| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Aralıq dənizində Türkiyəni narahat edən əməkdaşlıq - Fransa niyə diqqətini Kiprə yönəldib?
Tarix 14.06.26, 12:19 |
|
Son illər beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, Yaxın Şərqdə davam edən münaqişələr və Şərqi Aralıq dənizində geosiyasi rəqabətin güclənməsi Fransanı regionda daha fəal siyasət yürütməyə sövq edir. Paris Afrika qitəsində, xüsusilə Sahel bölgəsində təsir imkanlarının zəifləməsi fonunda yeni strateji dayaqlar axtarır. Bu baxımdan Kipr Fransanın diqqət mərkəzinə düşüb. Həftənin ən önəmli hadisələrindən biri Fransa ilə yunan Kipri arasında imzalanan hərbi əməkdaşlıq və SOFA (Status of Forces Agreement) sazişi olub. Bu, Parisin Şərqi Aralıq dənizi və Yaxın Şərq strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Qərb mediası yazır ki, imzalanan yeni saziş Fransa hərbi qüvvələrinin Kipr ərazisində fəaliyyətinə hüquqi baza yaradır. Sənəd Fransa ordusunun adada yerləşdirilməsi, təlimlər keçirməsi, hərbi infrastrukturdan istifadə etməsi və birgə əməliyyatlarda iştirakını tənzimləyir.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Yaxın Şərqə çıxış üçün mühüm platforma
Əvvəllər yunan Kipri ilə Fransa arasındakı əməkdaşlıq əsasən hərbi təlimlər və dəniz qüvvələrinin müvəqqəti səfərləri ilə məhdudlaşırdısa, indi münasibətlər daha sistemli və institusional xarakter alır.
Aralıq dənizində Türkiyəni narahat edən əməkdaşlıq - Fransa niyə diqqətini Kiprə yönəldib?
Kipr coğrafi baxımdan Avropa, Asiya və Afrika qitələrinin kəsişməsində yerləşir. Ada Livan, Suriya, İsrail və Misirə yaxınlığı ilə Yaxın Şərqə çıxış üçün mühüm platforma hesab olunur. Son illərdə bölgədə baş verən hadisələr - Qəzza müharibəsi, İran-İsrail qarşıdurması, Suriyadakı qeyri-sabitlik və enerji resursları uğrunda rəqabət - adanın strateji əhəmiyyətini daha da artırıb. Fransanın müdafiə naziri Ketrin Votren də Kipri Fransanın Şərqi Aralıq dənizi və Yaxın Şərqdəki hərbi əməliyyatları üçün mühüm dəstək nöqtəsi kimi xarakterizə edib.
Kipr-Fransa yaxınlaşmasının arxa planı
Son illərdə Kipr Respublikası ilə Fransa arasında münasibətlər nəzərəçarpacaq dərəcədə dərinləşib. Bu yaxınlaşmanın əsas səbəbləri Şərqi Aralıq dənizində təhlükəsizlik məsələləri, enerji layihələri, Aİ çərçivəsində əməkdaşlıq və regional geosiyasi maraqlardır. Ən mühüm istiqamətlərdən biri hərbi-siyasi əməkdaşlıqdır. Tərəflər dəniz təhlükəsizliyi, axtarış-xilasetmə əməliyyatları, pilotsuz uçuş aparatları və xüsusi təyinatlı qüvvələrin hazırlığı sahələrində əməkdaşlıq edirlər. 2025-ci ilin sonunda Fransa Prezidenti Emmanuel Makron və Kipr Prezidenti Nikos Xristodulidis iki ölkə arasında Strateji Tərəfdaşlıq Sazişi imzalayaraq münasibətləri yeni mərhələyə yüksəldiblər.

Yunan Kipri ilə müdafiə əməkdaşlığı yeni mövzu deyil
Xatırladaq ki, Fransa ilə yunan Kipri arasında müdafiə əməkdaşlığı yeni deyil. Hələ 2017-ci ildə imzalanmış və 2020-ci ildə qüvvəyə minmiş müdafiə sazişi bir çox məsələləri əhatə edirdi. 2025-ci ilin sonlarında Parisdə imzalanmış Strateji Tərəfdaşlıq Sazişi və 2026-2030-cu illəri əhatə edən fəaliyyət planı Fransa-Kipr münasibətlərini sadəcə müdafiə əməkdaşlığından çıxararaq geniş təhlükəsizlik ittifaqına çevirmək istiqamətində mühüm addım olub. Bu çərçivədə Mari hərbi-dəniz bazasının genişləndirilməsi və Fransa hərbi gəmilərinin Şərqi Aralıq dənizində daimi mövcudluğu üçün şərait yaradılması nəzərdə tutulur.
Paris ada vasitəsilə Livan, Suriya, İsrail, Misir və Süveyş istiqamətində hərbi-logistika imkanlarını genişləndirmək niyyətindədir.

Türkiyə və Şimali Kipr narahatdır
Geosiyasi baxımdan bu saziş Şərqi Aralıq dənizində qüvvələr balansına təsir göstərə biləcək addım kimi qiymətləndirilir. Türkiyə və Şimali Kipr haqlı olaraq sənədi tənqid edərək bunun regional gərginliyi artıra biləcəyini bildiriblər. Fransa-Kipr yaxınlaşmasının ən çox diqqət çəkən tərəflərindən biri onun Türkiyə ilə əlaqələrə təsiridir. Ankara uzun illərdir Kipr məsələsində öz mövqeyini qoruyur və Şərqi Aralıq dənizində enerji yataqları ətrafında yaranmış mübahisələrdə aktiv iştirak edir. Şimali Kipr Türk Respublikası sazişi narahatlıqla qarşılayaraq bildirib ki, belə təşəbbüslər adadakı iki icma arasında balansı poza və həll prosesinə mənfi təsir göstərə bilər. Baş nazir Ünal Üstel sazişin təkcə türk kiprlilərin deyil, uzunmüddətli perspektivdə yunan kiprlilərin də təhlükəsizliyi üçün risk yaratdığını bəyan edib. O, Fransanın bölgədə hərbi nüfuzunu genişləndirməyə çalışdığını və bunun Şərqi Aralıq dənizindəki həssas tarazlığı poza biləcəyini vurğulayıb. Ankaranın əsas etirazlarından biri ondan ibarətdir ki, Kipr məsələsi hələ də həll olunmamış qalır və adadakı türk icmasının razılığı olmadan atılan birtərəfli addımlar yeni gərginlik mənbəyi yarada bilər. Türkiyə hesab edir ki, Cənubi Kipr bütün adanı təmsil edən yeganə tərəf kimi davranaraq hərbi sazişlər imzaladıqda, bu vəziyyət Şimali Kiprin hüquq və maraqlarını nəzərə almır. Parisin həm Yunanıstan, həm də Kiprlə müdafiə əməkdaşlığını genişləndirməsi regionda yeni bloklaşma təəssüratı yaradır. Bu isə NATO müttəfiqləri arasında əlavə fikir ayrılıqlarına səbəb ola bilər. Türkiyənin mövqeyinə görə, bölgənin təhlükəsizliyi xarici hərbi qüvvələrin sayını artırmaqla deyil, bütün tərəflərin iştirak etdiyi dialoq və əməkdaşlıq mexanizmləri ilə təmin olunmalıdır.
Fransa və Kipr rəsmiləri isə əməkdaşlığın heç bir ölkəyə qarşı yönəlmədiyini, əsas məqsədin regional təhlükəsizlik, beynəlxalq hüquq və dəniz naviqasiyasının qorunması olduğunu vurğulayırlar.
Proseslər göstərir ki, Afrika qitəsində itirilən mövqelərin kompensasiya edilməsi, Aİ-də liderlik ambisiyalarının gücləndirilməsi və Yaxın Şərqdə təsir imkanlarının genişləndirilməsi Parisin əsas məqsədləri sırasındadır.
Xəbərin oxunma sayı : 1321
Analiz
Xəbərlər
-
Azərbaycan orta illik inflyasiya ilə bağlı proqnozunu yenilədi - Artım var
-
Nazirliklər işçi axtarır: Dörd min manata yaxın maaş
-
Qeyri-kommersiya təşkilatları, yaradılması və formaları - Qanun nə deyir?
-
Trampın “milyarderlər ordusu“... - 100 milyondan çox sərvəti olan məmurlar
-
Mətbuat Şurasından sərt xəbərdarlıq: “Təhqir və təhdidlər yolverilməzdir”
-
Hansı rayonda nə qədər sosial yardıma ehtiyacı olan şəxs var? - Siyahı
-
Bu rayonlardan Bakıya gələnlərə pis xəbər - Qadağa qoyula bilər
-
Azərbaycandan qaçan hərbçi Rusiyada tutuldu - Geri qaytarılacaq
-
İki uşağı əlindən alınan ana övladlarına qovuşdu - FOTO
-
Bağlarda təhlükəli vəziyyət: Fermerlər çıxış yolu axtarırlar (VİDEO)
-
Valideynlərin məktəb xərcləri yenidən artır - Açıqlama
-
Moskvaya son iki ilin ən böyük hücumu edildi - VİDEO
-
Hörmüz boğazında gəmiyə hücum edilib - Ekipaj üzvü həlak olub
-
“Qırmızı Körpü“ sərhəd-keçid məntəqəsində nə baş verir? - VİDEO
-
Tovuzda su kanalından iki meyit aşkarlandı - FOTOLAR
-
Vətəndaş “Xalq 11“ lizinq şirkətindən şikayətçidir - VİDEO
-
Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov
-
Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi
-
Mənzili qeyri-yaşayış sahəsinə çevirmək istəyənlərə XƏBƏRDARLIQ
-
Rusiya Ali Məhkəməsində qarşıdurma - 70-dən çox saxlanılan var
-
Şəmkirdə ağır qəzası - Ölənlərin sayı 5-ə çatdı
-
Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO
-
Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi - Siyahı
-
Son 5 ildə Azərbaycanda doğum sayı kəskin azalıb - Statistika
-
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarətdə əsas tərəfdaşları - CƏDVƏL
-
700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?
-
Bu siyahıda 36-cı yerdəyik - Ölkələrin reytinqi açıqlandı
-
Azərbaycan rusiyalı jurnalistləri və nazir müşavirini axtarışa verdi - Terror və zorakılığa çağırış
-
Ermənistanda şaftalı böhranı - Fermerlər yolu bağladı
-
Bakıda Böyükşor gölü niyə yaşıl rəngə boyanıb? - AÇIQLAMA
-
“Nəticə olmasa, Tehran regionda gərginliyi artıracaq“ - İran rəsmisi
-
Elvin Cəfərquliyev zədələndi - İki həftə olmayacaq
-
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı - Yeni təyinatlar
-
Narkotik qaçaqmalçılığına görə saxlanıldı - Azərbaycana ekstradisiya edildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Tramp Tehrana son nöqtəni qoydu: “İran heç vaxt nüvə silahına sahib olmayacaq“
-
Azərbaycan əhalisinin sayı açıqlanıb - Doğulanlar, ölənlər. boşanmalar...
-
Bu bölgədə aylar və həftələr yoxdur - Vaxtı belə hesablayırlar
-
İran AzTV-yə danışan məmurları həbs edəcək - Tehranda yeni qanun
-
Azərbaycan neftini ən çox hansı ölkələr alır? - SİYAHI
-
Daxil Kərimov özünü və Əlixan Şirvanovu necə qorudu? - Nazirin rolu olub?
-
Ərzaq məhsulları xaricdən Azərbaycana neçəyə gətirilir? - Qiymətlər
-
Rəis müavini həbs edildi - Rüşvət almaqda təqsirləndirilir
-
DİN əməliyyat keçirib - Kiberdələduzluq edən 8 nəfər saxlanılıb (VİDEO)
-
Vüsal Nəsirli məşhur müğənninin qardaşına yüksək vəzifə verdi - FOTO
-
Azərbaycanlı futbolçu özünə xəsarət yetirdi - Karyerası bitə bilər
-
Dövlət mülkiyyətinə keçirilmiş nəqliyyat vasitələri hərraca çıxarılır - Qiymətlər
-
“Milla” dondurmasından kif çıxdı - FOTO
-
“Avropa Birliyi itirən tərəf olacaq, Türkiyə yox” - Ərdoğan
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabaha olan hava proqnozu
-
Prezidentin yeni rütbə verdiyi sərhədçilər kimdir? - DOSYE
-
Kobaxidze tezliklə Moskvada kapitulyasiya sazişini imzalayacaq - Saakaşvili
-
Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər - Qiymət dəyişəcək?
-
Prezident bu hərbçilərə general rütbəsi verdi - Sərəncam
-
DSX-nin hərbi qulluqçuları təltif edildi - SİYAHI
-
Agentlik sədri özünə yeni müşavir təyin etdi - FOTO
-
Prezidentə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim olundu - FOTO
-
Rusiya NATO-nu hədəfə alan gizli dron şəbəkəsi qurdu - “The Telegraph“
-
Ötən həftə 46 nəfər xilas edildi - 10-u azyaşlıdır - Video
-
Zakir Həsənovla Elçin Quliyev generalın dəfnində - Fotolar
-
ABŞ Kuşnerin Misir səfərinin təfərrüatlarını açıqladı - HƏMAS liderləri ilə görüşmüşdü
-
Generallar Şükür Həmidovun qızının toyunda rəqs etdilər - VİDEO
-
İkinci əl maşın bazarında nə baş verir? - Qiymət indeksinin təhlili açıqlandı
-
Avropa İttifaqı Rusiyaya qarşı ən böyük sanksiya paketi hazırlayır - Kallas
-
Qiymətli kağızlar bazarı 32 faiz kiçildi: Nə baş verir?
-
İranın dəhşətli müharibə hazırlığı üzə çıxdı: Bölgəni cəhənnəmə çevirmək və...
-
Maşın bazarlarında durğunluq yaşanır - Alıcılar isə qiymətlərin yüksək olmasından narazıdırlar
-
Böyük Qayıdış davam edir - Şuşa və Xocavəndə növbəti köç
-
“Həyat yoldaşıma corab geyindirməyə vaxtım yoxdur“ - Xuraman
-
“ABŞ Yaxın Şərqdəki bazalarını əvvəlki vəziyyətinə qaytara bilməyəcək“ - İran generalı
-
Bakıda saxta adla böyük oyun - İz deputat Rafailova aparır
-
Masazırda spirtli içki üstündə insident - Saxlanılan var
-
Göyçayda kanalın yarılması Ucarda su çatışmazlığı problemi yaradıb - VİDEO
-
Ronaldo karyerasını bitirəcəyinə işarə etdi: “Bu, yəqin ki, son ilimdir”
-
“Əlimdə otel görüntülərin var, paylaşım?” - Damlanın prodüseri + FOTO
-
Azərbaycan niyə Gürcüstandan qoyun alır? - Yerli istehsalda ciddi problemlər
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirilib - VİDEO
-
Tramp gizli şəkildə SEPAH-la əlaqə saxlayıb - “Axios“
-
Səkkiz ay əvvəl qəzalı vəziyyətə düşmüş körpü hələ də bərpa edilməyib - VİDEO
-
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - VİDEO
-
ABŞ-ın Körfəz müttəfiqlərində Vaşinqtondan narazılıq pik həddə çatıb - The Washington Post
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Bakıdan bu istiqamətə axın başladı - Sentyabrda nə olacaq?
-
“Tərəflər hələlik əhəmiyyətli irəliləyiş əldə etməyiblər” - “Axios”
-
Elektromobillərin görünməyən sirri - Alimlər sağlamlıqla bağlı son həqiqətləri açıqladı
-
“Yıxılıb ölsəm, ev göydə qalacaq” - Sakinlərin çıxarış dərdi (VİDEO)
-
Moskvada Ermənistanın səs hüququ əlindən alına bilər - KTMT Baş katibindən sərt bəyanat
-
Neçə ballıq zəlzələ insan həyatı üçün təhlükəlidir? - ARAŞDIRMA
-
İran ABŞ və İsrailə qarşı müharibədə üstünlük əldə edib - Qalibaf
-
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: “Nə maşın var, nə də pul“ (VİDEO)
-
Partiya sədrinin 300 milyonluq sərvəti üzə çıxdı - Bir motosikletə sahib olduğunu açıqlamışdı...
-
Bu avtobuslar gecə saat 12-yə qədər işləyəcək - VİDEO
-
İran ABŞ hərbçilərinin başına mükafat qoydu - 30 min dollar
-
Azərbaycan ordusunda andiçmə mərasimləri keçiridi - VİDEO
-
Bakı-Qazax yolunda qəza - 1 tona yaxın yanacaq yola töküldü
-
Mənzil almaq niyə getdikcə çətinləşir? - Ekspert bütün suallara cavab verdi
-
Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi antirekord həddə
-
Omanla Hörmüzdə gəmiçilik xəritəsini razılaşdırmışıq - Tehran
-
Yağış yağacaq, külək əsəcək – Sabahın havası
-
Pensiyaların verilmə tarixi dəyişir? - 10 GÜN FƏRQ…
-
Daş karxanasında bədbəxt hadisə - 65 yaşlı kişi öldü
-
Türkiyədə təriqət lideri həbs edildi - Nədə ittiham olunur?
-
Maxaçev həm titulunu qorudu, həm rekord vurdu
-
Evlilik təklifi alanda yalnız bir şey istədim - Məlahət Abbasova
-
“Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - VİDEO
-
Yağış, şimşək, duman... - Faktiki hava açıqlandı
-
Arıqlamaq üçün edilən bu üsul risklidir - Professor xəbərdarlıq etdi
-
Sakinləri ziyana salan hadisə: “Zülmlə almışdıq, bizim günahımız nədir?!“ – VİDEO
-
CENTCOM Yaxın Şərq xəritəsini dəyişib - FOTO
-
Paytaxtda bazarlar sıxışdırılır: Fermerlə alıcının arasına kim girir?
-
Adınıza xəbəriniz olmadan kredit götürə bilərlər - Ekspert xəbərdarlıq etdi
-
İtkin düşən üç iranlı pilot tapıldı - Qətər əsir götürübmüş
-
Tiktok-da xəstəyə yığdığı yardımı özünə götürdü - Tutuldu
-
Polis Bakıda əməliyyat keçirdi: Saxlanılan var (VİDEO)
-
Həbs qərarını eşidib məhkəmə zalından qaçdı - Hələ də tapılmır
-
“Bunu bir sınaq dövrü kimi qəbul edirik“ - Metropoliten rəsmisi
-
Azərbaycanlı müğənni döyüldü - 20 Yanvar dairəsində
-
“The Guardian“ dəhşətli həqiqəti açdı: Rusiya ordusunda kütləvi canlı qüvvə qıtlığı başladı
-
Əhalinin banklara olan kredit borcu 10 milyard manata çatır – Siyahı
TOP 10
ARXİV






