Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Qazın qiyməti kəskin bahalaşdı - Müharibəyə görə

Tarix 09.03.26, 17:33

Font ölçüsü : - / +
bitmap-img6


Qlobal enerji təchizatı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında ticarət gəmiçiliyinin demək olar ki dayanması və Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) obyektində istehsalın dayanması Avropada qaz qiymətlərinin sürətlə artmasına səbəb olub.

Avropanın əsas qaz ticarət platforması olan TTF-də fevralın 27-də (ABŞ və İsrailin İrana hücumlarından əvvəl) aprel fyuçersləri üzrə qazın qiyməti meqavat-saat üçün 31,95 avro təşkil edirdisə, Yaxın Şərqdə müharibə fonunda ötən bir həftədə qiymətlər 67% artaraq 53,4 avroya yüksəlib. Bu gün Bakı vaxtı ilə saat 11:00-də isə 68,5 avroya qədər artıb.

Beləliklə, qiymətlər birjanın açılışında ötən həftənin cümə günü qeydə alınan bağlanış səviyyəsi ilə müqayisədə 28,5% yüksəlib.

Eyni zamanda Avropanın qaz anbarlarında doluluq səviyyəsinin 30%-dən aşağı düşməsi də qiymətlər üzərində əlavə yüksəliş təzyiqi yaradır.

Qeyd edək ki, dünyada LNG ixracının təxminən 20%-i Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Dünyanın ən böyük LNG ixracatçılarından biri olan Qətərin ixrac etdiyi mayeləşdirilmiş qazın isə təxminən 93%-i bu marşrutla beynəlxalq bazarlara çatdırılır.

Məlumata görə, İran tərəfindən Hörmüz boğazından keçən, xüsusilə ABŞ və İsraillə əlaqəli ticarət gəmilərinə hücumlardan sonra 7 mart tarixinə qədər boğazdan yalnız bir gəmi keçə bilib, neft və ya LNG daşımaları isə faktiki olaraq həyata keçirilməyib./Apa



Xəbərin oxunma sayı : 1438




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap