| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL
Tarix 30.01.26, 13:31 |
|
Bu sualın cavabı nə “kürd açılımı” kimi yumşaq terminlərdə, nə də gündəlik siyasi polemikadadır. Cavab dövlətin təhlükəsizlik rasionalında və zamanlamanın düzgün seçilməsindədir. Son günlərdə Türkiyədə baş verənlər göstərdi ki, Ankara artıq bu mövzuda taktiki manevr mərhələsində deyil, strateji bağlanış mərhələsindədir. Məhz bu nöqtədə CHP yenə prosesi düzgün dəyərləndirə bilmədi.
Türkiyədə təhlükəsizlik məsələləri gündəmə gələndə təkrarlanan bir mənzərə var. Dövlət hərəkətə keçir, sahədə nəticə formalaşır, regional balans dəyişir, müxalifət isə proses başa çatmağa yaxın etik və ideoloji etiraz mərhələsinə keçir. Bu, sadəcə taktiki səhv deyil. Bu, CHP-nin təhlükəsizlik refleksinin struktur olaraq niyə işləmədiyini göstərən problemdir.
Problemin mahiyyəti sadədir: dövlət ağlı ilə müxalifət psixologiyası arasındakı dərin fərq.
Dövlət ağlı təhlükəsizliyi zaman, məkan və güc balansı üzərindən dəyərləndirir. Müxalifət psixologiyası isə onu niyyət oxunuşları, etik kateqoriyalar və keçmiş travmalar prizmasından qiymətləndirir. Bu iki baxış toqquşanda müxalifət demək olar ki, həmişə gecikir.
Son PKK prosesi bu fərqi açıq göstərdi. Türkiyə bu dəfə PKK məsələsinə “danışaq, görək nə olar” məntiqi ilə yox, “bağlayaq və bitsin” rasionalı ilə yanaşdı. Əvvəl regionda məsələ bağlandı, sonra daxili siyasi dil dəyişdi. Suriyada PKK-nın hərbi-siyasi dayaqları faktiki olaraq sıradan çıxarılmadan nə İmralı mövzusu, nə də daxili deeskalasiya gündəmə gələ bilərdi. Bu ardıcıllıq klassik dövlət ağlının işləmə mexanizmidir.
Bu xətt illərdir Rəcəb Tayyib Ərdoğan tərəfindən açıq şəkildə ifadə olunurdu: “Terörle müzakere değil, mücadele edilir.” Bu cümlə çox vaxt şüar kimi təqdim edilsə də, əslində uzunmüddətli strategiyanın xülasəsi idi. Türkiyə əvvəl sahədə mübarizəni apardı, sonra siyasi mərhələyə keçdi. Danışıq zəifliyin yox, üstünlüyün nəticəsi kimi ortaya çıxdı.
Eyni dövlət rasionalı Devlet Baxçalı xəttində də aydın görünür. Baxçalı illərlə PKK ilə bağlı ən sərt mövqeni ifadə etmişdi. Onun son mərhələdə daha ölçülü siyasi dilə keçməsi güzəşt deyil. Bu, təhlükənin sahədə bitdiyinə verilən siyasi təsdiqdir. Dövlət ağlı üçün tabu təhlükə davam edərkən qorunur, təhlükə aradan qalxanda dəyişir.
CHP isə bu mərhələni yenə düzgün dəyərləndirə bilmədi. CHP rəhbərliyinin “masa”, “üniter quruluşun təhlükəsi”, “xəyanət” ritorikası reallığı yox, köhnə qorxuları ifadə edir. Halbuki ortada masa yoxdur. Masa qurulmazdan əvvəl sahə bağlanıb. CHP hələ də danışığı avtomatik zəiflik kimi oxuyur. Dövlət isə danışığı yalnız təhlükə aradan qalxandan sonra mümkün olan texniki mərhələ kimi görür.
Müxalifətin problemi daha dərindir. CHP təhlükəsizliyi hələ də ya ordunun işi, ya da 1990-cı illərin travması kimi dəyərləndirir. Halbuki müasir dövlətdə təhlükəsizlik diplomatiya, regional balans, miqrasiya, enerji xətləri və psixoloji mühitin eyni anda idarə olunmasıdır. Dövlət bu çoxqatlı sistemi yaxşı bilir. Müxalifət isə yalnız səs-küyü görür.
Bu səbəbdən CHP təhlükəsizlik məsələlərində həmişə reaktiv mövqedə qalır. Proses başlayanda etiraz edir, proses bitəndə “biz demişdik” deyir. Amma təhlükəsizlik sahəsində haqlı olmaq kifayət deyil. Vaxtında haqlı olmaq lazımdır.
DEM Partisi və İmralı ilə bağlı təmaslar da bu kontekstdə yanlış yozulur. Burada məqsəd PKK-nı legitimləşdirmək deyil. Əksinə, onun ideoloji dayaqlarını boşaltmaqdır. Silahlı gücü sahədə qalmayan bir təşkilat üçün ideoloji mərkəzin təsiri də tədricən mənasızlaşır. Ankara məhz bu mərhələni idarə edir.
Beləliklə, Türkiyə PKK-ni indi bağlayır, çünki ilk dəfə olaraq eyni anda üç şərt ödənib: regional hərbi dayaqlar dağıdılıb, daxili təhlükəsizlik balansı qurulub və siyasi risklər idarəolunan səviyyəyə enib. Bu, açılım deyil. Bu, bağlanış mərhələsidir.
Türkiyə siyasətində paradoksal bir reallıq var. Müxalifət demokratiya, hüquq, iqtisadiyyat və sosial ədalət mövzularında danışa bilir, amma təhlükəsizlik məsələsinə gələndə dili tutulur. Ya susur, ya gecikir, ya da reallıqla əlaqəsi olmayan ittihamlar səsləndirir. Bunun səbəbi təkcə iqtidarın gücü deyil. Əsas səbəb müxalifətin təhlükəsizlik anlayışını hələ də yanlış yerdə axtarmasıdır.
Nəticə etibarilə, bu proses nə romantik sülh axtarışıdır, nə də keçmişin təkrarı. Bu, dövlətin problemi bağlama cəhdidir. CHP bu reallığı duymadığı üçün yenə kənarda qalır. Ərdoğan və Baxçalı isə fərqli siyasi köklərdən gəlsələr də, eyni dövlət ağlında kəsişirlər. Və məhz buna görə proses irəliləyir, ittihamlar isə havada qalır.
Elbəyi Həsənli
Sürix
Xəbərin oxunma sayı : 1513
Analiz
Xəbərlər
-
Yeni Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
-
Tale Heydərov işində fantastik məbləğ - Tanınmış iş adamı axtarışa verildi
-
Bu məhsulların qiyməti bahalaçdı - 20 manata olan 25 manata…
-
ABŞ-ın ən ölümcül desant gəmisi: USS Tripoli-nin saxlanması nə qədər başa gəlir?
-
TƏBİB siqnalizasiya sisteminin təmiri üçün pul ayırmadı - 7 körpənin öldüyü yanğın
-
Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?
-
Samir Rzayev AZAL-ı milli pilotlardan təmizləyir - ŞİKAYƏT
-
“İrana qarşı bu ölkə də əməliyyatlara qoşula bilər“ - ABŞ nəşri
-
Nazir bu institutun xanım direktorunu vəzifəsindən azad etdi - FOTO
-
Dünya Çempionatında iştirak edəcək ölkələr bəlli oldu - SİYAHI
-
Pakistan və Çindən müharibə xəbərdarlığı: Dünyaya elan etdilər
-
Azərbaycan neftinin qiyməti 132 dolları ötdü - Dörd ilin rekordu
-
Xətai rayonunda ər və arvad kirayə qaldığı evdə ölüb - Dəm qazından
-
Bəzi ərazilərdə sürüşmə prosesi aktivləşib - Hansı tədbirlər görülür?
-
ADSEA 41 milyon manatı Sumqayıtda hara xərcləyib? - VİDEO
-
“Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar“ - MTK və vətəndaş arasında qalmaqal
-
Rusiyanın “An-26“ təyyarəsi qayaya çırpılıb: 29 nəfər həlak olub
-
Azərbaycanda elektron siqaretlər qadağan olunur - Bu gündən
-
Xocalı soyqırımı erməni vəhşiliyinin bariz nümunəsidir
-
31 Mart tarixi yaddaşlara həkk olunan qanlı soyqırım
-
Türkiyə millisi dünya çempionatında - 24 ildən sonra
-
Azərbaycanlı müğənni hər kəsdən gizlin özünə dəbdəbəli toy etdi - VİDEO
-
“Dark Lounge & Bar“ restoranı sakinlərin yaşayışını kabusa çevirb - VİDEO
-
NATO-nun gələcəyini münaqişədən sonra Tramp müəyyən edəcək - Pit Heqset
-
Məzahir Pənahovun oğlu keçmiş həyat yoldaşına bu əmlakları qaytaracaq - SİYAHI
-
Bakıda tunelin istinad divarında çatlar əmələ gəlib - VİDEO
-
“Hörmüz boğazını o ölkələr özləri gedib açsınlar...“ - Tramp
-
Nəsimi rayonunda tikinti özbaşınalığı - “Bir mərtəbə dedilər, üçünü tikdilər“
-
Yağış Xırdalanda ciddi fəsadlara yol açıb - VİDEO
-
Bakının iki rayonunda qaz olmayacaq - “Azəriqaz“ məlumat yayıb
-
“Aİ-nın ABŞ-İsrail cinayətləri qarşısında sükutu təəssüf doğurur“ - Pezeşkian
-
Onlarla avtomobilə ziyan dəyib - Zərəri kim ödəməlidir? (VİDEO)
-
İcbari Tibbi Sığorta Agentliyi nazirliyə verildi - Nə dəyişəcək?
-
Binəqədidə obyektdə partlayış oldu, xəsarət alan var - VİDEO
-
SEPAH xəbərdarlıq etdi - ABŞ-a bağlı İT şirkətlərini vuracaq
-
19 yaşlı qız üzündən bıçaqlandı - Dayısı oğlu saxlanıldı
-
Aİ hökumətlərə xəbərdarlıq etdi: Yanacaq təchizatında uzunmüddətli fasilə...
-
“Çek çap edib satırdılar” - Nazirliyə qarşı fırıldaq
-
Varlı ərəb ölkələri müharibədən nə qədər itirir? - İşsizlik artır, ÜDM azalır
-
ABŞ müttəfiqlərini meydanda tək qoydu - “Sizə kömək etməyəcəyik“
-
Ermənilər tarixin müxtəlif mərhələlərində soydaşlarımıza qarşı etnik təmizləmə,deportasiya və soyqırımı həyata keçirmişlər
-
Qaz çıxarışsız evlərə gəlir? - Həmin qayda ilə bağlı açıqlama
-
İran ordusunun Baş Qərargah rəisinin müşaviri öldürülüb - SEPAH
-
Azərbaycanın bu su hövzələrində balıq ovu qadağan edilir - Sabahdan
-
Nazirlikdən xəbərdarlıq: Ağdərədə partlayışlar olacaq
-
“Yaxın günlər həlledici olacaq və İran bunu bilir“ - Heqset
-
Zaur Əliyevlə birlikdə bu məmurlar da vəzifəsiz qalıb - FOTO
-
Mayda 2 bayram bir gündə - 14 gün iş olmayacaq
-
Paşinyan Putinlə görüş üçün Moskvaya gedir - Strateji tərəfdaşlıq müzakirə olunacaq
-
Xarici media subyektlərinin filiallarına dair tələblər müəyyənləşib - QƏRAR
-
Hacı İbrahimin dövlətə borcu 69 min manat artıb - 800 minə yaxınlaşır
-
Çinin konteyner gəmiləri Hörmüzdən keçiblər - XİN açıqlama yaydı
-
Tanınmış baş həkim qastroenteroloq yox, pediatr imiş... - Ciddi nöqsanlar aşkarlandı
-
Ağcabədidə qanunazid toy: Bələdiyyə sədrinin bacısı uşaqları evləndilər
-
Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? - VİDEO
-
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
-
31 Mart soyqırımı insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdəndir
-
“Patent haqqında“ qanun dəyişdi - Prezident təsdiqlədi
-
“Tramp Ukrayna ordusunun Donbasdan çıxarılmasını tələb edir“ - Zelenski
-
ETSN-in bəzi səlahiyyətləri ADSEA-ya verildi - SƏRƏNCAM
-
Bakıda yağan rekord yağışların səbəbi müharibədir? - Alimdən sensasion açıqlama
-
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
-
İsrail terrorçuları edam edəcək - Qanun qəbul edildi
-
29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı? - VİDEO
-
Nazir 15 il rəis işləyən polkovniki işdən çıxardı - Yeni təyinat (FOTO)
-
Alimləri narahat edən kosmik fenomen: Nəhəng meteoritlər çoxalır
-
İsmayıl Qaani həftələr sonra ortaya çıxdı - Casusluqda ittiham olunduğu iddia edilirdi
-
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
-
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
-
Tramp ərəb ölkələrinə çağırış etmək niyyətindədir - Hərbi xərclərə görə
-
Daha bir İcra Hakimiyyətində kütləvi ixtisar: 46 nəfər işsiz qaldı
-
Azərbaycan nefti daha 7 dollar qalxdı - Qara qızıl 128 dollara satılır
-
Nəsimi rayonunda “Koala Park“ ərazisində ağaclar kəsilərək tikinti aparılır - VİDEO
-
Prezident 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib - FOTO
-
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı
-
Masazır qəbiristanlığında yer üçün vətəndaşlardan yüksək pul tələb olunur? - VİDEO
-
“Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm” - Mehriban Əliyeva
-
Toy etmək istəyənlərin nəzərinə:Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama - VİDEO
-
ABŞ Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi texnologiyalarını verməyi düşünür - “Bloomberg“
-
Daşkəsəndə bir ay əvvəl uçan binanın damı niyə təmir edilməyib? - VİDEO
-
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
-
Azərbaycan və İran XİN rəhbərləri telefonda danışdı - Müzakirə
-
İmtahandan kəsilən gənc anasını çəkiclə vurub öldürəndən sonra özünü yandırdı - VİDEO
-
Göl yağış sularından daşdı, çoxlu sayda balıq əraziyə töküldü - VİDEO
-
Mahmudovların “mənzil əməliyyatı“... - Keçmiş MTN şefi yenidən qanunlara meydan oxuyur?
-
İran “Dəmir Qübbə“ hazırlanan mərkəzləri vurdu - PUA -larla hücum edib
-
Bakı-Qazax yolundakı çuxurların ziyan vurduğu avtomobillərin aqibəti necə olacaq? - VİDEO
-
FIFA Series-2026:Azərbaycan millisi turnirinin qalibi olub
-
“ABŞ İranın Hörmüz üzərində nəzarət qurmasına imkan verməyəcək“ - Rubio
-
İrana dərman gətirən mülki təyyarə vurulub - Mülki Aviasiya Təşkilatı bəyanat yaydı
-
Masazırda təhlükəli vəziyyət: əsas yolun bir hissəsi uçub, sakinlər kömək gözləyir - Video
-
İran Yunanıstana xəbərdarlıq edib: ABŞ və İsrailə dəstək verməyin...
-
Ayxan Abbasov milli ilə müqaviləsindən danışdı - “Yayda bilinəcək”
-
Emre Altuğdan Roza Zərgərliyə səhnədə sürpriz - VİDEO
-
Keşyu fındığı Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı
-
Paşinyana kilsədə hücum etdilər - Qarşıdurma yarandı (VİDEO)
-
ABŞ Xark adasına hücum etsə, İran hədəf dairəsini genişləndirəcək - SƏFİR
-
3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri - Həbsdə qaldı
-
İran Heydərovlara məxsus rezidensiyanı vurdu - Nicat Heydərov təxliyə edildi
-
Sabah Rasim BalayevIə vida mərasimi keçiriləcək - I Fəxri Xiyabanda dəfn ediləcək
-
Bakının kanalizasiya və su probleminin həlli: Nələr edilib və nələr nəzərdə tutulur?
-
Evinə qonaq gələn qayınanasının mənzilinə gedib oğurluq etdi - Tutuldu
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Qonşusunun qızıllarını talayıb satdı - Pulu ilə istirahətə getdi
-
ABŞ-nın 5-ci Dəniz Donanması hədəfə alınıb - İsrailin 3 şəhəri bombalanıb
-
Şabranda yağış körpüləri dağıtdı - bu kəndlərin rayonla əlaqəsi kəsildi
-
Eldar Əzizov müşavirə keçirib - İcra başçılarının şəxsi məsuliyyət daşıdığı bildirilib
-
Nəsimidən Babəkə ucalan zirvə: Rasim Balayevin həyat DOSYESİ
-
“Rusiya hələ Sülh Şurasına qoşulmaq barədə qərar verməyib” - Peskov
-
Prezident Cəmil Əliyevi “İstiqlal” ordeni ilə təltif edib - Sərəncam
-
Evinizi su basanda bu səhvi etməyin - Həyati təhlükə yaradır
-
“Rusiya yavaşlamır və müharibəni davam etdirməyi hədəfləyir“ - Zelenski
-
Polisdən daha bir əməliyyat - 21 kiloqramdan çox narkotik aşkarlandı
-
“ABŞ gizli şəkildə İrana quru əməliyyatı planlaşdırır” - Qalibaf
-
“Qarabağ“ daha bir legioner gətirdi - Nigeriyadan
-
Misir qənaət rejiminə keçdi: Yanacaq istifadəsinə ciddi məhdudiyyətlər
-
Rayonlara yağış və qar yağacaq - Sabahın hava proqnozu
-
Polis əməliyyat keçirdi - 17 nəfər saxlanıldı
-
Maduro ilk dəfə Venesuela xalqına müraciət etdi - Həbsaxanadan
-
Çində yığılmış yarım milyon “Toyota“ geri çağırılacaq: Ciddi qüsur aşkarlandı
TOP 10
ARXİV






