“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Tarix 07.05.24, 10:13

Font ölçüsü : - / +
bitmap-img6


Ölkəmiz dünya pasportlarının reytinq cədvəlində 58-ci yerdə qərarlaşıb.

Bu reytinqə görə, 40-a yaxın ölkə Azərbaycan Respublikası pasport sahibləri üçün vizasızdır, 46 ölkədə isə viza gəldikdən sonra əldə edilə bilər. 155 ölkədə isə viza öncədən tələb olunur. Ölkəmizin reytinqdəki mobillik balı isə 82-dir.

Vizasız gedə biləcəyimiz ölkələrin sayı isə getdikcə artır. İlin əvvəlində Azərbaycan Albaniya və Mərakəşlə ümumvətəndaş passportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə saziş imzalayıb.

Turizm eksperti Ceyhun Aşurov deyir ki, insanlar daha çox turistik məhdudiyyətlərin sayı minimum olan, viza tətbiqi olmayan və ya rahat olan ölkələrə səfər edirlər. Bu səbəbdən viza tələbi olmayan  ölkələrin sayının artması çox vacibdir.

Turizm eksperitinin sözlərinə görə, quru sərhədlərinin bağlı olmasına baxmayarq ilin ilk 3 ayında ölkəyə gələn turistlərin sayında 40% artım müşahidə edilib.

Bir sözlə, viza tələbi olmayanda viza rüsumu da olmur. Belə olanda isə turizm şirkətləri vətəndaşdan əlavə pul ala bilmir. Beləcə turpaketlərin qiyməti də aşağı düşür.

Statistikaya görə, ötən il Azərbaycan vətəndaşlarının ən çox ziyarət etdiyi ölkə qardaş Türkiyə olub.

Qeyd edək ki, Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilib.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunda əksini tapıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Xəbərin oxunma sayı : 514




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap