|
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Milli Məclis buraxıldı, növbədənkənar seçkilər təyin olundu- SƏRƏNCAM
Müdafiə Nazirliyindən yeni müharibə xəbərdarlığı - “Məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq“
Çin NATO pilotlarını “oğurlayır” – Pekin Tayvana qarşı müharibəyə hazırlaşır
“Bu halda sülh sazişinin bağlanması mümkün deyil“ - Prezident nöqtəni qoydu
Mərkəzi Bank 5 ayda 3 milyard dollar satıb – Devalvasiya ola bilərmi?
“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - ŞOK FAKTLAR
“Atlant”ın sahibi Tahir Qədəşov həbsə gedir? - Məhkəmə
Tarix 20.09.24, 13:26 |
|
Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə prosesin davamı keçirilib.
Ötən 3 prosesə heç bir səbəb göstərmədən qatılmayan Tahir Qədəşov sonuncu prosesə gəlib. Şahid qismində dindirilməsi 3 saata yaxın davam edib.
Hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb.
Məhkəmənin hazırkı mərhələsinə qədər dindirilən şahidlər, müttəhim Nofəl Hacıyevin ifadəsində qeyd etdiyi xüsusatlar Tahir Qədəşovun prosesdə şahid qismində dindirilməsi zərurətini ortaya çıxarıb.
Musavat.com-un xəbərinə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Tahir Qədəşov şahid qismində dindirilib.
O, sərbəst ifadəsində 14 milyon manatlıq dələduzluğun qeydə alındığı “Təbriz” MTK-da təsisçi olduğunu desə də, baş verənlərdən xəbərsiz olduğunu isbatlamağa çalışıb.
Tahir Qədəşovla müttəhim Nofəl Hacıyev qohum olmaqla yanaşı, cinayət işində 14 milyon manatlıq dələduzluğun qeydə alındığı “Təbriz” MTK-da və “Atlant” Ailəvi İstirahət Mərkəzində şərikdirlər. Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manat dələduzluqda ittiham olunur. Onunla yanaşı, hakim qarşısına Talış Məhəmmədov da çıxarılıb. “Təbriz” MTK-nın icraı direktoru olan Talış Məhəmmədov vəzifə səlahiyyətlərini aşma və sənədləri saxtalaşdırmada ittiham olunur.
Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir.
Tahir Qədəşov sərbəst ifadəsində deyib ki, “Təbriz” MTK binaların tikintisi ilə 4 kürəkənindən biri olan Nofəl Hacıyev məşğul olub. O, tikinti işlərinə qarışmayıb. MTK-da baş verənlərdən xəbərsiz olub. Hakimin, vəkillərin və həbsdə olan kürəkəni Nofəl Hacıyevin suallarına Tahir Qədəşov adekvat cavablar verməyib, konkretlikdən yayınıb. Məsələn, hakimin “Atlant” Ailəvi İstirahət Mərkəzinə qoyulan vəsaitlərin “Təbriz” MTK-dan əldə olunan gəlirlərdən əldə edilib-edilməməsi sualına Tahir Qədəşov konkret cavab verməkdən yayınıb.
Bu isə “Atlant”ın tikintisinə qoyulan ilkin kapitalın mənbəyi ilə bağlı sualı ortaya çıxarıb. Tahir Qədəşov bu suala da konkret cavab vermək istəməyib, daha çox ümumi sözlər deyib.
Təqsirləndirilən hakimdən icazə alaraq çıxış edib. Nofəl Hacıyev bildirib ki, ailə üzvünün barəsində danışmaq istəməsə də, vəziyyət onu buna məcbur edir. Onun sözlərinə görə, 2000-ci illərdən başlayaraq Bakıda, Sumqayıtda, Xırdalanda 100-ə yaxın hündürmərtəbəli binalar tikib və istifadəyə verilib. Üzərinə düşən öhdəlikləri həmişə vicdanla yerinə yetirib. Buna görə də tikinti materiallarının topdan satışı ilə məşğul olan iş adamları həvəslə onunla işləyiblər.
Nofəl Hacıyev bildirib ki, 2022-ci ilə qədər binaların tikintisindən əldə olunan külli miqdarda vəsaitləri qayınatasına ötürüb, “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikintisinə, genişlənməsinə yatırıblar. 2022-ci ildə tikinti ilə bağlı kəskin maliyyə problemləri yaranıb, tikinti materiallarının topdan satışı ilə məşğul olan iş adamlarına borcları ödəyə bilməyib. Tikilməkdə olan binaların isə tikintisi yarımçıq qalıb. Belə bir vəziyyətdə qayınatası Tahir Qədəşovdan borcların ödənməsi, tikintisi yarımçıq qalan binanın tikilərək təhvil verilməsi üçün pul verməsini istəyib. Tahir Qədəşov pul verəcəyini vəd edib, sonradan isə pulunun olmadığını deyib. Belə olan halda Nofəl Hacıyev “Atlant” Ailəvi İstirahət Mərkəzinin satılmasını təklif edib. Tahir Qədəşov bu təkliflə razılaşıb.
Nofəl Hacıyev məhkəmədə deyib ki, hətta “Atlant” Ailəvi İstirahət Mərkəzini almaq niyyətində olan müştəri də tapıb.
Qiymət razılaşdırılıb, sövdələşmə aparılıb. Lakin Tahir Qədəşov son anda “Atlant” Ailəvi İstirahət Mərkəzini satmaqdan imtina edib. Nofəl Hacıyev deyib ki, çox çətin vəziyyətdə olduğundan, yaranmış borcları ödəyə bilmədiyindən məcburiyyət qarşısında bir mənzili bir neçə nəfərə satmaqla vəziyyətdən çıxmağa çalışıb. Düşünüb ki, binanı tikib təhvil verəndən sonra əldə edəcəyi gəlirlə aldadılmış, bu gün məhkəmədə zərərçəkən statusunda olan şəxslərin pullarını qaytaracaq. Məhkəmədə zərərçəkənlər tələb ediblər ki, üzərinə ibtidai istintaq dövründə həbs qoyulan “Atlant” Ailəvi İstirahət Mərkəzi müsadirə olunaraq satışa çıxarılsın və onlara dəymiş ziyan ödənilsin.
Tahir Qədəşov ələ keçirilmiş 14 milyon manatla bağlı prokurorun, məhkəmənin, təqsirləndirilən və zərərçəkənlərin, onların vəkillərinin suallarını tam olaraq cavablandırmadığından onu növbəti prosesdə də şahid qismində dindirəcəklər.
Xatırladaq ki, ötən prosesdə iş üzrə zərərçəkənlər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovaya ərizə ilə müraciət ediblər.
Müraciət müəllifləri hakimə yazıb bildiriblər ki, “Təbriz” MTK ilə mənzil alışına dair müqavilə imzalayıb, pul ödəyiblər və müvafiq olaraq MTK tərəfindən onlara maliyyə arayışı verilib. Buna baxmayaraq, müqavilələr üzrə göstərilən mənzillərin sonradan digər şəxslərə satıldığı üzə çıxıb: “Sonradan bizə məlum olub ki, mənzillərin satılması ilə bağlı alınmış pullar Nabran qəsəbəsində yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasında yaranmış öhdəliklərə yönəldilib. Eyni zamanda “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Qədəşov Tahir Ərzuman oğlu həm də “Təbriz” MTK-nın təsisçisidir.
Bütün pulların “Atlant” Ailəvi İstirahət Mərkəzinə yönəldilməsinə baxmayaraq, istintaq orqanı Qədəşov Tahir Ərzuman oğlunu cinayət məsuliyyətinə cəlb etməyib, bunun nəticəsində istintaq birtərəfli qaydada aparılmaqla iş üzrə zərərçəkmişlərin pulu ödənilmir. Ona görə də Sizdən xahiş edirik ki, zərərçəkmişlərin pulunun ödənilməsi məqsədi ilə işdə təqsirli olan şəxsin əlbirlik faktı ilə bağlı məsuliyyətə cəlb edilməsindən ötrü Nofəl Hacıyevin barəsində olan cinayət işi Qədəşov Tahir Ərzuman oğlunun da onunla əlbirlik faktına ittiham verilməsindən ötrü əlavə ibtidai istintaqa qaytarılsın”.
Qeyd edək ki, hazırda “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahiblərindən olan Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev həbsdədir.
O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər. Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər.
Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər.
Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib.
“Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var.
“Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir. Müstəqil qiymətləndiricilər “Atlant”ı hazırkı bazar qiymətləri ilə 80-100 milyon manat dəyərləndirirlər.
Xatırladaq ki, ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.
Proses oktyabrın 10-da davam etdiriləcək.
Xəbərin oxunma sayı : 190
Sosial
Xəbərlər
-
Aysel Əlizadə çimərlikdə poz verdi - Fotolar
-
Futbolda inqilabi yenilik - Platininin ideyası
-
Maşın bazarında elektriklə işləyən və hibrib avtomobillərin qiyməti artdı - VİDEO
-
Agentlik “Turizm Könüllüləri” İB ilə 200 minlik müqaviləni necə imzalayıb? – Müəmma
-
Ödəniş terminallarında tutulan komissiya qəbzlərdə niyə göstərilmir? - VİDEO
-
İnam Kərimov Qırğızıstanda səfərdə olub - FOTO
-
Azərbaycan Premyer Liqası - “Qarabağ” “Neftçi”ni darmadağın etdi
-
“Mercedes-Benz“in səhmləri kəskin şəkildə aşağı düşür - SƏBƏB
-
Sahibkarların övladları arasında qanlı dava - Məhkəmə
-
Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Tələbələr dövlət başçısı ilə nə danışdı? - Video
-
MN-dəki 143 milyonluq mənimsəmə - Məhkəmədə ekspertiza keçiriləcək
-
Çin buğdanı ən çox bu ölkələrdən alır - İLK ÜÇLÜK
-
Azərbaycanda iki qardaş yarım milyardı necə mənimsədi? - Məhkəmə
-
7 saylı Şəhər Poliklinikasında nə baş verir? - Şəlalə Səfərovadan şikayət
-
Bağçada azyaşlıya kobud davrananlar işdən çıxarıldı - Video
-
“Ermənilərlə cici-bacılıq edirdilər” – Prezident
-
Sabahdan bu yol bağlanır - Xəbərdarlıq
-
Nazir müavinləri rayonlara səfər etdi - Fotolar
-
AMB 24 sığorta agenti ilə bağlı qərar verib - TƏFƏRRÜAT
-
Vardanyan Bakıdan Paşinyana cavab verdi:"İstənilən suala cavab verməyə hazıram"
-
5 milyonluq kredit qalmaqalının detalları: Elman Rüstəmovun şəriki bütün sirləri açdı
-
Prezident və oğlu Xankəndində: açılışlar və universitetdə görüş oldu - FOTOLAR
-
Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı
-
“Hizbullah”ın partlayan rabitə qurğuları PETN partlayıcıları ilə doldurulub – “Reuters”
-
Vüqar Əhmədov vətəndaşları qəbul etdi - Beyləqanda
-
Qarabağdakı evlərini kirayə verib, Bakıya gəldilər... - Komitədən məcburi köçkünlərlə bağlı açıqlama
-
Tələb olunan əlavə dərsliklər, haqlı narazılıqlar, susan nazirlik - İşin pərdəarxasında kimlər dayanır?
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnə açıqlandı
-
Prezident onları təltif etdi - SƏRƏNCAM
-
Nərimanov Rayon Prokurorluğunun yeni binasının açılışı - Fotolar
-
Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
-
Aİ Gürcüstanla vizasız rejimi ləğv edə bilər – “Politico”
-
İtkin şəhidlərimiz dəfn olundu - FOTOLAR
-
Milyonlarla dövriyyəsi olan şəbəkə ifşa olundu - Həbs edilənlər var (VİDEO)
-
“Bunun sonu pis ola bilər” - Zaxarova İrəvanı hədələdi
-
Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi etiraz bəyanatı yaydı - Fransa hökumətinin vəhşiliklərinə görə
-
Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb - VİDEO
-
Prezident Qarabağ Universitetində çıxış etdi - VİDEO
-
“Bu, kişiyə yaraşan hərəkət deyildi“ - Kadırov
-
Azərbaycan avtobusları hansı ölkələrdən və neçəyə alır? – Siyahı
-
Zaur Mikayılov Sabirabad rayonunda vətəndaşlarla görüşdü - FOTOLAR
-
“Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır“ - Zaxarova
-
“Atlant”ın sahibi Tahir Qədəşov həbsə gedir? - Məhkəmə
-
İsrail peycer partlayışları ilə bağlı əməliyyata 15 il hazırlaşıb – ABC
-
Qarabağ Universitetindən - Fotolar
-
Nazir xanım idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?
-
“Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək“ - Prezident
-
Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? - Siyahı
-
Şəbnəm Tovuzlu Vəfanın adamını qaçırtdırıb? - ŞOK İDDİA
-
Bu günü biz birlikdə Xankəndidə qeyd edirik - Prezident
-
Üç kollecə direktor təyin olundu - SİYAHI
-
Ağdamda hansı elektrik avadanlıqları istehsal ediləcək? - Direktordan açıqlama
-
COP29-da bu iş yerləri bağlanacaq - AÇIQLAMA
-
Dunay daşdı, Budapeşti su basdı - FOTOLAR
-
Azərbaycanda koronovirusun hansı ştammı yayılıb? - AÇIQLAMA
-
“Əsrin Müqaviləsi“nin 30 ili tamam olur
-
“Onun yanında kim qalmaq istəyər?“ - Əli Kərimlinin keçmiş müavini
-
Röya Ayxan fərqli görünüşdə - FOTOLAR
-
Kişini lüt fotoları ilə şantaj edən qadınla bağlı qərar verildi - TƏFƏRRÜAT
-
Antiterror əməliyyatlarında hərbçilərimizin sığınacağı olan ağac - VİDEO
-
Mehriban Əliyevadan Dövlət Suverenliyi Günü münasibətilə paylaşım - FOTO
-
Çindən avtomobil gətirənlərin nəzərinə! - VİDEO
-
Yenilməz Azərbaycan Ordusunun şanlı Zəfəri
-
Antiterror tədbirləri Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını və qüdrətini bir daha nümayiş etdirdi
-
Prezidentdən Dövlət Suverenliyi Günü paylaşımı - Video
-
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri GÜNÜDÜR
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Prezident Üzeyir Hacıbəylinin ev-muzeyində - Fotolar
-
“Qərb postsovet məkanını təcrübə meydanı hesab edir“ - Zaxarova
-
Xankəndi Dövlət Dram Teatrının son halı - FOTO
-
Şuşada Bayraq Meydanının açılışı olub - FOTOLAR
-
Avtomobil dələduzluğu ilə bağlı məhkəmə başlayır - Vətəndaşlar necə aldadılıb?
-
“İmarət” stadionunun təməli qoyuldu - Fotolar
-
Separatizmə son qoyan əməliyyat
-
Hava bu tarixdən soyuyur - Dəhşətli şaxtalar gəlir
-
Azərbaycanda tanınmış broyler şirkətinin səhmləri satışa çıxarıldı - FOTO
-
Leyla Əliyeva növbəti abad həyətin açılışında - Fotolar
-
“Məqsədi Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirməkdir“ - XİN-dən açıqlama
-
İlham Əliyev Ağdamda İmarət Kompleksinin açılışında iştirak etdi - FOTOLAR
-
Dollara tələbat artacaq – Mərkəzi Bank bazara müdaxilə edə bilər
-
Hindistan dünyanın üçüncü ən böyük iqtisadiyyatı olacaq - PROQNOZ
-
Xınalıqda bir evin bərpasına 151 min manat xərcləyən Agentliyin tenderi ləğv olundu
-
Dünyada yeni müharibə modeli – Bəşəriyyəti təhdid edən “peycer əməliyyatı“
-
“Uber“ sürücüsü həbs edildi: “Xanımdan xoşum gəlirdi“
-
Azərbaycanda yeni telekanal açılır - VİDEO
-
“Paşinyanın bəyanatı sağlam düşüncəyə ziddir“ - Zaxarova
-
Dövlət Xidməti türk iş adamını cərimələdi - Məhkəməyə müraciət etdi
-
“NATO-nun qapısı Ukrayna üçün açıqdır“ - Yens Stoltenberq
-
Ağdam Sənaye Parkında bir sıra zavodların açılışı oldu - FOTOLAR
-
“Rusiya bu il milyon yarıma yaxın PUA istehsal edəcək“ - Putin
-
Azərbaycanda abortla bağlı dəhşətli statistika - Əksəriyyəti gəncdir
-
Şamaxıda ata evli qızını zirzəmiyə həbs etdi - TƏFƏRRÜAT
-
Dərmanların qiyməti niyə bahadır? - VİDEO
-
İlham Əliyev Eyvazxanbəyli kəndinin təməlini qoydu – Fotolar
-
Boris Consondan təklif: “Ukrayna NATO-ya qəbul edilsin“
-
Azərbaycan mövqeyində və tələbində haqlıdır
-
Müəllimlərin maaşı bu sxemlə HESABLANIR
-
Ölkəyə gətirilən donuz ətinin miqdarı artıb – Qiyməti açıqlandı
-
“AzerGold”da daha bir dəyişiklik - Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əli Kərimlinin məhkəməsində qərar olmadı – İttihamçının vəkili etiraz etdi
-
Suraxanı rayonunda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlanıb - VİDEO
-
Azərbaycan 1 milyard dollara avtomobillər aldı - RƏSMİ
-
Kredit ödəyəndə diqqət edin: “MilliÖn“ faiz tutur
-
“Sirab”ın su sifarişlərindən şikayətlər - Şirkət müştəriləri günlərlə susuz qoyur
-
Avropa Parlamenti Rusiya ərazisinə zərbələrə icazə verməyə çağırır - Qətnamə qəbul edildi
-
Gənc oğlan əri ölən qadının evinə getdi, bıçaqlansa da əl çəkmədi: “Yalvardım“...
-
Bakıdakı “lənətlənmiş bina“ - Burada nikaha girənlər xoşbəxtlik tapmır? (FOTO)
-
Agentlik “Turizm Könüllüləri” İB ilə 200 minlik müqaviləni necə imzalayıb? – Müəmma
-
Xəzərdə qaçaq siqaret daşıyan iranlı saxlanıldı – VİDEO
-
Mustafayev 2 milyon dövlət vəsaitini necə mənimsəyib? - Yeni faktlar
-
Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi
-
Leysan yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Az Pro İnşaat” şirkəti cərimələndi - Məcburi auditdən yayındığı görə
-
Xankəndidə separatçılığı belə məhv etdik - Antiterror əməliyyatından öncə atılan addımlar
-
“İran da Yaxın Şərqdəki müharibəyə qoşula bilər“ - Hakan Fidan
-
Nəcməddin Sadıkova 20 milyon ötürən dəstənin məhkəməsi olacaq – ŞOK FAKTLAR
-
Kosmetoloqların fəaliyyətinə nəzarət varmı? - ARAŞDIRMA
-
Dövlət Suverenliyi Günü hələlik iş günü hesab edilən bayram günü olacaq - RƏSMİ
TOP 10
ARXİV