlal” ordenini təqdim etdi - FOTO
-
Bakıda yaşayış binasında yanğın - 1 nəfər yanaraq öldü
-
Aİ-nin Ukraynadakı səfiri gecəni vanna otağında keçirib - FOTO
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Qanunsuz estetik əməliyyat edən “Dr Gülü” haqqında nə zaman tədbir görüləcək? - VİDEO/FOTO
-
Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi! - FOTO
-
Prezident dabaq xəstəliyi ilə bağlı - Qanunu təsdiqlədi
-
Dövlət Agentliyinin şirkətləri külli miqdarda borca düşüb - SİYAHI
-
İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - Nələr müzakirə olunub?
-
Azərbaycanda mal əti bahalaşdı - Yeni qiymətlər
-
Nazim Qasımov həkim olmayan Nigar Sultanovaya necə şəhadətnamə verib? - Araşdırma
-
Prezident Yaqub Eyyubova “İstiqlal“ ordeni verdi - Sərəncam
-
Ramiz Mehdiyevin çətiri altında olan iş adamları... - Və ya Əziz Quliyev kimdir?
-
Azərbaycan və BƏƏ xüsusi təyinatlılarının birgə təlimi keçirilir - VİDEO
-
Mərkəzi Bank uçot dərəcəsi və faiz dəhlizinin yuxarı həddi barədə qərar verib - Açıqlama
-
Qarabağa getmək üçün rüsum ödəmək lazımdır? - DİN-dən cavab
-
AZAL-ın təyyarəsi İrəvana endi - Uzun fasilədən sonra bir İLK
-
Taksi sürücüləri avtomobilini dəyişəndə nə etməlidirlər? - AYNA-dan açıqlama
-
Nazirliyin kvadratı 435 manata satdığı mənzillər “yoxa çıxıb“ - Açıqlama
-
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
-
Binaların beton arakəsmələri necə olmalıdır? - ARAŞDIRMA
-
7 illik güzəşt müddəti bitir: Vergi faizi nə qədər olacaq?
-
“Noyabrın 1-dən Çinə qarşı 155 faizlik rüsumlar tətbiq ediləcək“ - Tramp
-
Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı - VİDEO
-
Ebru Gündeş xəyanətə görə boşanıb - Murat Özdemir müğənni Elif Buse ilə mesajlaşırmış
-
“Atletik“ə qarşı layiqli mübarizə aparmaq istəyirik - Kevin Medina
-
Sertifikasiyası olmayan 45 nəfər bu cərrahlardır - VİDEO
-
“Euronews” Əliyevaların Vatikan səfərindən reportaj hazırladı - VİDEO
-
Bakıda 1000 şagirdi olan məktəbin işığı yanmır, suyu da gəlmir - VİDEO
-
Tramp Ukrayna müharibəsinin həlli üçün öz prioritetini açıqladı: Söhbət raket tədarükündən getmir
-
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib - VİDEO
-
Deputatdan Ramiz Mehdiyevlə əlaqəsi haqda suala maraqlı cavab: “İkimiz də sovet adamlarıyıq“
-
“Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzindən “möcüzəli dərd”lər artıb - Nazirin, yoxsa icra başçısının bəlası
-
Azərbaycan Ali Məhkəməsinə hakimlər təyin ediləcək - ADLAR
-
“Yaxın gələcəkdə Tramp və Putin arasında görüş nəzərdə tutulmayıb” - Ağ Ev
-
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatıb - VİDEO/FOTO
TOP 10
ARXİV